Allahı bu dünyada nə üçün görə bilmirik?

 
Allahı bu dünyada nə üçün görə bilmirik?

Allahı bu dünyada nə üçün görə bilmirik?

Allahın bir adı Nurdur. Nurani varlıqlar olan mələklərdən, günəş işığına və kainatı doldurmuş bütün şüalara qədər hər şey bu adın dəyişik təcəllilərini daşımaqdadır. İnsan gözü, bu dünyada, yalnız maddə aləmini görər. Nə öz ruhunu, nə əməllərini yazan mələkləri görə bilər, nə də şüalar aləmini.

İnsan gözünün kainatda mövcud şüaların ancaq 2.5 % qədərini görə bildiyi təsbit edilmişdir. Bu göz ilə bu aləmdə bütün nurani varlıqları yaran Allahın görülməsini gözləmək, heç olmasa, fizika qanunlarına zidd bir anlayış olar. Mövzunun bir başqa istiqaməti də insanların bu dünyada imtahan vermələridir. Allahın görünməsi bu imtahan sirrinə də tərs düşər.

Allahın görmə orqanımız olan göz ilə görünməməsi, qüdrət və elmiylə hər şeyi əhatəsindən və zidd idinin yoxluğundandır.
Məsələn, atmosferin yer kürəni hər yandan əhatə etməsi kimi, günəşin də bütün fəza aləmini əhatə etdiyini fərz etsək, o zaman günəşi göz ilə görmək mümkün olmazdı. Hər yer günəşin işığıyla örtüldüyündən günəş görünməz olar. Həm gecə kimi bir zidd idi də olmadığından günəş görülməz və mahiyyəti aydın olmaz. Bununla birlikdə, işığıyla hər yerdə olan və hər yeri əhatə edən günəşin varlığını inkar etmək də cəhalət olar.

Eyni məntiq perspektivi içərisində, ad və sifətləriylə hər şeyi əhatə edən və hər yerdə hazır olan və zidd idi olmayan Allahın da göz ilə görülməməsinə bir dərəcə baxıla bilər.

Axirətdə vəziyyət tamamilə fərqlidir. Cənnət əhlinin ruhları bədənlərinə qalib gələcəkdir. Burada kölgə hökmündə olan varlıqlarının əsli orada yaradılacaq. İnsan hər istiqamətiylə cənnətə layiq və ondakı hər cür lütfkarlıqlardan faydalana biləcək bir varlıq olaraq cənnətə girəcək. Cənnətdə belə rüyet hadisəsinin davamlı olmayışı üzərində düşünmək lazımdır.
Demək olur ki, cənnət əhli, rüyete məzhər olacaqları zaman ayrı bir hala girəcəklər və bu İlahi ikram özünə məxsus ayrı bir mühitdə reallaşacaq. Necə ki, rüyetten döndüklərində ailələrinin onları tanıya bilməyəcəkləri yolundakı xəbərlər də bunu göstərməkdədir.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:19
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 13 mart 2011 10:58
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekkurler

--------------------

MuslimGirl

  • 26 sentyabr 2010 17:49
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Mence, Allahi o dunyada ona gore goruruk ki, o dunya ebedidir. Olum yoxdur. Ammma bu dunyada Allahi gorseydik onun gozelliyinden, nurundan ve sevincimizden olerdik. Bu menim shexsi fikrimdir. tesekkurler

Kisa_Kiss

  • 26 sentyabr 2010 14:54
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
спс winked

--------------------

Ulya

  • 26 sentyabr 2010 14:39
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
maraqli idi.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}