İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

 
İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

Bismillahir-rehmanir-rehim

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər


* Beş şeyin beş kəsdən görünməyi qeyri-mümkündür: paxıldan nəsihət, düşməndən mehr, fasiqdən ehtiram, qadından vəfa, fəqirdən də heybət.

* Beş şeyə heç kəs e`tiraz etmir:
Simicin aramlığı yoxdur, paxıl heç vaxt ləzzət görməz, küsəyən adamın vəfası olmaz, yalançının comərdliyi, ağılsızın da alicənablığı olmaz.

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

* Ən çox ağlayanlar beş nəfər olub: Adəm (ə), Yə`qub (ə), Yusif (ə), Fatimə (ə) və dördüncü imam Həzrət Səccad (ə).
Adəm behiştdən uzaq düşdüyünə görə elə ağlayırdı ki, gözünün suyu sel kimi axırdı.
Yə`qub Yusifin ayrılığına görə o qədər ağladı ki, ona dedilər: “Vallah sən belə ağlamaqla ya möhkəm xəstəliyə tutulacaqsan, ya da öləcəksən.”
Yusif (ə) atasından uzaq düşdüyünə görə o qədər ağladı ki, zindandakılar bezib dedilər: “Ya gecə ağla, gündüz aram qal, ya da gündüz ağla, gecə sakit qal.”
O da, nəhayət, bunların birini qəbul etdi. Fatimə (ə) atasının ayrılığına görə o qədər ağladı ki, bütün Mədinə əhli bundan narahat oldular.
Çarəsiz qalıb gedib şəhidlərin qəbri üzərində ağladı. Həzrət Səccad (ə) iyirmi il (yaxud, qırx il) atasından ötrü daim ağlar halda idi.

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

* Həzrət Əlinin (ə) yazısında gördük ki, böyük günahların sayı beş qeyd olunub:
Allaha şərik qoşmaq, ata-anaya zülm etmək, Allahın hökmündən xəbərdar olduğu halda faizə pul yemək, döyüşdən qaçmaq, müsəlmanların şəhərinə mühacirət etdikdən sonra kafirlərin şəhərinə geri dönmək (dinin vacib hökmlərini yerinə yetirə bilmədiyi halda.)

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

* Əbid ibn Zürarə deyir ki, bir gün Həzrət Sadiqə (ə) ərz etdim: “Böyük günahları bəyan edin.” Buyurdu: “Beş günah var ki, Allah onlardan ötrü cəhənnəm atəşi və`d edib:
1) Yetimin malını yemək; Bu barədə buyurub: “Yetimlərin mallarını yeyənlər qarınlarını odla doldururlar, tezliklə onlar cəhənnəmə daxil olacaqlar.

2) Riba; Bu barədə buyurub: “Ey mö`minlər! Allahdan qorxun və faizli puldan əl götürün...”

3) Döyüşdən qaçmaq; Bu barədə belə buyurub: “Ey mö`minlər! Döyüşdə kafirlərlə üz-üzə gəldiyiniz zaman dönüb qaçmayın...”

4) İffət sahibi olan ərli qadınlara böhtan atmaq;

5) Qəsdən mö`mini öldürmək.
(Böyük günahlar çoxdur. Lakin, hər bir münasib anda şəxs və məkan nəzərə alınaraq onlardan bir neçəsi bəyan olunub.)

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

* Dostluğun şərtləri və hədləri var.
Bu həddi-hüduda riayət etməyənləri kamil dost hesab etmə. Hər kəs də ki, ümumiyyətlə, bu şərtlərdən xaric oldu, ona heç dost demə.
Şərtlər və hüdudlar bunlardır;
gizlini də aşkarı da bir olsun. (Heysiyyəti sənin heysiyyətin, xiffəti də sənin xiffətin olsun), malı pulu onun dostluğuna heç bir tə`sir göstərməsin, qüdrəti çatan heç bir şeyi əsirgəməsin, çətinliklər zamanı səni tək qoymasın.

* Hər kəsdə bu beş xüsusiyyətdən biri olmasa heç kəs ondan faydalana bilməz; vəfa, tədbir, həya, xoş xasiyyət və azadlıqsevən.

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

* Hər kəs bu beş ne`mətdən birinə sahib olmasa həyatın şirinliyini dadmaz və həmişə fikri ayrı yerdə (qarışıq) olub daim özü ilə məşğul olar; bədənin sağlamlığı, əmniyyət, geniş ruzi və münasib munis.
Ravi deyir: “Soruşdum, münasib munis kimdir? “ Buyurdu: “Saleh qadın, saleh övlad və saleh dost. Beşincisi isə bunların dördünə də sahib olmaqdır.”

* İnsanlar arasında paylanan ən az şey beşdir: yəqin, qənaət, səbr, şükür və bunların hamısına sahib olan əql.

