Bu günümüz çox qiymətlidir

 
Bu günümüz çox qiymətlidir

Bu günümüz çox qiymətlidir

Bismillahir-rehmanir-rehim

- Hər birimiz Cənnətə girmək istəyirik, ancaq onu əldə etmək üçün çalışmaq istəmirik!

- Bizlərdən hər birimiz başqalarının günahlarını gördükdə hakim, öz günahlarımıza gəldikdə isə vəkil oluruq.
- Yalnızca sənə “Hacı” desinlər deyə minlərlə kilometr məsafəni qət edərək Həccə gedən bizlər, qayıtdıqdan sonra 24 saatın 25 dəqiqəsini namaza sərf etməyə vaxt tapmırıq.
- Kilsəyə gedən xristian, çalma geyən hindliyə baxıb dininə bağlılığı üçün hörmət edirik, Məscidə gedən hicablı qızlarımıza baxıb da “geridə qalmış” adlandırırıq.

- “Allaha qurban olum, Onun yolunda canımdan da keçərəm” deyən şəxs ən elementar ibadətini də düzgün yerinə yetirməyə tənbəllik edir.
- İnsan bütün ömrü boyu başqa adamların hörmətini, razılığını qazanmaq üçün əlindən gələni edir, ancaq Allahın razılığını qazanmağa gəldikdə isə vaxtım yoxdur deyir.

- “Ürəyim təmizdir, Allahın yolunda da hər şeyi ederem” deyən insan, dostları ilə bir məclisə yığılanda rumka və araq şüşəsini görən kimi hər şeyi unudur.
Bunlar azmış kimi Allahın haram buyurduğu içkini içəndə “Ya Allah” deyib başına çəkir…
- “Ay qızım – palaza bürün elnən sürün” – el mini yupkada, dar geyimdə, açıq saçıqda… Ən birinci sən ol, rəfiqələrindən geri qalma.
- Hicablı bir xanımı gördükdə, “Maraqlıdır hansı günahına görə başını bağlayıb?” “Əşi fanatdır da…” deyenlərin sayı az olmur.
- “Hələ vaxtıma çox var, hələ cavanam qoy qocalım namaz qılaram” – bes bunlar? Azdırmı bu cür fikirləşənlər, deyənlər???
Günlərimiz bir göz qırpımında gedir, vaxtımıza az qalıb… Ancaq bizim fikrimiz orda-burda… Bəlkə də indi bu yazdıqlarımı oxuyanın arasında “Düz deyir e…” – deyib fikirləşənləri var, ancaq bütün bunları özünə yox başqalarına şamil edəcək!

Ancaq ki əlbəttə bütün bunları hamıya şamil etmək olmaz.
Sadəcə bunu yazmaqla aramızda belə fikirləşənlərin heç bir nəfərin də olmamasını istərdik! Çünki iman gözəldir, imana gedən yol – İslam gözəldir.
Bir bilsəz Allaha sığınmaq necə gözəldir, hər gün alnın səcdədə, əllərin duada, dilində isə “Allahım, Uca Rəbbim! Mən yalnızca Sənə sığınıram, yalnızca səndən kömək diləyirəm, bizləri yaradan Sən, can və ruh verən Sən, hər gün bizlərə ruzi-bərəkət verən Sən, Sən o qədər Rəhimli və Mərhəmətlisən ki, Sənə nə qədər şükr etsək az, şəninə nə qədər tərif desək azdır! Sən aləmin Padişahı, ürəklərimizin Pənahısan!”

İnanın, Allahın yolu – Nurdur, xöşbəxtlikdir! Məncə aramızda elə bir insan yoxdur ki, o Allahın sevimli bəndəsi olmaq istəməsin! Odur ki, bunun üçün çalışmaq lazımdır! Dininizi, imanınızı unutmayın! Allah bizləri yalnış yoldan qorusun! Amin!!!

