Qorxu

 
Qorxu

Qorxu

Bismillahir-rehmanir-rehim

653. Qorxu. (Allah qorxusu)
1985. Allahın Peyğəmbəri (s): «Hikmətin başı Allah qorxusudur.» (Biharul-Ənvar, c.77, səh.133 , hədis43)

1986. Allahın Peyğəmbəri (s): «Hamıdan çox Allahdan qorxan kəs, Allah yanında ən ali məqam sahibi olan insandır.» (Biharul-Ənvar, c.77, səh.180 , hədis10)

1987. Allahın Peyğəmbəri (s): «Üç şey insana nicat verər: …və gizlində Allahdan sanki Onu görürmüş kimi qorxmaq. Çünki sən Onu görməsən də, O səni görür.» (Biharul-Ənvar, c.70, səh.7 , hədis5)

1988. Allahın Peyğəmbəri (s): «Allahı daha çox tanıyan, Allahdan daha çox qorxar.» (Biharul-Ənvar, səh. 393 , hədis640

1989. İmam Əli (ə): «Allah qorxusu, Allahı tanıyanların köynəyidir.» (Ğurərul-Hikəm, hədis 664)

1990. İmam Səccad (ə): «Ey Adəm övladı! Allah qorxusu sənin altdan geydiyin paltar və qəm-qüssə üstdən geyindiyin geyim olanadək daim xeyir-bərəkət içində olacaqsan.» (Əmali-Tusi, səh.115 , hədis176)

Qorxu

654. Mömin iki qorxu arasında yaşayır
1991. İmam Sadiq (ə): «Mömin iki qorxu arasında yaşayır: Keçmişdə etdiyi günaha görə qorxur və Allahın həmin günahları bağışlayıb bağışlamadığını bilmir.
Eləcə də, qalan ömrünə görə qorxur və bilmir ki, bu müddətdə ölümə səbəb olan hansı gunahları edəcək.
Beləliklə, mömin daim qorxu içindədir və qorxudan başqa heç nə onu islah etməz.» (əl-Kafi, c.2, səh.71, hədis 12)

Qorxu

655. Mömin qorxu və ümidlə yaşayır
1992. Allahın Peyğəmbəri (s): «Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, ona arxalanıb az bir əməldən başqa heç nə etməzdiniz.
Əgər Allahın qəzəbinin ölçüsünü bilsəydiniz, heç vaxt nicat tapmayacağınızı düşünərdiniz.» (Kənzul-Ummal, hədis 5894)

1993. İmam Sadiq (ə):«Allaha elə ümidvar ol ki, səndən günah etmək qorxusunu götürməsin və Allahdan elə qorx ki, səni Onun rəhmətindən məyus etməsin.» (Biharul-Ənvar, c.70, səh.384 , hədis39)

1994. İmam Sadiq (ə):
«Atam buyurardı:Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki nur olmasın: qorxu nuru və ümid nuru. Əgər onların hər ikisi tərəziyə qoyulsa, biri-digərindən ağır gəlməz.» (əl-Kafi, c.2, səh.67 , hədis1)

Qorxu

656. Allahdan qorxanın əlamətləri
1995. İmam Əli (ə): «Öz Rəbbindən qorxan kəs zülm etməkdən çəkinər.» (Biharul-Ənvar, c.75, səh.309, hədis 3)

1996. İmam Sadiq (ə): «Bəndə, qorxan və ümidvar olmayınca mömin olmaz. Qorxu və ümid onu (xeyir) əmələ çəkməyincə, qorxan və ümidvar olmaz.» (Biharul-Ənvar, c.70, səh.392, hədis 61)

1997. İmam Sadiq (ə): «Qorxan kəs odur ki, qorxu onunçün danışan dil saxlamasın.» (Biharul-Ənvar, c.78, səh.244, hədis 54)

Qorxu

657. Qorxunun izahı
1998. İmam Əli (ə): «Allahın zülmündən qorxmayın (Çünki o heç kəsə zülm etməz), özünüz özünüzə zülm etməkdən qorxun.» (Ğurərul-Hikəm, hədis 10234)

1999. İmam Əli (ə): «Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.» (Ğurərul-Hikəm, hədis 10161)

2000. İmam Əli (ə): «Allahdan qorxduğun zaman Ona tərəf qaçırsan, məxluqdan qorxduğun zamansa ondan qaçırsan.» (Ğurərul-Hikəm, hədis 4028)

Qorxu

658. Qorxunun nəticələri
2001. Allahın Peyğəmbəri (s): «(Yolun təhlükəsindən və quldurlardan) Qorxan kəs gecə vaxtı hərəkət edər. Gecə hərəkət edən kəs mənzil başına çatar. Bilin ki, Allahın malları çox bahalıdır. Bilin ki, Allahın malı Cənnətdir.» (Kənzul-Ummal, hədis 5885)

2002. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurmuşdur: Öz izzəti cəlalıma and olsun, bəndəm üçün iki qorxunu və iki asayişi birlikdə yaratmaram.
Beləliklə, əgər (bəndə) dünyada özünün Məndən amanda olduğunu bilsə, Qiyamət günü onu qorxudaram və əgər dünyada Məndən qorxarsa, Qiyamət günü ona asayiş bəxş edərəm.» (Biharul-Ənvar, c.70, səh.379, hədis 28)

