"SİMURQ"dan növbəti qələbə

 
"SİMURQ"dan növbəti qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer
Liqasında 7-ci turun oyunlarına yekun vurulur.

İlk oyun günündə olduğu kimi, son gündə də 3 qarşılaşma keçirilir.

Meydana öncə autsayderlər qrupunda qərarlaşan “Sumqayıt Şəhər”lə
“Simurq” çıxdı. AZAL doğma meydanda “Qarabağ”ı qəbul
edəcəksə, “İnter” də “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

Premyer Liqa
7-ci tur
24 sentyabr (şənbə)


SUMQAYIT ŞƏHƏR - SİMURQ - 0:1 (0:1)
Qol: R.Poşkus, 10 (0:1).
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramil Əhmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Oyun başladı
4. Meydan sahibləri oyuna daha fəal başlayıblar
5. Emin Mustafayevin qapıya təhlükəli zərbəsini Adnan Hodziç kornerə çıxarır
6. Sumqayıtlıların korneri uğursuz alınır
7. Qonaqların ilk təhlükəli hücumu: Robertas Poşkusun təhlükəli ötürməsini Yevgeni Şmakov başla tamamlasa da, azacıq dəqiqlik çatışmır
9. Zaqatala klubunun daha bir təhlükəli hücumu zamanı Andrey Popoviç çıxışda səhvə yol versə də, rəqib oyunçular əlverişli vəziyyətdə fərqlənə bilmirlər
10. Müdafiəçilərin kobud səhvindən istifadə edən Poşkus bir toxunuşla topu qapıdan keçirir - 0:1
21. Poşkusun iti bucaq altından zərbəsini Popoviç qaytara bilir
24. Mahmud Qurbanovun zərbəsi qapının üstündən keçir
25. SŞ hücuma atılsa da, hələlik heç nə edə bilmir. Qonaqlar isə artıq əks-hücumlarda rəqibi yaxalamağa çalışır
30. Meydan sahibləri oyuna nəzarət edən tərəfdi, amma "Simurq" onların təhlükəli qol vəziyyətləri yaratmasına imkan vermirlər
35. Hodziç meydan sahiblərinin hücumu zamanı çıxışda inamsız oynasa da, sumqayıtlılar onun kobud səhvindən yararlana bilmirlər
40. Kamil Nurəhmədov kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
44. Meydan sahiblərinin qol vurmaq üçün daha bir cəhdi faydasız qalır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
51. Rasim Ramaldanov künc nöqtəsindən göndərilən topu qapıya ünvanlasa da, son anda müdafiəçi topu geri qaytarır
57. "Simurq"da Yevgeni Şmakovun əvəzində meydana Mikayıl Rəhimov çıxır
59. Murad Səttarlının uzaqdan zərbəsi zamanı "Simurq"u qoldan dirək xilas edir
60. Andrey Rubini Əli Bağırov əvəzləyir
65. Oyuna nəzarət meydan sahiblərinin əlində olsa da, nəticə dəyişmir
68. "Simurq"da Qərib İbrahimovu Kristap Qrebis əvəzləyir
70. Mikayıl Rəhimov az qala meydan sahiblərini ikinci dəfə üzəcəkdi. Qapı tiri onun sevincini gözündə qoyur
73. SŞ-də Emin Mustafayevi Eşqin Quliyev əvəzləyir
74. "Simurq" daha bir əlverişli qol imkanını əldən verdi
76. Qonaqların qapıçısı Hodziç zədələndiyi üçün matçda fasilə yaranıb
78. Popoviç qonaqların çox təhlükəli hücumu zamanı inamlı oyunla qola imkan vermir
87. M.Qurbanovun uzaqdan zərbəsi qapının üstündən keçir
90. Əli Bağırovla Eldar Məmmədov sarı vərəqə ilə cəzalanır
Matçın əsas vaxtına 5 dəqiqə əlavə olunur
90+3. Hodziç yenidən yerə uzanır və həkimlərin yardımından sonra matça davam edir
90+6. Poşkus qapıçıyla üz-üzə qalsa da, zərbəsi qapının üstündən keçir
Matç başa çatdı

18:00. AZAL - QARABAĞ
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Elşən Acalov, Rauf Cabbarov
Bakı. AZAL stadionu.