“Dünya 3 gündür – Dünən, Bu gün, Sabah. Dünən keçdi, sabah bəlli deyil. Odur ki bugünün qiymətini bilin.” (Hədis)

Bu günümüz çox qiymətlidir


Geri dön

_eslemnur_

  • 27 sentyabr 2011 11:55
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
Cox deyerli ve ibretamiz bir yazidi. Her kes oz sehvlerini gorub ozunu duzeltmeye calishsa ne gozel olar...belkede senin bu yazindan sonra ozunu duzeldenlerde olacaq. Tamamile doqru yazmisan hamisini, yazdiqlarin hamisina heyatda rast gelmishem, menim ozume de ickili toya getmediyim ucun "fanat"deyen olub. Allah butun muselmanlari hidayet yoluna ceksin,Allah senden de razi olsun bacim...

NERMISA

  • 25 sentyabr 2011 13:48
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
GRACE_ANGEL MENCE HEC SENDE MELEK DEYILSEN MENCE SEN DE BUNLARI EDIRSEN
TANRI INSANA BUYURMUYUBKI OMRUNUZ BOYU MENE IBADET EDIN
YADDA SAXLAKI 1SAAT ELMLE MESQUL OLMAQ 60 IL IBADETDEN USTUNDUR
MENIM 14 YASIM VAR ARZULARIOM COXDUR ARZULARIMI GERCEKLESDIRMEKDEN OTRU DEKI OXUMALIYAM MEN NAMAZ QILMIRAM BASIMIDA BAGLAMAMISAM BU O DEMEK DEYILKI ALLAHIN DEDIKLERINE BUYURDUQLARINA DIRNAQ ARASI BAXIRAM
MEN HER GUNUMU SON GUNUM KIMI YASAYIRAM

BIRDEKI MEN AILEMDE ELE BIR ADAM TANIMIRAMKI BASI BAGLI INSANLARA PIS BAXSIN DEYENDE HAMIYA AID ELEME YEQIN SENIN AILENDE PIS BAXIRLAR ONA GORE BELE YAZIRSAN
FREE SPIRIT bully

Zehra MeLeK

  • 25 sentyabr 2011 01:57
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler

Zaurcik2011

  • 23 sentyabr 2011 02:49
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}

“Dünya 3 gündür – Dünən, Bu gün, Sabah. Dünən keçdi, sabah bəlli deyil. Odur ki bugünün qiymətini bilin.” her deqiqemiz qizil qeder deyerlidir

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Ay Üzlü

  • 22 sentyabr 2011 23:12
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Hər günümüzü sabah ölecekmiş kimi her saatımızı sonmuş kimi yaşamalıyıq.Sabahımızın isə Allah yanında aqibətimizin necə olacağını fikirləşərək yatmalıyıq.

... Deryam ...

  • 22 sentyabr 2011 21:58
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Allah bizleri dogru yola gedenlerden etsin .
Deyerli ve gozel yazi ucun sag olun , Allah razi olsun .

--------------------

Melek_yuzlu

  • 22 sentyabr 2011 21:54
  • Məqalə: 1
  • Şərh: 92
  • Bal:
{awards}
“Dünya 3 gündür – Dünən, Bu gün, Sabah. Dünən keçdi, sabah bəlli deyil. Odur ki bugünün qiymətini bilin.”

gozel melumata gore cox sagol smile

--------------------
sevgi? sanki insanlarin ureyindeki diw agrisidir

Cilent_M.Q

  • 22 sentyabr 2011 21:15
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI XEBERE GORE

--------------------

emo angel

  • 22 sentyabr 2011 21:05
  • Məqalə: 20
  • Şərh: 132
  • Bal:
{awards}
TEWEKKURLER XEBERE GORE ALLAH RAZI OLSUN

--------------------
♥ Seninle sonra eren askimiza hicte üzülüp aglamiyorum. Askimiz zaten bastan yokmuski. Gec anladimsada, yillardir yalan olan sevdandan, tam tersi, kurtulduguma seviniyorum. Sana neye üzüldügümü söyleyeyimmi? YILLARDIR SENIN UGRUNA BOSA HARCADIGIM ZAMANA...♥

HaYaliM

  • 22 sentyabr 2011 20:48
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}