1.618 rəqəmi haqqında həqiqətlər

 
1.618 rəqəmi haqqında həqiqətlər


Phi sabiti - 1,618, riyaziyyatdakı üstün dizayn sayıdır. Ürək döyüntülərmizdə, DNT quruluşlarının eninə və uzununa nisbətində, kainatın xüsusi dizaynında və bir çox yerlərdə Yaradıcı, hər zaman eyni möhtəşəm ədəddən istifadə edib.


Qızıl nisbət nədir?

Bu, təbiətdə saysız canlının və cansızın şəklində və quruluşunda olan xüsusi bir nisbətdir. Təbiətdə hər bir şeyin hissələri arasında müşahidə edilən, əsrlərlə sənət və arxitekturada tətbiq olunmuş həndəsi və ədədi bir nisbət əlaqəsidir. Təbiətdə ən diqqətə çarpan nümunələrinə insan bədənində, dəniz heyvanlarında və ağac budaqlarında rast gəlinir. Platona görə, kosmik fizikanın açarı bu nisbətdir. Qızıl nisbəti bir düzbucaqlının uzunun eninə olan nisbəti olaraq da təyin edənlər var.


Qədim misirlilər və yunanlılar tərəfindən kəşf edildiyi, arxitekturada və sənətdə istifadə edildiyi düşünülür. Gözoxşayan nisbətdir.

Qızıl nisbət, Phi (φ) kimi irrasional bir ədəddir və qiyməti budur: 1.618033988749894.

Bu rəqəmin qısaca forması belədir: (1+kök5)/2

Qızıl nisbətin simvolu: PHI, yəni φ-dir.

Qızıl nisbət, Fibonacci adlı italyan riyaziyyatçının ardıcıl ədədlər arasındakı əlaqəni tapmasıyla ortaya çıxmışdır. Fibonacci ədədləri olaraq da adlandırılan bu ədədlərin xüsusiyyəti, silsilə ədədlərdən hər birinin, özündən əvvəl gələn iki ədədin cəmindən meydana gəlməsidir.

Fibonacci ədədləri:0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987, 1597, 2584 ..

Silsilə bir ədədi özündən əvvəlki ədədə böldükdə, bir-birinə çox yaxın nisbətlər əldə edilir. Silsilədəki 13-cü sırada yer alan ədəddən sonra bu nisbət sabitləşir. Və bu nisbət "qızıl nisbət" olaraq adlandırılır.

QIZIL NİSBƏT = 1,618

233/144=1,618

377/233=1,618

610/377=1,618

987/610=1,618

1597/987=1,618

2584/1597=1,618


Əvvəl Fibonacci Ədədlərinin nə olduğundan bəhs edərək başlayaq.

0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987, 1597, 2584…

Ədədlərin ilk başda görünər xüsusiyyəti, hər birinin özündən əvvəl gələn iki ədədin cəmindən meydana gəlməsidir.

Bu ədədləri özündən əvvəl gələn ədədə böldüyümüz zaman isə xüsusilə 13. ədəddən etibarən haradasa sabitlənər. Bu nisbət də təxminən olaraq 1,618 sayıdır. (Qızıl Nisbət) Riyaziyyat üstün dizayn sayı…

Nə işə yarayar bu qızıl nisbət deyirsinizsə, buyurun.

-İnsan bədəni və qızıl nisbət

Göbək ilə başın ən üst nöqtəsi arasındakı məsafə ilə çiyin və baş arasındakı məsafənin bir-birinə nisbəti 1,618dir. (Qızıl Nisbət)

Göbək-diz arası, diz ayağ içi arasındakı məsafədən yenə 1,618 nisbətində böyükdür.

İşarə barmağı 3 buğumludur. Barmağın tam boyunun, ilk iki buğuma nisbəti qızıl nisbətdir.

Orta barmağın, kiçik barmağına nisbəti də qızıl nisbətdir.

Üz boyu ilə genişliyi, ağız boyu ilə burun genişliyi, göz kirpiklərinin arası ilə qaşlar arasındakı məsafə, üst çənədəki ön iki dişin enlərinin boylarına nisbəti həmişə qızıl nisbəti verər.

Nəfəs borusu, ağciyərə doğru iki ana qola ayrılmaqdadır. Bu qolların bir-birinə nisbəti qızıl nisbətdir. Dahası bütün bir ağciyər içində, bu budaqlanma ən kiçik otaqcığa qədər sürər gedər və hər bölünmə qızıl nisbəti verər

Allah hər şey üçün bir ölçü (qədər) qoyub (Talaq, 65/3)

O hər şeyi yaratmış, sonra ona bir ölçü (qədər) müəyyən etmişdir (Furqan, 25/2).

