Niyyət Dəyər Meyarıdır

 
Niyyət Dəyər Meyarıdır

Niyyət Dəyər Meyarıdır

Bismillahir-rehmanir-rehim

Niyyət Dəyər Meyarıdır

İnsan əməlinin qiyməti onun niyyətində və məqsədindədir.
Buna görə Qur’anda “fi səbilillah” kəlməsi 70 dəfə işlənmişdir.
Bu rəqəm insanların ehtiyatlı olmasını, Allahdan qeyrilərinə və ya nəfs istəklərinə yox, məhz Allah yolunda niyyət və əməl etmələrinin zəruriliyini göstərir.

Necə ki, təhlükəli yolda xeyli xəbərdarlıq tablosu asılır. Allaha bəndəlik yolunda bir çox döngələr var. Bütün bu tə’kid və xəbərdarlıqlar azğınlıqdan uzaqlaşmaq üçündür. Xüsusi ilə Allaha yaxınlıq üçün olmayan ibadətlərin zərrəcə dəyəri yoxdur. Niyyət ibadətin əsasıdır. Niyyətsiz və ya Allahdan qeyrisi üçün görülən işlər əbəsdir.

Niyyət əməlin əsasıdır. Pis niyyətlə görülən ən müqəddəs işlər məhvə məhkumdur. Yaxşı niyyətlə görülən sadə işlər isə çox dəyərli olur.

İlahi niyyət Allahın lütflərinə çatmaq səbəbidir. Hər kəs Allahın yolunda çalışsa, Allah öz yolunu ona göstərər: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.” (“Ənkəbut” surəsi, ayə 69)

Niyyət əməlin qəbul olması üçün şərtdir. İmam Sadiq (ə) Allahın buyuruğunu belə nəql edir: “Yalnız mənim üçün olanı qəbul edirəm.” (“Rövzətul-muttəqin”, 2-ci cild, səh.141)

Niyyət kiçik işi böyük edir. İmam Sadiq (ə) buyurur: “Hər kəs Allaha xatir az bir iş görərsə, Allah onu insanların gözündə istədiyindən daha çox böyüdər. Hər kəs Allahdan qeyrisi üçün (xalq üçün) böyük iş görərsə, Allahın razılığı əvəzinə xalqın razılığını düşünərsə, Allah onun böyük işini xalqın gözündə kiçildər.” (“Rövzətul-muttəqin”, 2-ci cild, səh.142)

Bəli, izzət də, zillət də Allahın əlindədir. O qəlbləri istədiyi şəxsə doğru yönəldir. Demək, bütün işlərdə Onu düşünməliyik ki, işlərimiz yoluna qoyulsun.
Həzrət İbrahim (ə) Allaha xatir zövcəsini və övladını Məkkənin qızmar çöllərində qoyur. Sonra Allahdan istəyir ki, xalqın qəlbi onlara meyl etsin. (bax: “İbrahim” surəsi, ayə 37)

Qur’an buyurur: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Allah bir sevgi yaradacaqdır.” (“Məryəm” surəsi, ayə 96)
Bu Allahın dünyəvi mükafatlarından biridir. Əlbəttə, Allah verən sevgi xalq arasında yalan və ötəri şöhrət deyil. Bir çox məşhur şəxslər öləndən sonra unudulurlar. Lakin öncə adı çıxmamış bir çox şəxslər hələ də xalqın qəlbindədir!

Sevgini də Allahdan istəmək lazımdır. O “muqəllibəl-qulub”dur.
Xalqın qəlbi Onun əlindədir. Əgər insan Allaha xatir bir iş görərsə, Allah onun işinə ən gözəl şəkildə əvəz verəcək. İmam Xomeyni (r) Allah üçün qiyam etdi, sürgün olundu, çətinliklərə dözdü.
Allah da milyonlarla insanın qəlbində ona məhəbbət yaratdı.
İrana gələrkən milyonlarla insan onu qarşıladı və vəfatından sonra dəfn mərasimində on minlyondan çox insan iştirak etdi.
40 gün ərzində onun üçün məqbərə tikildi, ölkənin ən uzaq nöqtələrindən qəbrinin ziyarəti üçün insanlar axışdı.
İnsan öz qəlbinin keşikçisi olmalıdır.
O, qəlb mənzilinə Allahdan başqa heç kəsi buraxmamalıdır. İmam Sadiq (ə) buyurur: “Qəlb Allahın mənzilidir. Ondan başqasını bu mənzilə buraxmayın.” (“Bihar”, 70-ci cild, səh.25)

Niyyət Dəyər Meyarıdır


Geri dön

HaYaliM

  • 27 sentyabr 2011 19:26
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
Allah razi olsun


Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Zehra MeLeK

  • 25 sentyabr 2011 00:59
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler

Su Perisi

  • 24 sentyabr 2011 19:49
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
“Qəlb Allahın mənzilidir. Ondan başqasını bu mənzilə buraxmayın.” (“Bihar”, 70-ci cild, səh.25)

--------------------

... Deryam ...

  • 24 sentyabr 2011 18:36
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
QELBIMIZDEN ALLAH SEVGISI ESKIK OLMASIN .

--------------------

sensiz_zor

  • 24 sentyabr 2011 18:33
  • Məqalə: 0
  • Şərh: 152
  • Bal:
{awards}
twk cox maraqla oxudum love

Ay Üzlü

  • 24 sentyabr 2011 18:28
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Qur’an buyurur: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Allah bir sevgi yaradacaqdır.” (“Məryəm” surəsi, ayə 96)

..:MeleK kiz:..

  • 24 sentyabr 2011 18:21
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
allah razi olsun

music_angel

  • 24 sentyabr 2011 17:53
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

gulnihal

  • 24 sentyabr 2011 17:08
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
ALLAH ureyimizi temiz niyyetli etsin.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}