Sehrli şamdan nağılı

 
Sehrli şamdan nağılı

Biri var idi, biri yox idi, bir padşah var idi. Onun gözləri neçə vaxt idi ki, kor olmuşdu. Nə qədər loğman gəlmişdisə, onu sağalda bilməmişdi. Bir dəfə bir loğman gəldi, padşahın gözlərinə baxıb dedi:
-Padşah sağ olsun, sənin gözlərinin dərmanı var, amma əlçatmaz yerdədir.
Padşah soruşdu:
-Sən yerini de, mən tapdıraram.
Loğman dedi:
-Ağ dəryada bir xallı bulaq var, onun qanı gözlərinə dərmandır.
Loğman sözlərini qurtaran kimi padşah car çəkdirdi, bütün balıqçıları yığdırdı. Ağ dəryanın sahilinə, sonra da oğlunu çağırıb dedi:
-Oğul, bir dəstə adam götür, həmin xallı balıq çıxana kimi nə qədər balıq varsa, hamısını tutdurub tökdür qırağına.
Oğlan balıqçılara əmr elədi ki, kim xallı balığı tutsa çoxlu bəxşiş alacaq. Balıqçılar torlarını atıb balıq tutmağa başladılar. Birdən tordan xallı balıq çıxdı. Oğlan baxıb gördü ki, bu elə qəşəng balıqdır ki, adam sağ əlini kəsməyə qıyar, amma onun ölümünə qıymaz. Oğlan heyfsilənə-heyfsilənə istədi balığın başını kəssin. Birdən balıq dilə gəlib dedi:
-Ey oğlan, məni öldürmə, vaxt gələr sənə lazım olaram.
Oğlan fikrindən keçirdi ki, atamın gözü bəlkə heç açılmadı. Bu balıq ki dil açıb belə yalvardı, yaxşısı budur, onu buraxım. Oğlan balığı atdı dəryaya. Sonra üzünü balıqçılara tutub dedi:
-Əgər bu sirri bir adam açsa, başını bədənindən üzəcəyəm.
Balıqçılar and içdilər ki, bu sirri açmayacaqlar. Oğlan onların zəhmət haqqını verib yola saldı. Sonra qayıdıb atasının yanına gəldi və dedi:
-Ata, nə qədər axtardıqsa, xallı balığı tapa bilmədik.
Padşah bir söz demədi. Lənət mərdimazara, deyiblər, bir gün gəlib xəbər verdilər ki, ey padşah, sənin gözünün dərmanı olan xallı balığı balıqçılar tutmuşdular. Amma oğlun onu tordan açıb dəryaya buraxdı. Padşah bu sözü eşidən kimi əmr elədi ki, oğlunun boynu vurulsun. Vəzir, vəkil padşaha yalvardılar ki, bir qələtdi eləyib, oğlunu öldürmə. Padşah dedi:
-Yox, gərək ölsün. O mənim ölməyimi istəyir ki, taxt-tacıma sahib olsun.
Padşah yola gəlmirdi, axırda ağsaqqal, qarasaqqal yalvardılar ki, heç olmasa oğlunun ölümündən keç, sürgün elə. Padşah bir az yumşalıb onların sözünü eşitdi. Dedi ki, onda çıxıb torpağımdan getsin.
Padşah oğlu həmin gün yola düşdü. Ağ dəryanın qırağı ilə gedirdi, yolda bir oğlana rast gəldi. Oğlan soruşdu:
-Qardaş, hara belə?
Şahzadə cavab verdi:
-Heç özüm də bilmirəm. Baş götürüb gedirəm, ayağım hara, başım da ora.
Oğlan dedi:
-Elə mən də sənin kimiyəm. Gəl yoldaş olaq.
Padşah oğlu dedi:
-Yoldaş yox, lap gəl qardaş olaq.
Hər ikisi dostlaşıb başladılar yol getməyə. Bir az gedəndən sonra oğlana yolda rast gələn adam dedi:
-Qardaş, soruşmaq ayıb olmasın, nə peşənin sahibisən?
Padşah oğlu dedi:
-Heç bir peşəm yoxdur.
Oğlan dedi:
-Eybi yoxdur, mən yaxşı həkiməm. Şəhərləri, kəndləri gəzərik, nə qazansam, səninlə yarı bölərəm, dolanarıq.
Xeyli yol gedib bir şəhərə çatdılar. Həmin şəhərin padşahının bircə qızı var idi. Yeddi il idi ki, qızın dili tutulmuşdu. Padşah əhd eləyibmiş ki, hər kim qızımın dilini açsa, qızı ona ərə verəcəyəm, aça bilməsə boynunu vurduracağam. Qızı almaq həvəsinə düşən həkimlər hər gün gəlirdilər, heç bir əlac eləyə bilmirdilər.
Padşahın oğlu ilə həkim də gəlib həmin şəhərə çıxdılar. Gördülər bir adamı dar ağacından asıblar. Xəbər aldılar ki, bunu niyə asıblar? Adamlar dedilər:
-Padşahın bir qızı var, yeddi ildir ki, dili tutulub. Bu həkim gəlmişdi ki, onun dilini açsın. Aça bilməyib, padşah da asdırıb.
Həkim bu sözü eşidən kimi yoldaşını da götürüb getdi padşahın yanına. Ədəblə baş endirib dedi:
-Mən gəlmişəm qızının dilini açım.
Padşah oğlanı xoşsifət götüb dedi:
-Ey cavan, indiyə kimi qırx həkim gəlib, heç biri qızımın dilini aça bilməyib, hamısını öldürtmüşəm. Yazıqsan, sənə heyfim gəlir. Aça bilməsən boynunu vurduraram.
