Nal (Hekayə)

 
Nal (Hekayə)

Babakər dağlarının günbatana tərəf üzündə, Tona çayının sağ sahilində qatarlaşıb gedən obalardan birində yaşayırdı Əlimərdan kişi, çörəyini alın təri, əlinin zəhməti ilə qazanan bu kişi ömrü boyu halallığın və düzlüyün arxasınca addım atmış, süfrəsinə qoymuş olduğu bir qismət çörək Tanrının ona əta etdiyi qismətdən ayrı bir şey olmamışdı. Hər sabah açılanda, Babakər dağlarının arxasından ucalan günəşi namaz üstə qarşılardı, əlləri Tanrı dərgahında, ən gözəl duaları dilində süfrə başında əyləşib olandan-qalandan təam edib üz tutardı tarlasına. Iki ulağını boyundurağa qoşaraq yerini şumlayar, ruzi-sini qazanardı...

Gözəl yaz günlərindən biri idi. Yenə də həmin minvalla tarlasında yer şumlayırdı. Gün günortadan əyiləndə öküzlər yorğun-yorğun addımlayırdi. Torpağın bağrını yararaq altını üstünə çevirən kotan nədənsə birdən dayandı. Əlimərdan kişi nə qədər çalışdı, nə illah elədisə kotanı torpağın bağrından qopara bilmədi. Çox əlləşdikdən sonra keçib öküzləri boyunduraqdan azad etdi, sonra bel-qazma gətirib kotanın ilişib qaldığı torpağı qazdı. Kotanın sivri ucu torpağın altında qalmış könə bir nala ilişmişdi.

Nal (Hekayə)

Əlimərdan kişi nalı götürüb baxdı. Paslı olmasına baxmayaraq çürüməmişdi. Mismar yerləri elə bil indicə açılmış, üstündəki naxışlar eynən dururdu. Nalı götürüb kürkünün yan cibinə qoydu.

Axşam süfrə arxasında nalı çıxarıb xanımına:- bu gün kotanın ayağına ilişib, məni işdən qoydu. Qoy taxcada qalsın, bir gün lazım olar,- dedi. Elə də oldu. Nalı hərmədəki taxçaya atdılar.

Həmin gecə qəribə bir hadisənin şahidi oldu Əlimərdan kişi. Taxçaya qoyduqları nal hər tərəfi gün kimi işıqlandırmış, evin künc-bucağına şəfəq salmışdı.Əlimərdan kişi ömründə belə şey görməmişdi. Əvvəlcə bir az çaşan kimi oldu, gördüyü hadisədən özünü itirdi. Amma, dilinə -Bismillahir-Rəhmanir-Rəhim- gətirib, xanımını oyatdı. O da bu mənzərəyə çaşıb qaldı. Qərara gəldilər ki, bu nalı qapının üstündən assınlar. Elə də etdilər.

Nal qapının üstündən asılan gündən gecələr evin künc-bucağına işıq salır, həyət-bacaya nur çiləyirdi. Bu nurun kəraməti ailəyə bir aydınlıq, bar-bərəkət gətirmişdi. Eşidən-bilən şər qarışıb qaranlıq düşən kimi dəstə-dəstə Əlimərdan kişinin həyətinə axışır, ətrafa nur çiləyən nalın kəramətinə heyran qalmışdılar. Borçalının hər obasında yaşlı adamlar bu nalın kəramətindən danışırdılar.

Nal (Hekayə)

Nal qapının üstündən asılan gündən həm də ailədə mehribanlıq, istilik, səmimiyyət artmış, ocağa gələn qonağın sayı artmışdı. Atalarımız demiş- qonaq Allah qonağı olduğu üçün gəlişi ilə evə ruzi bərəkət gətirirdi. Əlimərdan kişinin ağayana davranışı, Hənifə xanımın xoş və xanımyana hərəkəti gələn qonaqların yanında hörmət və izzətlərini bir daha artırmışdı.

Xoş və zəhmət dolu günlər bir-birini əvəz edir, il öz ömrünü başa vurmağa yaxınlaşırdı. Əlimərdan kişinin Tanrıya ünvanladığı duaları dilində, əlləri Allah dərgahında namazına durur, orucunu tuturdu... İlin payız fəsli yenicə başlamışdı ki, qapının üstündən asılan nalın hər tərəfə nur çiləyən ziyası birdən-birə söndü və bu cansız dəmir parçası narahat-narahat özünü qapı dirəyinə çırparaq taq-tarak, taq-tarak səslər çıxardı. Əlimərdan kişi də, xanımı da bu hadisədən çox narahat oldular.

Ailədə rahatlıq və hüzr gətirən bu nal düz on gün narahat-narahat döyünərək, qəribə səslər çıxardı.

Nal (Hekayə)

Bu narahatlıq bütün obaya sirayət elədi. Ağsaqqallar məscidin axundu Mir Haşim ağaya üz tutdular, bu hadisənin səbəbini öyrənməyə çalışdılar. Ağanın məsləhəti ilə nalı Əlimərdan kişinin qapısının üstündən çıxarıb, məscidə qoydular. Amma yenə sakitləşmədi. Düz on gün hay-harayla vurnuxduqdan sonra, gün günortanı keçəndə sakitləşdi.

Mir Haşim ağa məscidə toplaşan adamların qarşısına çıxaraq-Təziyəniz qəbul olsun!- dedi. Sonra üzünü onlara tutub: - nal məsciddə qalsın, İmam Huseyn (ə) təziyəsinin başlanmasını bizə çatdırsın,-dedi.

Elə də oldu. Həmin gündən Ağanın atının ayağından qopub Borçalımıza düşən bu nal, hamının nəzərində ən mötəbər, ən müqəddəs bir ziyarət yeri oldu.


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 01:38
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
tewekkurler

... Deryam ...

  • 23 sentyabr 2011 13:35
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Cox gozel hekayedi,men inaniram bele hadiselere .

--------------------

ZERiDE

  • 23 sentyabr 2011 13:21
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
{awards}
twk................maraqli idi...

Sirli Melek

  • 23 sentyabr 2011 12:56
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
BU HAQDA BİLMİRDİM. DƏYƏRLİ XƏBƏR OLDU.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

KaRola_16

  • 23 sentyabr 2011 12:22
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLIDIR...

--------------------

RADUQA

  • 23 sentyabr 2011 12:20
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Tewekkur edirem dostum...
cox maraqli ve deyerli movzudu....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

V_I_P

  • 23 sentyabr 2011 11:46
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
bele insanlar az tapilir.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 64
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}