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

* Şeytan deyib: “Beş nəfərdən başqa hamı mənim əlimdədir:
1) Səhih niyyətlə bütün işlərdə Allaha təvəkkül edənlər;
2) Gecə-güdüz çoxlu zikr deyənlər;
3) Özü üçün istədiyi hər bir şeyi mö`min qardaşından ötrü də istəyənlər;
4) Müsibət zamanı səbr edənlər;
5) Öz qismətinə razı olub ruzi dərdi çəkməyənlər.

* Zəkatı beş kəsə vermək olmaz; övlada, ataya, anaya, qadına və nökərə.

* Behişt meyvələrindən beşi dünyada da var; nar, alma, heyva, üzüm və rütbə (xurma növü)

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

* Əbu Üsamə deyir ki, Həzrət Sadiq (ə) belə buyurdu: “Allahdan başqa heç kəsin bilmədiyi beş şeyi sənə söyləyimmi?” Dedim: “Bəli.” Həzrət bu ayəni oxudu:
1) Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilmir.
2) Allah yağış göndərir.
3) Bilir ki, bətinlərdə nə var.
4) Heç kəs bilmir ki, sabah nə edəcək.
5) Heç kəs harada öləcəyini də bilmir. Allah bunların hamısını bilir.”

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

* İmam Səccad (ə) buyurub: “Dinin kamil olmasının beş əlaməti var; faydası olmayan sözlərdən çəkinmək, söhbət zamanı mücadilə, höcət etməmək, səbr, dözümlülük və xoş xasiyyət.

* Mənim şiəm o kəsdir ki , öz qarnını və cinsiyyət üzvünü qorusun, din yolunda möhkəm və çalışqan olsun, işlərini yalnız Allaha görə etsin,
Onun savabına ümidvar olsun və əzabından qorxsun.
Əgər bu xüsusiyyətdə bir adam görsən bil ki, İmam Cə`fər Sadiqin (ə) şiəsidir.

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər

* İmam Zamanın (ə) zühurundan qabaq beş şey mütləq baş verəcək:
1) Bir Yəmənli kişinin meydana çıxması.
2) Əbu Süfyan nəslindən olan bir kəsin meydana çıxması.
3) Asimandan gələn səs.
4) Məkkə və Mədinə arasında olan “Biyda” adlı bir məkanın bir hissəsinin yerə batması.
5) Pak bir kişinin öldürülməsi.

* Dinin məsləhət icazəsi verdiyi işlərdə beş xüsusiyyətə malik olan insanlarla məşvərət et;
ağıl, elm, təcrübə, xeyirxahlıq və təqva.
Əgər belə bir adam tapmasan sən özün bu beş cəhətə riayət et, sonra qərar qəbul et və Allaha təvəkkül et, mütləq yol tapacaqsan.

İmam Sadiqdən (Ə) Nəql Olunan Hədislər





Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 01:57
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
tewekkurler

MuCaHiD_313

  • 23 sentyabr 2011 04:57
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Imam Sadiq (e) buyurur: “Her kes Allah yolunda oldurulse, Allah-teala ona hecbir gunahini gostermez.” (Butun gunahlari bagishlanar.<Imam Sadiq (e) buyurur: “Aile xercinin qorxusundan evlenmeyen kes Allaha qarshi sui-zenn etmishdir <Imam Sadiq (e) buyurur: “Her kes momini yoxsulluguna gore alcaq saysa, Allah-teala da qiyamet gunu onu xalq qarshisinda rusvay eder<Imam Sadiq (e) buyurur: “Butun peygemberler bizim (Biz ehli-beytin) ustunluyumuzu ve haqqimizi taniyaraq mebus olmushdur< Imam Sadiq (e) buyurur: “Allah-tealaya husn-zenn budur ki, Ondan bashqa heckese umidin olmasin ve gunahlarindan bashqa hecneden qorxmayasan.<İmam Sadiq (ə) buyurur: “Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.”<: İmam Sadiq (ə) buyurur: “Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.<İmam Sadiq (ə) buyurur: “Bizim şiəmiz o kəsdir ki, acından ölsə də belə, camaatdan bir şey diləməz< İmam Sadiq (ə) buyurur: “Zarafatlaşmaqdan çəkin, çünki o, kişinin abrını və heybətini aparar< İmam Sadiq (ə) buyurur: “Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir<

İmam Sadiq Kimdir?
Səkkizinci Məsum
İmam Cəfər Sadiq Əleyhissalam
Adı: Cə᾽fər
Ləqəbi: Sadiq
Künyəsi: Әbu Abdullah
Atası: Həzrət Məhəmməd Baqir (ə)
Təvəllüd tarixi: Hicri 80-cı il
Imamlıq müddəti: 31 il
Ömrü: 68 il
Şəhid olduğu tarix: Hicri 148-ci ildə Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid oldu.
Məzarı: Mədinədə Bəqi qəbristanlığı.

