Müvəffəqiyyət [hekayə]

 
Müvəffəqiyyət [hekayə]

İş adamının işləri heç cür yolunda getmirdi. Bir vaxtlar böyük uğurları olsa da, indi “böyük olan” ancaq borcları idi. Bir tərəfdən, kredit verənlər onu sıxışdırır, bir tərəfdən də, borclular öz borclarını gözləyirdilər. Artıq başını itirmişdi. Üstəlik, heç bir çıxış yolu tapa bilmirdi.
Bir az nəfəs almaq üçün parka getdi. Skamyalardan birində oturdu,başını əllərinin arasına aldı və bu vəziyyətdən necə çıxmaq barədə düşünməyə başladı. Elə bu vaxt qarşısında yaşlı bir adam dayandı. “Çox narahat görünürsən. Səni narahat edən nədir, bəlkə mənə deyəsən?” – deyə soruşdu. O başına gələnlərin hamısını danışdı. Yaşlı adam onu diqqətlə dinlədikdən sonra, “Mən sənə kömək edə bilərəm”, - dedi və cibindən çek dəftərini çıxardaraq ona bir çek yazdı. Çeki verəndə isə belə dedi: “Bu pul sənindir. Bir il sonra səninlə burada görüşəndə mənə olan borcunu qaytararsan. Buyur, götür”, - dedi. Və yaşlı adam gəldiyi kimi də sürətlə gözdən itdi.
Əlindəki çekə baxdı... çekdə 500 min dollar yazılmışdı. Imza isə Con Rokfellerə aid idi, yəni o gün üçün dünyanın ən varlı adamına... “Əgər istəsəm, elə bu dəqiqə bütün borclarımı ödəyə bilərəm”, - deyə düşündü doğrudan da, o, Con Rokfellerin verdiyi bu çeklə hər şeyi həll edə bilərdi. Ancaq o, çekə dəymədi. Bu qiymətli çeki kassasına qoyaraq, işlərini yenidən nəzərdən keçirməyə başladı. Indi o ən kiçik bir fürsəti də əldən vermək istəmirdi...

Bir neçə ay sonra işləri artıq yenidən öz yoluna düşmüşdü. Sonrakı aylarda isə borcıarından tamamilə xilas oldu. Indi o, pul da qazanmağa başlamışdı. Və beləcə, bir il dayanmadan işlədi...
Bir ildən sonra əlində çek parka getdi. Qərarlaşdıqları saatın çatmasını gözlədi. Vaxt tamam olan kimi yaşlı adamın sürətlə ona doğru gəldiyini gördü. Elə çeki ona verib başına gələnləri danışmaq istəyirdi ki, bir tibb bacısı gəldi və adamın qolundan tutaraq, “Nə yaxşı ki, onu tapdım. Artıq neçənci dəfədir ki, qocalar evindən qaçır və bu parka gələrək hamıya Con Rokfeller olduğunu deyir”, - dedi. Bir azdan tibb bacısı yaşlı adamın qoluna girib, oradan uzaqlaşdı...
Artıq yerindən tərpənə bilmirdi. Bütün bu gördüklərindən sonra sanki donmuşdu. Bütün il boyu arxasında yarım milyon dollar olduğuna inanmış və yeni işlər görmüşdü. Üstəlik, heç bir risk barədə düşünməmişdi.

Birdən həyatının axarını dəyişdirən şeyin pul olmadığını dərk etdi. Bəli, onun həyatının axarını pul yox, özünə inamı dəyişmişdi...Əslində müvəffəqiyyətin sirri kassamızda olanlar deyil, qəlbimizdə və beynimizdə olanlardır.
Başqa yerdə axtarmağa da ehtiyac yoxdur...


Geri dön

_RONALDO_

  • 13 mart 2011 10:49
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Tewekkurler maraqlidir...

--------------------

Just For Legend

  • 6 dekabr 2010 20:32
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli melumaata gore minnettaram

--------------------

Grace_Angel

  • 28 sentyabr 2010 21:09
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler...oxudum maraqli hekayedir....

--------------------

Ulya

  • 26 sentyabr 2010 19:41
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}