Tələbəsinin İmam Sadiqdən (ə) öyrəndiyi 8 nüans

 
Tələbəsinin İmam Sadiqdən (ə) öyrəndiyi 8 nüans

İmam Sadiq (ə) uzun müddət yanında elm və mərifət öyrənən tələbələrindən birinə buyurdu: "Bu müddət ərzində məndən nə öyrəndin?"
Tələbə cavabında, "Səkkiz şey, ey mənim mövlam", - deyə cavab verdi. Ardınca İmam (ə) buyurdu: "Elə isə o öyrəndiyin şeyləri mənim üçün tərif et".
Tələbə də onları bir-bir sadalamağa başladı:

"1. Hər bir məhbub öz həbibini (sevdiyini) ölüm anında tərk edir. Mən də bütün diqqətimi məni tərk etməyən, əksinə təkliyimdə mənimlə dost olana, ünsiyyət qurana sərf etdim. O da xeyir əməldir: "Kim xeyir bir əməl yerinə yetirsə, onun müqabilində mükafatını alacaq".

Tələbəsinin İmam Sadiqdən (ə) öyrəndiyi 8 nüans

2. Bir qrup insanların əsil-nəsəbi, başqalarını isə var-dövlət və övladları ilə fəxr etdiklərini gördüm. Ancaq bunların heç birində iftixarın yoxdur. Ən böyük fəxr Allahın buyurduğu bu sözdədir: “Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır” . Mən də Allahın yanında hörmətli olmağa çalışdım.

3. İnsanların əyləncəyə, eyş-işrətə qərq olduqlarını gördüm və Allahın bu sözünü eşitdim: “...kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən, onun yeri Cənnətdir!” Mən də nəfsimə istəyini qadağa etməyə çalışdım və nəfsim Allahın itaətində qərar tapdı.

Tələbəsinin İmam Sadiqdən (ə) öyrəndiyi 8 nüans

4. Hər kəsin qiymətli bir şey tapdıqda onu qorumağa çalışdığını görən zaman Allahın bu sözünü eşitdim. “Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin və O da bunun əvəzini qat-qat artırsın? Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!” Mən də mükafatımın qat-qat artmasını istədim. Allahın yanında olandan qiymətli bir şey görmədim. Hər hansı qiymətli bir şey tapdıqda onunla Allaha yaxınlaşmaq istədim ki, ona ehtiyacım olacağı vaxt mənim üçün azuqə olsun.

5. İnsanların bir-birinə həsəd apardıqlarını gördüm və Allahın bu sözünü eşitdim: “Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürdük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərinin bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə, bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların yığdıqlarından daha yaxşıdır”. Buna görə də mən də heç kimə həsəd aparmadım və əldən verdiklərimə təəssüf etmədim.

Tələbəsinin İmam Sadiqdən (ə) öyrəndiyi 8 nüans

6. İnsanların dünyada bir-birinə qarşı düşmənçiliyini, qəlblərindəki nifrəti gördüm və Allahın bu sözünü eşitdim. “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun”. Mən də başqasının düşmənçiliyini buraxıb, şeytanla düşmənçiliyə başladım.

7. İnsanların ruzi əldə etmək üçün əzab çəkdiklərini, səy göstərdiklərini gördüm və Allahın bu sözünü eşitdim: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən onlardan Mənim (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” Mən də Onun vədinin və sözünün doğru olduğunu bildim. Onun vədinə arxayın oldum, sözünə razı oldum. Onsuz da Alllah tərəfindən müəyyən olunan ruzi ilə deyil, Onun (Allahın) mənim üzərimdə olan haqqı ilə məşğul oldum.

Tələbəsinin İmam Sadiqdən (ə) öyrəndiyi 8 nüans

8. Bir dəstə insanların bədənlərinin sağlamlığına, başqa bir dəstə insanların var-dövlətlərinin çoxluğuna, başqa bir dəstə insanların isə özləri kimi yaranmışlara arxalandıqlarını gördüm və Allahın bu sözünü eşitdim: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”. Mən də yalnız Allaha təvəkkül edib, Ondan başqasına arxalanmadım".

Tələbənin bu cavablarından sonra İmam Sadiq (ə) buyurdu: “Allaha and olsun ki, Tövrat, İncil, Zəbur, Furqan (Quran) və digər kitablar bu səkkiz məsələyə qayıdır”.


Geri dön

HaYaliM

  • 27 sentyabr 2011 19:18
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Zaurcik2011

  • 26 sentyabr 2011 03:44
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN>

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

RADUQA

  • 25 sentyabr 2011 16:46
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKUR EDIREM...
allah komeyin olsun....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

sevgimden_utaniram

  • 25 sentyabr 2011 15:42
  • Məqalə: 44
  • Şərh: 603
  • Bal:
{awards}
Alllah razi olsun gozel xeberdir

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

lider

  • 25 sentyabr 2011 14:50
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

BDU-telebesi

  • 25 sentyabr 2011 14:10
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
cox sagolun Allah razi lsun

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 62
Cəmi: 96

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 158
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}