Yaşamaq Lazımdır

 
 Yaşamaq Lazımdır

Kimsəyə çox bağlanmamaq lazımdır, çünki vaxtı gəlincə hər kəs gedəcək... Yanındaykən qiymətini bilmək lazımdır, bir gün hər kəs gəldiyi yerə dönəcək...

Gərəksiz yerə ürək qırmamaq lazımdır, ömür dediyin qısa, elə gəlib keçəcək ki... Döyüşlə keçən zamana təəssüf, o vaxtlar geri gəlməyəcək...

Pulu baş tacı etməmək lazımdır, qürurun pulunla ölçülməyəcək ki... Qənaətcilliklə xəsisliyi qarışdırmamaq lazımdır, dostların yoxsa o pul kimlə xərclənəcək ki?

 Yaşamaq Lazımdır

Malın mülkün dərdinə görə, həyatı qaçırmamaq lazımdır! Sahib olduqlarını apara bilməzsən yanında, səndən sonra başqaları yeyəcək...

Heç olmasa bir dəfə dəli kimi aşiq olmaq lazımdır, yoxsa ürək sevməyi necə öyrənəcək? Heç ağlamadınsa bir gedənin ardından, gözlərin islanmağı haradan biləcək?

Gözəl xatirələr yığmaq lazımdır, nəvələrin səndən nə dinləyəcək? Bol-bol şəkil çəkdirmək lazımdır, yoxsa o günlər necə yad ediləcək?

 Yaşamaq Lazımdır

İnsan dediyinin hərdən acı çəkməsi də lazımdır... Belə sərt bir yumruq partlatmalıdır həyat sifətinə, yoxsa kim, həddini necə biləcək ki?

Keçirib dırnaqlarını həyata, sıx yapışmaq lazımdı... Dərdlər necəsə bir gün keçəcək... Əhəmiyyətli olan dik dayanmağı öyrənməkdir, çünki bəziləri səni itələyəcək...

Mütləq bir şeyə inanmaq lazımdır, kim ruhun boşluğunu doldura biləcək ki?

 Yaşamaq Lazımdır

Hamısından əvvəl insan olduğunu unutmamaq lazımdır! Bu dünya tək sənin deyil, başqalarının da həyat haqqı var. Bitki imiş, heyvan imiş, hava imiş, dəniz imiş... Qucaqlamaq lazımdır... Gün gələcək, onlar sənə can verəcək...

Bir də bu ürək var haa bu ürək, ona sevməyi öyrətmək lazımdır! Öyrədə bilməzsənsə əgər, bu kainat sənin üstünə böyük bir X qoyub keçəcək….


Geri dön

_RONALDO_

  • 13 mart 2011 10:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tesekkurler

--------------------

Ulya

  • 26 sentyabr 2010 14:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 67
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}