19:00. İNTER - KƏPƏZ
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Knyaz Əmiraslanov, Fariz Yusifov.
Bakı. "Şəfa" stadionu.

Qeyd edək ki, turun digər görüşləri ilk oyun günündə keçirilmişdi: Turan - Rəvan - 0:1, Neftçi – Bakı - 1:0, Xəzər Lənkəran - Qəbələ - 2:1.

1 Xəzər Lənləran 7 6 1 0 13-4 19
2 Neftçi 6 4 0 2 9-4 12
3 Bakı 7 3 2 2 8-6 11
4 Qəbələ 7 3 2 2 7-7 11
5 İnter 6 3 1 2 5-5 10
6 Kəpəz 6 3 0 3 13-12 9
7 AZAL 6 2 2 2 9-9 8
8 Simurq 7 2 2 3 6-8 8
9 Qarabağ 5 2 1 2 3-3 7
10 Rəvan 7 1 3 3 7-9 6
11 Turan 7 2 0 5 6-10 6
12 Sumqayıt Şəhər 7 0 2 5 2-11 2


Bombardirlər:
4 qol - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 qol - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).

------------------

23.IX.2011
20:25

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Turun açılış matçında “Turan” yenicə baş məşqçi dəyişikliyinə əl atmış “Rəvan”ı qəbul edib. Qarşılaşma debütantın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Son ölkə çempionu “Neftçi” isə paytaxt derbisində “Bakı”ya eyni hesablı qələbəyə sevinib. İlk oyun gününə liderlərin - “Xəzər Lənkəran”la “Qəbələ”nin öz aralarındakı oyunla yekun vurulub. Cənub təmsilçisi bu oyunda da qələbə qazanaraq, zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Premyer Liqa
7-ci tur
23 sentyabr (cümə)

XƏZƏR LƏNKƏRAN – QƏBƏLƏ - 2:1
Qollar: A.Semedo, 40 (1:0), E.Abdullayev, 65 (2:0), L.Baranin, 68 (2:1).
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Vaqif Musayev, Əliyar Ağayev.
Lənkəran. Şəhər mərkəzi stadionu.

Oyun başladı
5. "Qəbələ"nin təhlükəli hücumu uğursuz zərbə ilə tamamlanır
8. Rikardonun uzaqdan zərbəsi qapıdan azca aralı keçir
9. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı Antonio Semedo qol vurmaq şansını əldən verir
15. Tərəflər hələ ki, yüz faizli qol vəziyyəti yarada blmirlər
18. XL hələ ki, daha fəaldı
21. İlk sarı vərəqə Adrian Pitə qismət olur
26. Pit cərimə zərbəsindən qol vurmağa yaxın olsa da, azacıq dəqiq oynamır
28. Vurğun Hüseynov da sarı vərəqə alır
30. Katalin Domanın zərbəsini Doroşev əla reaksiya ilə geri qaytarır
36. "Qəbələ"nin künc zərbəsindən fərqlənmək cəhdi alınmır
40. Qonaqlar hissənin sonlarında fəallığı artırsalar da, hələlik onlar da ciddi heç nə ilə yadda qalmırlar
40. Subaşiçin müdafiəçidən geri qayıdan zərbəsini Antonio Semedo təkrar zərbə ilə tora qovuşdurur - 1:0
45. Kamaranın uzaqdan zərbəsi qapının üstündən keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Qəbələ" ikinci hissəyə fəal başlasa da, hələ ki, heç nə edə bilmir
54. Oyunda tez-tez fasilələr yaranmağa başlayıb
55. XL-da Elvin Beqiri zədələnir və onu Şəhriyar Xəlilov əvəzəyir
56. "Qəbələ"də isə Daniel Kruzu Murad Hüseynov əvəzləyir
61. Qonaqların kornerdən fərqlənmək istəyi alınmır
61. Saşa Yunisoğlu da sarı vərəqə ilə cəzalanır
62. Subaşiçi Elnur Abdullayev əvəzləyir
65. Rahidin sağ cinahdan ötürməsini Semedo dabanıyla Elnur üçün saxlayır, Abdullayev isə sol ayaqla qapıya dəqiq zərbə endirir - 2:0
68. Mureşan cərimə meydançasına asma zamanı kobud səhvə yol verir və boşda qalan topu Baranin dəqiq zərbə ilə tora qovuşdurur - 2:1
72. Meydan sahiblərinin çox gözəl hücumunu Rusiç zərbə ilə tamamlasa da, Doroşev yerindədi
74. Qonaqlar az qala hesabı bərabərləşdirəcəkdilər. Qapı tiri meydan sahiblərinin köməyinə çatır
76. Dodonun cərimə zərbəsi qapıdan aralı keçir
80. Oyun daha çox meydanın mərkəzində davam etməyə başlayıb
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Kamara sarı vərəqə alır
90+3. Pitin cərimə zərbəsini son anda Doroşev zərərsizləşdirir
Matç başa çatdı