İmam Cəfər Sadiq , ata tərəfindən Həzrət İmam Əli ibn Əbu Talibə və Rəsuli-Əkrəmin (S.Ə.V) qızı Fatiməyə,ana tərəfindən isə Əbubəkrə yetişir.Beləliklə də İmam Sadiq, Rəsuli-Əkrəmin və iki xəlifənin övladı olmaqdadır.
İmam Sadiqin atası İmam Muhamməd Baqirdi. İmam Baqir, atası Seyyid əs-Sacidin (Səcdə edənlərin ağası) İmam Zeynəlabidindən islami elmləri öyrənmişdir. Bu şəxsiyyət də Cənnət gənclərinin seyyidləri olan İmam Həsən Müctəba ilə atası İmam Hüseyndən ( Seyyid üç-Şühəda-Şəhidlərin ağası)təhsil almışdır.Bu iki imam da Peygəmbərin elm şəhərinin qapısı olan Həzrət Əli ibn Əbu Talibdən elm almışlar. O da öz növbəsində Muhamməd peygəmbərdən (S.Ə.V)elm almışdır.
Heç bir səhih tarix kitabında Əhli-Beytin, başqasından, Əhli-Beytə mənsub olmayandan bir şey öyrəndiyi barədə hər hansı bir yazıya təsadüf edilməz. İmamların bütün bilikləri Həzrət Əliyə Onunku da Rəsuli-Əkrəmə(SƏV) Rəsuli-Əkrəmin elmi də vəhyə əsaslanır. Beləliklə də İmam Cəfər Sadiqin elmi Peyğəmbərimizin aşağıdakı hədisi ilə bəyan edilmiş olan qaynaqdandır:"Mən elm şəhəriyəm Əli də onun qapısıdır. Kim elm şəhərinə daxil olmaq istərsə onun qapısından gəlməlidir


İmamın Səbri Və Dözümü
Insanın həyatda qarşılaşdığı müxtəlif çətinliklər və hadisələr onun bacarıq və imanının nə dərəcədə olduğunu aşkar edə bilər. Imam Sadiq əleyhissalamın həyatında meydana gələn çətinliklər və o həzrətin göstərdiyi səbr və dözümlülük onun dəyərli şəxsiyyətini sübuta yetirib aşkar etmişdir.
O həzrəti nə qədər söysələr də, əziyyət etsələr də həmişə öyüd-nəsihət verər və heç vaxt bir kimsəni söyüb qarğışlamazdı.
İmamın Yoxsullara Olan Yardımı
1. Imamın dostlarından olan Müəlla ibni Xünəys belə deyir: Qaranlıq və yağışlı bir gecədə Imam Sadiq əleyhissalamı Mədinənin küçələrində gördüm ki, həzrət ağır bir kisəni dalına çatıb aparırdı. Onun dalınca düşdüm ta həzrətin hara getdiyini öyrənim. Kisədə olan çörəklərdən bir azı yerə tökülmüşdü. Mən çörəkləri yığıb imamın yanına getdim və salam verdikdən sonra çörəkləri ona verdim. Imam (ə) onları alıb kisənin içinə qoyduqdan sonra yenidən öz yoluna davam etdi. Çox keçmədi ki, yoxsullardan bir dəstəsinin yaşadığı bir yerə çatdı ki, orada yatmışdılar. Onların hərəsinin başının altına iki dənə çörək qoyub qayıtdı. Mən imamdan «onlar sizin şiələrinizdən idilər» deyə soruşduqda buyurdu: «Xeyr, əgər şiələrimizdən olsaydılar, onlara daha yaxşı yetişərdik.»

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

Cilent_M.Q

  • 22 sentyabr 2011 21:17
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN, COX TEWEKKUR EDIREM

--------------------

emo angel

  • 22 sentyabr 2011 21:07
  • Məqalə: 20
  • Şərh: 131
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER

--------------------
♥ Seninle sonra eren askimiza hicte üzülüp aglamiyorum. Askimiz zaten bastan yokmuski. Gec anladimsada, yillardir yalan olan sevdandan, tam tersi, kurtulduguma seviniyorum. Sana neye üzüldügümü söyleyeyimmi? YILLARDIR SENIN UGRUNA BOSA HARCADIGIM ZAMANA...♥

HaYaliM

  • 22 sentyabr 2011 20:50
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

sevgi yalandir

  • 22 sentyabr 2011 20:35
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

FLY TİME

  • 22 sentyabr 2011 20:33
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
hmmmmmm maraqliydi tewekkur.

Melek Kiz

  • 22 sentyabr 2011 20:22
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
Allah razi olsun

Ay Üzlü

  • 22 sentyabr 2011 20:13
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Hər kəsdə bu beş xüsusiyyətdən biri olmasa heç kəs ondan faydalana bilməz; vəfa, tədbir, həya, xoş xasiyyət və azadlıqsevən.
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 56
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 57
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}