Müsəlman kimliyimiz?

 
Müsəlman kimliyimiz?

Biz Quran tələbələriyik. Qurana qurban olmagi cahana sultan olmaqdan üstün tutmuşuq. Biz Quranın tələbəsi olmaqla fəxr edirik. Quranın ətrafında toplanırıq. Ona görə də işlərimizin mərkəzində Quran durur.
“O nə dedi, bu nə dedi?” yerinə “Allah nə dedi?” sualını veririk. Çünki bütün kitabların üzərinə Quranı qoymuşuq. Quranın üzərinə bir kitab qoymağa utanırıq. Biz İslam binasına Quran qapısından girənlərdənik. Çünki bu qapını Allah açdı. Peyğəmbərimiz də, onun səhabələri də məhz bu qapıdan girdilər. Bu binaya sonra bir neçə qapılar açdılar. Fiqh, tasavvuf, kəlam qapısı və s. Bu qapılar açılandan sonra Quran qapısı yaddan çıxdı. Quran qapısından girəndən sonra hansı otaqda istəsən otura bilərsən. Ancaq bu bəzilərinə sərf etmədi. Biz bu binaya Allahın açdığı Quran qapısından girənlərdənik.

Müsəlman kimliyimiz?

Biz məxluq, Allah xaliqdir. Biz dəyişən, Allah dəyişməyəndir. Əgər kimsə dəyişmək istəmirsə, demək ki, Allah roluna girib. Çünki yalnız Allah dəyişməz. Yenilənmək, dəyişmək məxluq olmağın şüarıdır. Onun üçün bir peyğəmbər deyil, bir neçə peygəmbər gəlmişdir. Məxluq yenilənməlidir, yoxsa köhnələr. Quranın dili Qiyamətə qədər yenilənməyə davam edəcək. Dünənki din dili dünəndə qal. Peyğəmbər əfəndimiz “Bu ümmətə hər yüz ildə bir mücəddid gələr, o, din dilini yeniləyər” buyurmuşdur. Yenilənmək istəməyən zamanda ilişib qalar. O üzdən əqidəmizin təməlini dəyişmədən, din dilimiz dəyişməlidir.

Müsəlman kimliyimiz?

Təhqiq əhliyik, təqlid əhli deyilik.Təqlid buxovdur insana buxov yaraşmaz. Allah insana ağıl vermişdir.
Biz İslamda yeni dil deyilik. Nə üçün sualını necə sualından öncə verdik. Necə suali üsulla ancaq “nə üçün” bilinclə əlaqəlidir.
Biz Quranı mushafın önünə qoyanlarıq. Allah Quranı endirdi. Qurana Quran kimi yaxınlaşanlar Quran tələbəsi oldular. Fəqət Quran öznədən çıxıb nəsnə olanda mushaf Quranın önünə keçdi. Artıq yerdə bitən qamışlardan hazırlanan kağızlara hörmət göydən enən mənanın önünə keçdi.
Məna kəlmələrin qəlbidir. Məna kəlmələrin qəlbinə ərşdən inzal buyurar. Əsl kəlmələr, cümlələr, ayələr dəyərlərini daşıdıqları mənalardan alarlar.
Biz tərtili təcvidin imamı bilənlərdənik. Allah tərtili əmr etdi. (Müzəmmil, 6) Ancaq bəziləri tərtili arxaya atıb təcvidi önə aldılar. Təcvid Quranın sözünü gözəl oxumaq, tərtil isə Quranı gözəl yaşamaq üçün anlamaqdır.

Müsəlman kimliyimiz?