Turun qalan görüşləri sabah keçiriləcək: Sumqayıt Şəhər - Simurq, AZAL - Qarabağ, İnter - Kəpəz.

1 Xəzər Lənləran 7 6 1 0 13-4 19
2 Neftçi 6 4 0 2 9-4 12
3 Bakı 7 3 2 2 8-6 11
4 Qəbələ 7 3 2 2 7-7 11
5 İnter 6 3 1 2 5-5 10
6 Kəpəz 6 3 0 3 13-12 9
7 AZAL 6 2 2 2 9-9 8
8 Qarabağ 5 2 1 2 3-3 7
9 Rəvan 7 1 3 3 7-9 6
10 Turan 7 2 0 5 6-10 6
11 Simurq 6 1 2 3 5-8 5
12 Sumqayıt Şəhər 6 0 2 4 2-10 2

----------
20:03

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilir.

Turun açılış matçında “Turan” yenicə baş məşqçi dəyişikliyinə əl atmış “Rəvan”ı qəbul etdi və 0:1 hesabı ilə uduzdu. Son ölkə çempionu “Neftçi” paytaxt derbisində “Bakı”ya 1:0 hesabı ilə qalib gəldi. İlk oyun gününə liderlər - “Xəzər Lənkəran”la “Qəbələ”nin öz aralarındakı oyunla yekun vurulacaq.

Premyer Liqa
7-ci tur
23 sentyabr (cümə)