2003. İmam Əli (ə): «Qorxu nəfsi günahlardan çəkindirər və onun itaətsizliyinin qarşısını alar.» (Ğurərul-Hikəm, hədis 1987)

2004. İmam Əli (ə): «Qorxusu (və ehtiyatı) çox olan az ziyan görər.» (Ğurərul-Hikəm, hədis 8036)

2005. İmam Əli (ə): «Qorxunun meyvəsi asayişdir.» (Ğurərul-Hikəm, hədis 4591)

2006. İmam Həsən (ə): «Kim Allaha bəndəlik etsə, Allah bütün əşyaları onun bəndəsi edər.» (Tənbihul-Xəvatir, c.2, səh.108)

2007. İmam Sadiq (ə): «Kim Allahdan qorxsa, Allah hər şeyi ondan qorxudar və kim Allahdan qorxmasa. Allah-taala onu hər şeydən qorxudar.» (əl-Kafi c.2, səh.68 , hədis3)

2008. İmam Hadi (ə):«Kim Allahdan qorxsa hamı ondan qorxar.» (Biharul-Ənvar, c.77, səh.366 , hədis2)

Qorxu

659. Allahdan qeyrisindən qorxmaqdan çəkindirmək
2009. Allahın Peyğəmbəri (s):«Allahın Adəm övladına hökmran təyin etdiyi elə bir kəs olmayıb ki, Adəm övladı ondan qorxmasın.
Əgər Adəm övladı Allahdan qeyrisindən qorxmasaydı, Allah-taala özündən başqa heç kəsi onun üzərində hakim təyin etməzdi.
Adəm övladı ümid etdiyi kəsdən başqa heç kəsə tapşırılmadı.
Əgər Adəm övladı Allahdan qeyrisinə ümid bəsləməsəydi, Allahdan başqa bir kəsə tapşırılmazdı.» (Kənzul-Ummal, hədis 5909)

2010. Allahın Peyğəmbəri (s): «Xoş o kəsin halına ki, Allah qorxusu onu insanlardan qorxmaqdan çəkindirmişdir.» (Biharul-Ənvar, c.77, səh.126 , hədis32)

2011. Allahın Peyğəmbəri (s): «Allah yolunda heç bir məzəmmət edənin danlağından ürəyinə qorxu salma.» (əl-Xisal, səh.526 , hədis13)

Qorxu

660. Bir şeydən qorxanda münasib rəftar
2012. İmam Əli (ə): «Bir işdən qorxan zaman özünü onun ağuşuna at. Çünki o işdən bərk qorxmaq, o işə başlamaqdan daha çətin və daha çox ziyanlıdır.» (Nəhcül-Bəlağə, hikmət 175)

2013. İmam Əli (ə): «İşin çətinliyindən və ağırlığından qorxanda onun müqabilində dəyanət və əyilməzlik göstər ki, o iş sənə ram olsun. Hadisələr qarşısında çıxış yolu ara ki, işlərin sənə asan olsun.» (Ğurərul-Hikəm, hədis 41108)

Qorxu

661. Müxtəlif
2014. İmam Əli (ə): «Heç kəsi qorxutmayan kəs, heç vaxt qorxmaz.» (Ğurərul-Hikəm, hədis 8955)

2015. İmam Sadiq (ə): «Qorxduğun bir yerə daxil olan zaman bu ayəni oxu: «Rəbbi ədxilni mudxələ sidqin vəəxricni muxrəcə siqgin vəcəl li min lədunkə sultanən nəsira.» (İsra, ayə 80) (Yəni, ey Rəbbim. Məni həqiqi girişdən daxil və həqiqi çıxış yerindən xaric et, öz tərəfindən mənim üçün bir qüdrətli köməkçi təyin et) Qorxduğun bir kəsi gördüyün zaman ayətəl -kürsü (Bəqərə, ayə 255-257) oxu.» (Biharul-Ənvar, c.76, səh.247, hədis 37)

2016. İmam Rza (ə): «Azda (günahda) Allahdan qorxmayan, çox (günahda) da Ondan qorxmaz.» (Biharul-Ənvar, c.71, səh.174, hədis 10)

Qorxu



Geri dön

HaYaliM

  • 27 sentyabr 2011 19:30
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Zehra MeLeK

  • 25 sentyabr 2011 01:18
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
{awards}
tewekkurler

_WITH YOU_

  • 24 sentyabr 2011 10:22
  • Məqalə: 1
  • Şərh: 505
  • Bal:
{awards}
ALLAH razı olsun.tşk

Casper

  • 23 sentyabr 2011 21:47
  • Məqalə: 47
  • Şərh: 650
  • Bal:
{awards}
«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

Cox sag ol,bacim...

--------------------
Only GODcan judge me!!!

ZAC EFRON

  • 23 sentyabr 2011 21:30
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
allah razi lsun bu xedberi paylawdigin u4un

H.o.S.t _ FaNaTka

  • 23 sentyabr 2011 20:58
  • Məqalə: 11
  • Şərh: 1333
  • Bal:
{awards}
tşkkkkkkkkkkkkkkkkk

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

... Deryam ...

  • 23 sentyabr 2011 20:11
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH QƏLBİMİZDƏN ALLAH QORXUSUNU VƏ ÜMÜDÜMÜZÜ ƏSKİK ETMƏSİN ...
DƏYƏRLİ YAZI ÜÇÜN SAĞ OLUN ...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 225
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}