Oğlan dedi:
-Padşah sağ olsun, mən o ölənlərdən artıq deyiləm ki, aça bilməsəm, öldürərsən. İzin ver, gedim qızının yanına.
Həkim yoldaşını da götürüb getdilər qızın yanına. Bu tərəfdən də padşah, vəzir, vəkil getdilər qızın evinə, başladılar xəlvətcə qulaq asmağa. Həkim qızın yanına girəndə ona heç bir söz demədi. Otaqda ləl-cəvahirata tutulmuş gözəl bir qızıl şamdan var idi. Üzünü şamdana tutub dedi:
-Salam, ay qızıl şamdan.
Bu həmin qızıl şamdan idi ki, qıza ölmüş anasından yadigar qalmışdı. Qız onu özündən artıq sevirdi. Anası öləndən sonra qız and içmişdi ki, yeddi il dinib-danışmayacaq. Ona görə də özünü lallığa vurmuşdu.
Həkim oğlan şamdana salam verəndən sonra dedi:
-Ey qızıl şamdan, bu gecə sənə qonağam. Bir nağıl söyləyəcəyəm, qulaq asıb cavab verərsən. Ay qızıl şamdan, günlərin bir günü bir dərzi, bir dülgər, bir həkim yoldaş olub yol gedirdilər. Bir qədər yol gedib meşədə axşamladılar. Gördülər yuxuları gəlir, fikirləşdilər ki, üçü də birdən yatsa gecə onları qurd-quş yeyər. Odur ki, növbə ilə yatmağı qərara aldılar. Çöp atdılar, ilk gözləmə növbəsi dülgərə düşdü. Əlinin qabiliyyətini göstərmək üçün o ülgüclə ağacdan bir qız düzəltdi. Gecədən bir xeyli keçdi. Gözləmə növbəsi dərziyə çatdı. Dərzi də əlinin qabiliyyətini göstərmək üçün bir dəst paltar tikib qızın əyninə geyindirdi. Səhərə yaxın növbə çəkmək həkimə düşdü. O da öz bacarığını göstərmək üçün ona dərman verib cana gətirdi. Səhər açıldı, dülgər dedi:
-Bu qızı ağacdan yonub əvvəlcə mən düzəltmişəm, odur ki, qız mənimdir.
Dərzi dedi:
-Paltarını mən tikmişəm, qız mənə düşür.
Həkim dedi:
-Ona canı mən vermişəm, mənim olmalıdır.
Qızın üstündə dava düşdü. İndi ay qızıl şamdan, söylə görüm o qız üç yoldaşın hansının olmalıdır?
Qızıl şamdandan cavab çıxmadı.
Oğlan dedi:
-Ay qızıl şamdan, cavab ver, yoxsa sənə bir ağac vuracağam ki, qırıq-qırıq olacaqsan.
Şamdan yenə cavab vermədi. Oğlan geri çəkilib şamdanı vurmaq istəyəndə qız dözə bilmədi, dilə gəlib dedi:
-Ay oğlan, şamdan da danışarmı? Ona dəymə, qoy mən deyim.
Oğlan dedi:
-De görüm, düzmü tapacaqsan?
Qız dedi:
-Dülgər zəhmət çəkib dülgərlik haqqını, dərzi də paltar haqqını alsın. Qıza can verən həkimdir, canı pulla satın almaq olmaz. Deməli, qız həkimin olmalıdır.
Padşah, vəzir, vəkil, qapıdan qızın danışdığını eşitdilər. İçəri girib oğlandan razılıq elədilər. Padşah öz əhdini yerinə yetirib çoxlu cehiz, qul-qaravaşla qızını verdi oğlana. Həkim qızı götürüb dostu padşah oğluyla bərabər gəldilər həmən dəryanın qırağına ki, orada dost olmuşdular. Bu yerlərdən keçəndə qız dedi:
-Ey həkim, siz böyük bir hiylə ilə məni danışdırıb əhdimi pozdunuz, mən bilmək istəyirəm görüm, siz kimsiniz, məni hara aparırsınız?
Həkim dedi:
-Mən balıqlar padşahının oğluyam. Hər dona girməyi bacarıram. Bir gün mən bu Ağ dəryada üzürdüm. Balıqçılar məni tora salıb tutdular. Mənim qanım padşahın gözünə dərman idi. Bu oğlan məni öldürməyib salamat buraxdı. İndi mən səni cehizli, qul-qaravaşlı bağışladım bu oğlana. Bu gündən sən mənim bacım, padşah oğlu da yeznəmdi. Nə vaxt sizə lazım olsa, gəlib Ağ dəryanın qırağında məni səslərsiniz.
Oğlan bunu deyib qanından bir az şüşəyə tökdü, verdi padşah oğluna, dedi:
-Apar atanın gözünə sürt, yaxşı olsun.
Həkim təzədən onlarla vidalaşıb balığa döndü, özünü dəryaya vurub gözdən itdi.
Padşah oğlu qızı götürüb gəldi atasının şəhərinə. Ata-anası ilə öpüşüb-görüşdü. Balığın qanından atasının gözlərinə sürtdü. Padşahın gözləri açıldı.
Padşah böyük bir məclis düzəldib şəhəri bəzətdi, oğlunu qırmızı geyindirib öz yerinə taxta çıxartdı. Qırx gün, qırx gecə oğluna toy elədi. Onlar xoş gün görüb, ömür keçirdilər. Siz də ömrünüzü xoş günə calayasınız.