NEFTÇİ – BAKI - 1:0 (0:0)
Qol: D.Silva, 87 (1:0).
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Orxan Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Oyun başladı
5. Matç hələ ki, meydan mərkəzində davam edir və təhlükəli vəziyyətlər yoxdu
10. İlk təhlükəli hücum "Neftçi"də gəldi. Bahodir Nasimov cərimə meydançasına daxil olub Mirhüseyn Seyidova əla ötürmə versə də, sonuncunun uğursuz zərbəsi müdafiəçidən qayıdır
11. Nasimovun zərbəsi qapının üstündən keçir
12. "Bakı"nın cərimə zərbəsindən fərqlənmək istəyi alınmır
13. "Zolaqlılar"ın təhlükəli əks-hücumu kornerlə nəticələnir
14. Qonaqların iki ardıcıl korner cəhdi də uğursuzdu
16. "Neftçi"nin cərimə zərbəsi korner qazanmasıyla başa çatır
17. Meydan sahiblərinin də iki ardıcıl künc zərbəsindən qol səsi çıxmır
21. "Neftçi" daha bir təhlükəli hücumu boşa verir
24. Flavinyoya qarşı qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsini Rəşad Adullayev dəqiq yerinə yetirə bilmir
28. Seyidovun qapıya zərbəsi Marko Şarliyada qalır
29. Flavinyo cinahdan ötürülən topu qapıya göndərməyə çalışsa da, azacıq dəqiqlik çatışmır
30. İlk yarım saat ərzində "Neftçi" daha fəal təsir bağışlamaqdadı və rəqibini müdafiəyə sıxışdırıb
31. "Bakı"nın yerinə yetirdiyi korner təhlükəli olsa da, bəhrəsizdi
31. Abdullayevin uzaqdan zərbəsini Şarliya qaytarır
31. Nasimov yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmir
33. "Neftçi"nin cərimə zərbəsi çox uğursuz alınır
36. Denis Silva sarı vərəqə alan ilk futbolçu olur
38. R.Abdullayevin uzaqdan zərbəsi qapının üstündən keçir
42. Bahodir müdafiəçinin kobud səhvi nəticəsində qapıçı ilə üz-üzə qalsa da, yerdə qalır. Amma hakim penalti təyin etmir
44. "Bakı"nın əks-hücumu zamanı Verpakovski yaxın məsafədən tiri nişan alır
45+1. Künc nöqtəsindən göndərilən topa Flavinyonun baş zərbəsini son anda Şarliya əla reaksiya ilə qaytarır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Neftçi" ikinci hissəyə fəal başlayıb
51. Abışovun zərbəsi qapıdan aralı keçir
53. Flavinyo zədələnir və o, oyuna davam edə bilmir
55. Flavinyonun əvəzində meydana Araz Abdullayev çıxır
58. Nasimov hesabı açmağa yaxın olsa da, əlverişli vəziyyəti boşa verir
59. Junior Vilsonun uzaqdan zərbəsi zamanı Saşa Stamenkoviç topu kornerə çıxarmalı olur
60. Qonaqların künc zərbəsindən fərqlənmək istəyi baş tutmur
62. R.Abdullayevin uzaqdan zərbəsi qapının üstündən keçir
65. Seyidova qarşı qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsini Abışov uğursuz yerinə yetirir
66. İqor Mitreski sarı vərəqə alır
68. Denis İvanov da sarı vərəqə ilə cəzalanan futbolçuların sırasına qoşulur
69. Qapıçı ilə üz-üzə qalan Nasimov topu Şarliyanın başı üzərindən qapıya ünvanlasa da, azacıq dəqiqlik çatışmır
72. Verpakovski də sarı vərəqə ilə cəzalanır
73. Seyidovun cərimə zərbəsi çox təhlükəli alınsa da, Şarliya yenə səhvsiz oynayır
75. Oyun çox kobud məcrada davam edir. Çesnauski də sarı vərəqə ilə cəzalanır
76. Slavço Georgiyevskinin əvəzində meydana Fərid Quliyev çıxır
80. "Neftçi"nin künc zərbəsindən fərqlənmək istəyi yenə bəhrəsiz qalır
81. Verpakovski yerini Vadim Boretə verir
82. Boretin çox qüvvətli və təhlükəli zərbəsini son anda Stamenkoviç kornerə çıxarır
87. "Neftçi" nəhayət ki, kornerdən qola sevinir. R.Abdullayevin ötürməsini Denis Silva başla tora qovuşdurur - 1:0
90. İbrahim Karqbonu Rəhman Hacıyev əvəzləyir
90+1. M.Seyidovun əvəzində meydana Tərlan Quliyev daxil olur
Matç başa çatdı

Turun qalan görüşləri sabah keçiriləcək: Sumqayıt Şəhər – Simurq, AZAL – Qarabağ, İnter - Kəpəz.

