Kiçik və böyük qeyb dövrü

 
Kiçik və böyük qeyb dövrü

Kiçik və böyük qeyb dövrü

Bismillahir-rehmanir-rehim

Kiçik və böyük qeyb dövrü

(İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci və ikinci mərhələləri)

Qeyd etdiyimiz kimi İmam Məhdi əleyhissəlamın qeyb dövrü iki hissəyə bölünür: Kiçik qeyb dövrü və böyük qeyb dövrü.
Kiçik qeyb dövrü (qısamüddətli qeyb) (İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən) hicrətin iki yüz altımışıncı ilindən başlayaraq üç yüz iyirmi doqquzuncu ilinə qədər (dördüncü xüsusi naibin vəfatına qədər) davam etmişdir. Bu müddət təxminən altımış doqquz il çəkmişdir.
(Mərhum Şeyx Müfid on ikinci İmamın kiçik qeyb dövrünü o Həzrətin anadan olduğu ildən, yə’ni 255-ci ildən hesab edir. (Əl-İrşad, səh.346.))
Kiçik qeyb dövründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş, onlar xüsusi şəkildə və çox məhdud şəkildə İmamla əlaqə saxlayırdılar.
Bu müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili olmuş, şiələr də onların vasitəsilə öz məsələ və müşkülatını İmamın hüzuruna çatdırıb cavab alırdılar.
Bə’zi vaxtlar İmamla görüşə də bilirdilər. Buna görə deyə bilərik ki, İmam Məhdi (əleyhissəlam) bu müddət ərzində həm qeybdə, həm də aşkarda olmuşdur. (Əlbəttə əgər belə demək mümkünsə).
Kiçik qeyb dövrünü şiələri böyük qeyb dövrünə hazırlamaq mərhələsi adlandırmaq olar.
Çünki sonrakı mərhələdə şiələrin İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir, şiələr öz məsələlərində o Həzrətin ümumi vəkillərinə, yə’ni, müctehidlik səlahiyyəti olan və İslam hökmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar.
Böyük qeyb dövrü birdən-birə başlasaydı, fikirlərin çaşqınlığına səbəb olar və zehinlər onu qəbul edə bilməzdi. Ancaq əvvəlki İmamların qeyb dövrünə zəmin yaratmaları üçün ağıllı tədbirlərindən əlavə kiçik qeyb dövrünün özü də, yavaş-yavaş zehinləri hazırlayır və bunun ardınca da böyük qeyb dövrü başlayır.
Həmçinin, kiçik qeyb dövründə xüsusi vəkillərin o Həzrətlə əlaqədə olması və eləcə də, bə’zi şiələrin bu müddət ərzində o Həzrəti görməyə nail olması, İmam Məhdi əleyhissəlamın doğulmasını və hal-hazırda da yaşaması məsələsini daha da təsdiqlədi. (Əl-Məhdi, səh.183)

İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra uzunmüddətli və böyük qeyb dövrü başlamış, bu mərhələ indiyədək davam edir və bundan sonra da, Allah-taala o Həzrətə qiyam etmək üçün zühur - üzə çıxma icazəsi verənə qədər davam edəcək.
On ikinci İmamın qeybə çəkilməsinin hər iki mərhələsi ondan əvvəlki İmamlar tərəfindən qabaqcadan xəbər verilmiş və elə həmin dövrdən də ravi və hədisyazarlar tərəfindən öyrənilərək hədis kitablarında qeyd edilmişdir. İndi isə nümunə üçün bir neçə hədisə nəzər yetirək:

1) Əmirəl-mö’minin Həzrət Əli (əleyhissəlam) buyurmuşdur: “Bizim qeybə çəkiləcək (İmamımızın) iki qeyb dövrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun İmamətinə yalnız imanı möhkəm və mə’rifəti kamil olan şəxslər inanacaq.” (Yənabiül-məvəddə, c.3, səh.82)

2) İmam Baqir (əleyhissəlam) buyurmuşdur: “Qeybə çəkiləcək (İmamın) iki qeyb dövrü olacaq. Bu iki dövrün birində deyəcəklər ki, o ölüb...” (Əl-Qeybət, səh.173)

3) Əbu Bəsir deyir: İmam Sadiq əleyhissəlama dedim: “İmam Baqir (əleyhissəlam) buyurmuşdur ki, Məhəmməd (səlləllahu əleyhi və alih) nəslinin (qeybə çəkildikdən sonra) qiyam edəcəyi şəxsin iki qeyb dövrü olacaq ki, bunlardan da biri digərindən daha (çox) uzun sürəcək. İmam Sadiq (əleyhissəlam) buyurdu ki, bəli, belədir...” (Əl-Qeybət, səh.173)

4) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Qiyam edəcək İmamın iki qeyb dövrü olacaq: Biri qısamüddətli, digəri isə uzunmüddətli...” (Əl-Qeybət, səh.170)

Tarix qabaqcadan deyilmiş bu xəbərləri təsdiqlədi və əvvəlki İmamların buyurduğu kimi İmam Məhdi (əleyhissəlam) barədə deyilmiş hər iki qeyb dövrü həqiqətə çevrildi.