Sehrli şamdan nağılı


Geri dön

..::Nice Lady::..

  • 26 sentyabr 2011 17:32
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
nagilki nagileeee winked qeweng idi twk edirem

nagilki nagileeee winked qeweng idi twk edirem

--------------------
....Ya ümidsizsiniz, ya ümid sizsiniz, Ya çarəsizsiniz, ya çarə sizsiniz....

..:MeleK kiz:..

  • 25 sentyabr 2011 13:01
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
men bu nagili cox sevirem sizde yeginki beyendiz

H.o.S.t _ FaNaTka

  • 25 sentyabr 2011 09:55
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
maraqlıdı təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

GlamouR_

  • 25 sentyabr 2011 01:39
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
oxudum ve copy eledim twk-l-errr

--------------------

ASMIYA

  • 25 sentyabr 2011 01:06
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
INANIN O KADAR COK BEYENDIM KI, HEKAYE YOK GERCEK OLMASINI ISTERDIM. ELINIZ-QOLUNUZ VAR OLSUN. NECE DE MENE XOS TESIR BIRAKTI.
SEBRIN SONU SALAMATLIQDIR. SENIN ŞER SANDIGINDA BIR GUN XEYIR GORERSEN. SEN BILMEZSIZ BIZ BILIRIZ. REBBIM NECE GOZEL BUYURUB ELE DEYILMI? HEC BIR SOZ BOSA DEYILMEYIB. BIR GUN GELER ESITDIYINI YASAYARAQ OYRENERSEN. BIZ ZATEN BIR MUCIZELER DIYARINDA YASAYIRIQ.

smile

--------------------


Zehra MeLeK

  • 25 sentyabr 2011 00:44
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
maraqlidir..........

... Deryam ...

  • 25 sentyabr 2011 00:24
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Her sebrin sonunda bir xeyir var...
Gozel nagildi. TWKLER ...

--------------------

FLY TIME

  • 24 sentyabr 2011 23:12
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
maraqli idi.tewekkur

sensiz_zor

  • 24 sentyabr 2011 22:35
  • Məqalə: 0
  • Şərh: 152
  • Bal:
{awards}
maraqlidi twk

Ay Üzlü

  • 24 sentyabr 2011 22:23
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler elleriniz derd gormesin

lider

  • 24 sentyabr 2011 22:02
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Gozeldi tewekkurler

Musique Sage

  • 24 sentyabr 2011 21:31
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
cox maraqlidi hekayenin icinde hiss edim ozumu

Casper

  • 24 sentyabr 2011 21:00
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
tewekkurler,xowuma geldi

--------------------
Only GODcan judge me!!!

Samira19760

  • 24 sentyabr 2011 20:44
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Nece iller idi ki nagil oxumurdum .Bu mene cox xos geldi .Sag olun.bir sey yaddan cixib deyesen.Goyden 3 alma dusdu biri nagili yazanin biri oxuyanin biri de Adminin

sevgi yalandir

  • 24 sentyabr 2011 20:30
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
maraqlidir...........

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}