Qar kristallarının quruluşunu meydana gətirən qısalı uzunlu budaqlanmalarda müxtəlif uzadılmaların nisbəti həmişə qızıl nisbəti verər.

Qızıl nisbət, gözümüzün gördüyü və görə bilmədiyi hər yerdədir. Ayçiçəkləri, qozalar, ilbizlər, DNT zənciri, dənizlərdə yaşayan xeyli çox heyvanların qabıqlarında…

Bitkilərdə, bir yarpaqdan başlayıb, gövdə ətrafında dönərək, eyni xəttdəki digər yarpağa rast gələnə qədər ki dövr sayı ilə bu dövrlər sırasındakı qarşılaşılan yarpaq ədədləri bizə qızıl nisbəti verər.

‘Rəbbim elm baxımından hər şeyi əhatə etmişdir Yenə də öyüd(nəsihət) götürməyəcəksənmi düşünməyəcəksənmi? (Ən'am, 80)

Canlı və cansız aləmdən qızıl nisbət nümunələri verdim sizə. Bu nümunələrin sayı milyonlarladır.

Bu qədər nümunədən təmin olmadınızsa, bir can alan nümunə daha vermək istəyirəm. Hərçənd internet xəbər saytlarına düşdü. Bir kitabı da çıxdı. İrəlidə də filmi çıxacaqmış deyə eşitdim. Mövzu bu:

Yaxşı, Dünyanın qızıl nisbət nöqtəsi hara?

Sizcə hara ola bilər?


Təbii ki də Məkkə…

Məkkənin, Şimal Qütb Nöqtəsinə olan uzaqlığıyla, Cənub Qütb Nöqtəsinə olan uzaqlığı nisbəti tam olaraq 1,618dir.

İki qütb nöqtəsi ilə Məkkənin, Cənub Qütb Nöqtəsinə uzaqlığı yenə 1,618dir.

Məkkədən günlərin dəyişdiyi və gün dönüşü xətti olaraq ifadə olunan sərhədə olan şərq uzaqlığı ilə qərb uzaqlığının bir-birinə nisbəti yenə 1,618dir.

Dahası da var.

Ali imran Surəsi 96. ayəsində Məkkə şəhəri ilə qızıl nisbət arasındakı əlaqə də ağıllara durğunluq verəcək cinsdəndir. Bu ayənin bütün hərf sayı 47-dir. Hərf ədədlərini qızıl nisbətini götürdüyümüzdə, Məkkə sözünün işarə edildiyini görərik. 47 1,618 = 29,0 Ayənin başından Məkkə sözünə qədər tam 29 hərf vardır.

Qızıl nisbəti kosmosdakı hadisələrdən, okeanın dərinlərdəki canlılara qədər hər yerdə görə bilərsiniz.

Canlı və cansız məxluqatın sizcə bu qızıl nisbətdən xəbərləri vardırmı? Yəni özbaşına olma ehtimalları vardırmı?

Allahın ayələrində bildirdiyi kimi, hər şeydə bir ölçü istifadə etdiyinin dəlilidir bu kəşflər.

Haradasa ədədlər səcdə edir.Allah Allah' deyə zikr çəkirlər. İnsanın bunları bilib də hələ inkar bataqlığına düşməsi nə qədər də böyük nəsibsizlik.


Geri dön

deniz27

  • 3 oktyabr 2010 12:46
  • Məqalə: 4
  • Şərh: 97
  • Bal:
belay

OK

  • 2 oktyabr 2010 23:50
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Tewekkurler

--------------------

Ulya

  • 2 oktyabr 2010 20:11
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox maraqla oxudum.cox sagol xebere gore

Azeri_Gozeli

  • 2 oktyabr 2010 19:45
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
valah bir sey basa dusmedim wink her halta sora catar mene lol cox sag ol xebere gore

--------------------

Baby_Love

  • 2 oktyabr 2010 19:41
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Sitat: ♥Princess♥
Cox gozel movzudu hamisini maragla oxudum,amma men bu eded haqqinda ilk defe idiki ewidirdim,bele birwey hec bir yerde kecmemiwem..Tewekkur edireeem


Grace_Angel

  • 2 oktyabr 2010 19:39
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler....maraqli melumatdir.....

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}