1 Xəzər Lənləran 6 5 1 0 11-3 16
2 Neftçi 6 4 0 2 9-4 12
3 Bakı 7 3 2 2 8-6 11
4 Qəbələ 6 3 2 1 6-5 11
5 İnter 6 3 1 2 5-5 10
6 Kəpəz 6 3 0 3 13-12 9
7 AZAL 6 2 2 2 9-9 8
8 Qarabağ 5 2 1 2 3-3 7
9 Rəvan 7 1 3 3 7-9 6
10 Turan 7 2 0 5 6-10 6
11 Simurq 6 1 2 3 5-8 5
12 Sumqayıt Şəhər 6 0 2 4 2-10 2

----------

19:17


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilir.

Turun açılış matçında “Turan” yenicə baş məşqçi dəyişikliyinə əl atmış “Rəvan”ı qəbul etdi və 0:1 hesabı ilə uduzdu. Son ölkə çempionu “Neftçi” paytaxt derbisində “Bakı” ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk oyun gününə liderlər - “Xəzər Lənkəran”la “Qəbələ”nin öz aralarındakı oyunla yekun vurulacaq.

Premyer Liqa
7-ci tur
23 sentyabr (cümə)


TURAN – RƏVAN - 0:1 (0:0)
Qol: R.Klaudiney, 60 (0:1).
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Rza Məmmədov, İnqilab Məmmədov.
Tovuz. Şəhər stadionu.

Oyun başladı
Sergey Artyuxun zərbəsi təhlükəli olsa da, qeyri-dəqiq alınır
Oyun daha çox meydanın mərkəzində keçir. Ciddi qol vəziyyətləri yaratmağı bacaran yoxdu
Komandalar hücuma atılmaqda o qədər də maraqlı görünmürlər
Meydan sahiblərinin heyətində Rodison Fereyranın zərbəsini qapıçı dəf edir
Oyuna qismən də olsa, meydan sahibləri nəzarət edir
Tovuzluların heyətində Cavid Tağıyev öz oyunu ilə diqqət çəksə də, hələlik onun da fəallığı komandasının hesabı açması üçün yetərli deyil
Qonaq komandada isə Reys Klaudineyi qeyd etmək olar
"Rəvan" rəqib qapısına yol tapır, amma ofsayddan...
Rudisonun təhlükəli zərbəsi dəqiq alınmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Turan"da ikinci hissənin əvvəlində Ayxan Abbasovu Azər Məmmədov əvəzləyir
Komandalar ikinci hissəyə daha fəal başlayıblar
Qonaqların ən fəal oyunçusu Reys Klaudiney nəhayət ki, qol arzusunu gerçəkləşdirə bilir - 0:1
Meydan sahiblərinin heyətində növbəti əvəzləmə: Tağıyevi Aleksandr Qoqoberişvili əvəzləyir
"Turan"da son əvəzləmə: R.Fereyranın əvəzində meydana Yasin Abbasov çıxır
"Rəvan"ın müdafiəçisi öz cərimə meydançasında əllə oynasa da, hakim susur
"Turan" oyuna daha çox nəzarət etsə də, qol vura bilmir
Matç başa çatdı

Turun qalan görüşləri sabah keçiriləcək: Sumqayıt Şəhər - Simurq, AZAL - Qarabağ, İnter - Kəpəz.

1 Xəzər Lənləran 6 5 1 0 11-3 16
2 Bakı 6 3 2 1 8-5 11
3 Qəbələ 6 3 2 1 6-5 11
4 İnter 6 3 1 2 5-5 10
5 Neftçi 5 3 0 2 8-4 9
6 Kəpəz 6 3 0 3 13-12 9
7 AZAL 6 2 2 2 9-9 8
8 Qarabağ 5 2 1 2 3-3 7
9 Rəvan 7 1 3 3 7-9 6
10 Turan 7 2 0 5 6-10 6
11 Simurq 6 1 2 3 5-8 5
12 Sumqayıt Şəhər 6 0 2 4 2-10 2


Bombardirlər:
4 qol - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 qol - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 00:46
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
maraqlidi

Lindo

  • 25 sentyabr 2011 00:20
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Sergey Artyux (Turan)

)))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}