Kiçik və böyük qeyb dövrü


Geri dön

seadet iwigi

  • 10 fevral 2012 11:38
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
AQAMIZ (e.f)zuhur ederken weriet ele berbad olacaq ki,AQA (e.f)ISLAM dininin weri meselerini insanlara aciqlayanda camaat ele bilecek ki,yeni peyqember gonderilib..

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

Zehra MeLeK

  • 25 sentyabr 2011 01:57
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler

Zaurcik2011

  • 23 sentyabr 2011 02:47
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Allah razi olsun.xeber gozeldir

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

ASMIYA

  • 23 sentyabr 2011 01:41
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
GRACE _ ANGEL MINNETDARAM SIZE

--------------------


Ay Üzlü

  • 22 sentyabr 2011 23:15
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Gözəl xəbər üşün Allah razı olsun sizden

MuCaHiD_313

  • 22 sentyabr 2011 23:06
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
imam mehdi (Ferec duasi Bismillahir-Rəhmanir- Rəhim
(ərəbcə oxunuşu)
Allahummə kun livəliyyikəl-Höccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna hətta tuskinəhu ərzəkə təvəa və tuməttiəhu fiha təvila. Birəhmətikə ya ərhəmər-rahimin.
Tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə
İlahi! Canişinin, Höccət ibnil-Həsənə (Salavatın ona və əcdadına olsun), öz məsləhətinlə onu yer üzündə sakin edənə kimi, uzun müddət hamı üçün xeyr-bərəkət qərar verənə qədər, vəli, qoruyan, rəhbər, kömək edən, yol göstərən və gözətçi ol!!! Öz rəhmətinlə ey aləmlərin rəbbi!

Və`dəsi verilmiş Məhdi (ə.c.)-in zühur edəcəyi dövr haqqında çoxlu hədislər gəlmişdir. Həmin dövrdə yer kürəsində vahid hökumət bərpa olunacaqdır.
Bütün batil dinlər məhv olaraq aradan gedəcək, yer üzərində vahid din olaraq haqq din –
İslam dini olacaqdır. Bütün insanlar bu dinə iman gətirəcək, bu din vasitəsilə haqqa qovuşaraq öz Xaliqlərinə ibadət edəcəklər. İndiki dövürdə olan zülm, haqqsızlıq aradan gedərək o Həzrətin əli ilə yer üzü ədalətlə dolacaqdır. Belə ki, bütün insanlar öz haqqına yetişəcək və heç kəs onların haqqını qəsb edə bilməyəcəkdir.
Yaranacaq vahid hökumətdə bütün dövlət qanunları – indiki zamanda insanlar vasitəsi ilə təsis olunan və iki gündən bir dəyişən heç bir həqiqəti olmayan, ədaləti təcəssüm etdirməyən qanunlar kimi olmayıb – Xaliqin özü, öz məxluqu üçün tə`yin etdiyi və İslam dini adı ilə bizə göndərdiyi müqəddəs qanunlar əsasında olacaqdır. Həmin dövürdə İmamın vasitəsilə İslamın həqiqəti Peyğəmbərin zamanında olduğu kimi insanlara çatdırılacaq, hal-hazırda bizə aydınlaşmayan məsələlər İmamın mübarək vücudu vasitəsilə bizlərə çatdırılacaqdır.
Müxtəlif hədislərdə o dövrün əzəməti barəsində bəyan edilmişdir. Bu hədislərə təkyə edərək həmin zamanda baş verəcək dəyişikliklərdən onunu sizlərə çatdırmaqla kifayyətlendim:
1-İslam hakimiyyəti bütün dünyada
İmam Baqir (ə) bu ayənin «Və qatlihum hətta latəkun fitnə və yəkunəddinə lillah» (İnfal 39) təfsiri barəsində belə buyurur:
«Bu ayənin təvili hələ gəlməmişdir. Elə ki, təvili yetişdi İmam Mehdi müşriklərdən o qədər öldürəcək ki, yerdə qalanlar Allahın izzət və cəlalına pərəstiş etsinlər. Həmin zamanda şirkdən heç bir əsər əlamət qalmaz. Bunların hamısı bizim Qaimimizin zamanında baş verəcəkdir

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

Cilent_M.Q

  • 22 sentyabr 2011 22:03
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ilk werh menden ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}