Bütünü qır, sonra gəl!

 
Bütünü qır, sonra gəl!

İçimdə bir dünya var...
Büt dünyası...
Dünyanı bütləşdirib içimə doldurmuşam. Azər olmuşam. Öz bütümü özüm düzəldirəm. Özüm öz əlimlə yeni tanrılar yaradıram. Yaratdığım ilahlara tapıram...

Mən bir Azərəm. İbrahimi olmayan bir Azər...

İmana dəvət edildim. "Bütünü qır, sonra gəl!" - dedilər. "Bütüm yoxdur ki..." - dedim. "Lə" demədiyin, vaz keçə bilmədiyin hər şey sənin bütündür", dedilər. "Bütün işlər bir “Lə”yəmi bağlıdır? Olsun" - dedim. Hər şeyə "Lə" deyib gəldim.
Nə söylədiyinin fərqindəsənmi? "Lə" dediklərinə həqiqətən arxa çevirə biləcəksənmi?!
Çətindirmi?!
"İman etdinsə çətin deyil", dedilər.
“Yox” deməli olduqlarımı göstərin mənə, dedim.

Bütünü qır, sonra gəl!

1. Yoxdur ilah, var yalnız Allah! Kəlməyi tövhidin nə demək olduğunu bilirsənmi?!
Sənə yalnız Allah yetəcək, yalnız Ondan istəyəcəksən, yalnız Ona yönələcəksən, Onunla aranda vasitə qoymayacaqsan.

Anlamışdım. Daha doğrusu anladığımı sanmışdım. Başım dərdə girdiyində dost-aşnadan yardım almağa qaçdım. Qapı-qapı gəzib nəzir-niyaz payladım, mənə yardım etsinlər deyə birinə yalvardım, birindən rica etdim. Biri qapısından qovdu, biri lağa qoydu, biri zənglərimə cavab vermədi... Bu dəfə həqiqəti gerçəkdən də anladım: bütün dostlarım bütləşdirdiyim zavallı bütcüklərim imiş...

2. Allah Rəzzaqdır. Ruzini yalnız Ondan istəyəcəksən!
Yaxşı, dedim. Yalnız Ondan istədiyimi sanmışdım. Yaxşı bir vəzifə yeri boşalınca rüşvət verib o vəzifəyə keçdim. Daha çox qazanacaqdım. İmkanım yaxşılaşacaq, maddi vəziyyətim düzələcək, istiqbalım güvəndə olacaqdı. İşimi qorumaq, daha çox qazanmaq üçün bütün gücümü, zəkamı, vaxtımı sərf etməyə başladım.
Kreslo bütüm imiş...

3. Allah Vəduddur. Sevər, sevdiyini qoruyar.
Mən də sevirdim. Aşiq idim. Sevildiyimi zənn edirdim. Ən böyük zərbəni sevdiyimdən alanda, sevgi bütümü tanıdım.

Bütünü qır, sonra gəl!

4. Bütün yaratdıqlarının şərindən yalnız Allaha sığın.
Elə etdiyimi zənn etmişdim. Bir gün düşmənimə sığındığımı anladım. Allahın hökmü ilə höküm verməyən, Allaha asi olan, Onu inkar edən birindən yardım almaq üçün evinə gedərkən anladım bunu. Düşmən olduğunu bilirdim, amma dost yardımı almaq üçün yanına getmişdim. Mənə imanım qarşılığı yardım edəcəyini söz verəndə, içimdəki bu bütümü də tanıdım. Onu gözümdə böyütmüşdüm, güclü sanmışdım. Gücsüzlüyünü imanımdan qorxduğunu hiss edəndə anladım.

5. İstirahət, tətil, rahatlıq sözlərini lüğətindən çıxart.
Gəncəm, gözələm, istirahət etmədən də yaşaya bilərəm. Bu, çox asandır. Bunu fiziki istirahət zənn etmişdim. Sən demə bunu anlamaq üçün Əbu Bəkri tanımalıymışam. Rəsulullahdan ilk dəfə ona vəhy gəldiyini eşidərkən şəhadət gətirdi, iman etdi. İlk sualı "imanımı təsdiq etmək üçün nə etməliyəm, ya Rəsulullah?" - oldu. İman etdiyi ilk 6 gündə 6 səhabənin imanına vəsilə oldu... Mən nə etdim? “İman etdim, rahat oldum” prinsipi ilə yaşamağa başladım, mənə nə dedim, oxusun, öyrənsin dedim. Elmimin zəkatını vermədim. Mənimdir, zəhmət çəkdim, araşdırdım, öyrəndim... Elm, bütüm oldu.

6. İmanın əsas şərti təqvadır. İman etdiyinə güvənmək, güvəndiyinə iman etmək.
"Olsun. Tanıdım, iman etdim", dedim. Təqva Ona sözsüz təslimiyyət imiş. Hər əmrini məntiqimlə anlamaq istədim. Dərk edə bilmədiklərimə, əməl etmədim. "Ağlım qəbul etsin, imanım daha da güclü olacaq" deyə düşündüm...
Bu düşüncə ilə yaşadıqca imanım azalmağa başladı. Ağlımı bütləşdirmişdim.

Bütünü qır, sonra gəl!

7. Yalnız Allaha təvəkkül edəcəksən.
Bir işə başlamazdan əvvəl tədbir düşündüm. Elə olarsa nə olar, belə olarsa nə olar... Tədbirimə güvəndim, Rəbbimə deyil. Tədbirimi ilahlaşdırdığımı anlayınca bu bütümü də tanıdım...

Of, nə qədər çox bütüm varmış. Nə qədər şeyə “lə” deməliyəmmiş... Bacarmadım, bacara bilmədim.

İbrahim! Gəl, gəl dağıt bütlərimi!
Allahla aramda bir şey qalmasın.
Bu bütləri mən düzəltdim, İbrahim, sən dağıt.
Sən bütləri dağıtmasan, mən dağılıb gedəcəm.
Param-parça oldum, İbrahim!
“Yamadım dünyamı, kəsərək dinimdən”.
Gəl, dağıt bu büt dolu dünyamı.
Qazandır məni dinimə.
Al əlinə baltanı!
Ya məni param-parça et, ya da bütlərimi...


Geri dön

HaYaliM

  • 27 sentyabr 2011 19:32
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Zehra MeLeK

  • 25 sentyabr 2011 01:23
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler

_WITH YOU_

  • 24 sentyabr 2011 09:01
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
tşk........

lider

  • 23 sentyabr 2011 19:48
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ELAD: TEWEKKURLER

ELAD: TEWEKKURLER

sevgi yalandir

  • 23 sentyabr 2011 17:44
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Bütün yaratdıqlarının şərindən yalnız Allaha sığın.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Sirli Melek

  • 23 sentyabr 2011 17:41
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Bütün yaratdıqlarının şərindən yalnız Allaha sığın.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 59

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}