Biz muhafizliyi hafızliyin önünə keçirdik. Öncə muhafız sonra hafiz olsun deyənlərdənik. Çünki neçə hafizlər gördük ki, Quranın muhafızı deyil, heç özünün belə muhafizi ola bilmədi. Bir insanın Quranı başının içinə almağı həyatının içinə almaqdan önəmli bilənlərə “bu yalnışdır!” deyənlərdənik.
Biz Vəhdət əhliyik. Ayrılıqdan ayrılmışıq. Ayrılığı boşamışıq biz. Təfriqəni üç talaq ilə bir daha dönməmək şərtilə boşamışıq. “ Vəhdət sosial tövhid, təfriqə sosial şirkdir” demişik. Onun üçün bizi ayrılığa çağıranları susdurmuş, vəhdətə çağıranları isə başımıza tac etmişik.
Biz məşrəbi, məzhəbi, məktəbi, camaatı təqvanın yerinə keçirib üstünlük qəbul edənləri rədd etmişik.
Biz ümüd karvanıyıq. Ümüd karvanı olduğumuz üçün bir-birimizə “Duha” və “İnşirah” surələri olmaq istəyən insanlarıq. Biz sadəcə bir-birimizə deyil, bütün insanlığa ümüd olmaq istəyənlərik. Biz Rəbbimin ümüdünü qırmaqdansa yer üzündəki varlığımızın yox olmasını seçmişik. Biz bir-birimizin ümüdü olmuşuq. Ümüdümüz imandır - demişik.

Müsəlman kimliyimiz?

Biz Ürək dövlətinin namizədləriyik.
Biz Könül imperyasının vətəndaşıyıq.
Biz “kəramət istiqamətdir” deyənlərdənik. Kəramətiniz nədir soruşduqda “balıq kimi suda üzərik, quş kimi havada uçarıq” demək yerinə “kəramətimiz istiqamətimizdir” deyərik.
Biz tək başımıza almaz olmaqdansa birlikdə gümüş olmağı seçənlərdənik. Biz Ürək dövləti deyib mərkəzdən başladıq amma bizim üfqümüz sadəcə yer üzüylə sərhədli deyil. Biz Allahın iki layihəsi olduğuna iman edənlərdənik. Biri İnsan, digəri Aləm. Biz “Ya Rəbbi bu layihələrdə bizdən də istifadə et” deyə dua edənlərdənik.
Biz həqiqət, mərhəmət, ədalət, məşvərət və məsləhət ortaq dəyərlər üzərində maruf (yaxşı) və münkər (pisin) qəbul edildiyi bir insanlıq ailəsinin gerçəkləşəcəyini uman insanlarıq və bu gerçəkləşərsə istiqamətimiz bitməyəcək deyənlərdənik. İnanırıq ki, o zaman Allah Günəş sistemindən çıxan qapını bizə göstərəcəkdir.
Rəbbim bizi insanlığın ümüdü etsin!
Amin!


Geri dön

HaYaliM

  • 27 sentyabr 2011 19:32
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Zehra MeLeK

  • 25 sentyabr 2011 01:19
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
{awards}
tewekkurler

_WITH YOU_

  • 24 sentyabr 2011 10:24
  • Məqalə: 1
  • Şərh: 505
  • Bal:
{awards}
tşk.......

H.o.S.t _ FaNaTka

  • 23 sentyabr 2011 21:18
  • Məqalə: 11
  • Şərh: 1333
  • Bal:
{awards}
maraqlı məlumata görə təşəkkür

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

... Deryam ...

  • 23 sentyabr 2011 19:20
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH BIZLERI DOGRU YOLDAN GEDENLERDEN,IMANLI KIMSELERDEEN ETSIN .
DEYERLI YAZI UCUN TWKLER .

--------------------

Melek Kiz

  • 23 sentyabr 2011 19:01
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
Rəbbim bizi insanlığın ümüdü etsin!
Amin!

Delya_91

  • 23 sentyabr 2011 18:45
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Rəbbim bizi insanlığın ümüdü etsin!
Amin!


--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

sevgi yalandir

  • 23 sentyabr 2011 17:40
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
Biz Ürək dövlətinin namizədləriyik.
Biz Könül imperyasının vətəndaşıyıq.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Sirli Melek

  • 23 sentyabr 2011 17:39
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Biz Ürək dövlətinin namizədləriyik.
Biz Könül imperyasının vətəndaşıyıq.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 40
Cəmi: 54

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 630
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 49
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}