Qaranquşun ömrü 6 aydır

 
Qaranquşun ömrü 6 aydır

Qaranquş bir adamla dost olmaq istəyirdi. Bir gün bütün cəsarətini toplayıb, pəncərəsinin qarşısına qondu. Dərin bir nəfəs aldıqdan sonra pəncərənin şüşəsini döyməyə başladı: Tık... Tık... Tık...

Adam bərk məşğul idi. Səsi eşidib pəncərəyə yaxınlaşdı. Qaranquşu gördü. Qaranquş həyəcanla: “Ey insan, mən səninlə dost olmaq istəyirəm. Neçə vaxtdır ki, səninlə danışmaq istəyirəm. Nə olar, məni içəri burax, bir yerdə yaşayaq”, -dedi. Adam isə tərs-tərs: “Sən haradan çıxdın, bircə sən çatmırdın. Səni içəri buraxa bilmərəm. Sən quşsan. Heç quşdan da insana dost olar?” - deyə cavab verdi. Qaranquş məyus oldu. Ancaq ruhdan düşmədi. Bəxtini sınamaq üçün yenə pəncərəyə qondu: “Ey insan, pəncərəni aç, məni içəri burax. Sənə sirdaş olaram. Səni darıxmağa qoymaram”. Adam isə çox inadkar idi: “Boş yerə özünü yorma. Səni içəri buraxa bilmərəm”. Qaranquş fikrindən dönmək istəmirdi: “Bir bax, havalar soyumağa başlayır, burada üşüyürəm. Məni içəri burax, yoxsa, isti yerlərə uçmalı olacağam. Çünki mən ancaq isti yerlərdə yaşayıram. Peşman olmazsan. Görürəm, sən də təksən, mənimlə tənhalığını unudarsan”...
Bəzən insanlar həqiqəti eşitməyi sevmirlər. Odur ki, qaranquşun son sözü adamı özündən çıxardı. Və hirslə: “Mən tənhalığımdan razıyam”, - deyərək quşu qovdu. Qaranquş adamın inadkarlığından əl çəkmək istəmədiyini görüb uçub getdi...

Aradan xeyli vaxt keçmişdi. Bir gün qaranquş adamın yadına düşdü. Düşündü... düşündü... Və nəhayət, öz-özünə: “Ey ağılsız insan, gör sən nə qədər axmaqsan. Belə gözəl fürsəti əldən buraxdın. Niyə onun təklifini qəbul etmədin? İndi oturub düşünməkdənsə, onunla yaxşı vaxt keçirərdin”, - dedi...
Adam peşman olmuşdu, ancaq iş-işdən keçmişdi. Sonra öz-özünə təskinlik verməyə başladı: “Havalar qızanda mənim qaranquşum da uçub gələr. Mən də onu içəri buraxaram, bir yerdə xoşbəxt yaşayarıq”. Oturub havaların qızmağını gözləməyə başladı. Nəhayət, yaz gəldi. Qaranquşlar köhnə yuvalarına qayıtdılar. Ancaq onun axtardığı quş hələ də gözə dəymirdi. Yaz qurtarana qədər pəncərəsini açıq qoydu. Ancaq nə fayda? Qaranquş hələ də yox idi. Axırda dözmədi və dərdini dünyagörmüş bir qocaya açdı. Qoca onu dinlədi, sonra da bir kəlmə ilə: “Qaranquşların ömrü 6 aydır”, - dedi...


Geri dön

nice_angel

  • 22 iyul 2011 21:39
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
tewekkurler......

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

_RONALDO_

  • 13 mart 2011 10:57
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
http://legend.az/uploads/fotos/foto_5152.JPG

--------------------

neners

  • 18 yanvar 2011 23:01
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
TESIRLENDIRICI HEKAYEDI YAZIQ QUW sad

Just For Legend

  • 6 dekabr 2010 20:36
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli melumaata gore minnettaram

--------------------

Grace_Angel

  • 8 oktyabr 2010 23:57
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler maraqli hekayedi...

--------------------

Dj_Tural

  • 26 sentyabr 2010 18:41
  • Məqalə: 852
  • Şərh: 1584
  • Bal:
{awards}
melumata gore tewekkurler maraqli idi

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

Kisa_Kiss

  • 26 sentyabr 2010 14:49
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
бедненкий так мало живет еее recourse спасибо за инфо

--------------------

Ulya

  • 26 sentyabr 2010 14:37
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol melumata gore.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 16
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}