Dost

 
Dost

Dost

Bismillahir-rehmanir-rehim

1087. Dost
3483. Allahın Peyğəmbəri (s): «İnsan öz dostunun dinindədir. Beləliklə, hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun.» (Əmali-Tusi ,səh. 518, hədis 1135)

3484. İmam Əli (ə): «Dost, yaxınların ən yaxınıdır.» (Ğurərul-Hikəm, hədis 674)

3485. İmam Əli (ə):
«Dostu olmayan kəsin ehtiyat azuqəsi olmaz.» (Ğurərul-Hikəm, hədis 8760)

3486. İmam Əli (ə): «Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar.» (Ğurərul-Hikəm, hədis 2059)


1088. Nəfslərin oxşarlığı
3487. İmam Əli (ə): «Nəfslər müxtəlifdir. Bir-birinə bənzəyənlər bir yerə yığılar və öz bənzərlərinə daha çox meyl edərlər.» (Biharul-Ənvar, c.78, səh.92, hədis 100)

3488. İmam Əli (ə): «Hər insan öz oxşarına tərəf meyl edər.» (Ğurərul-Hikəm, hədis 6865)

1089. Dostluğa layiq olanlar
3489. Allahın Peyğəmbəri (s): «Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.» (Biharul-Ənvar, c.74, səh.185, hədis 2)

3490. İmam Əli (ə): «Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.» (Ğurərul-Hikəm, hədis 3129)

3491. İmam Əli (ə): «Səni əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün işləməkdə sənə kömək edən şəxs, həmin qayğıkeş dostundur.» (Ğurərul-Hikəm, hədis8775)

3492. İmam Sadiq (ə): «Heç kimsəni üç şeydə sınamamış, öz dostun bilmə; onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla.» (Əmali-Tusi, səh. 646, hədis 1339)

3493. İmam Sadiq (ə): «O kəslə dostluq et ki, onunla zinət taparsan, səninlə zinətlənənlə dostluq etmə.» (İlk baxışda, hədisin məqsədi budur ki, elə bir şəxslə yoldaşlıq et ki, yoldaşlığınız hər ikinizin zinətlənmənizə səbəb olsun.
Onu zinətləndirdiyin, ancaq sənin zinətlənməyinə səbəb olmayan şəxslə yoldaşlıq etmə). (Biharul-Ənvar, c.76, səh.267,hədis 9)

Dost

1090. Ləyaqətsiz yoldaşlar

Quran:
«Bir gün zalım öz əllərini didər və deyər: «Ey kaş, Allahın Peyğəmbəri getdiyi yolu gedəydim. Vay olsun mənə, kaş filankəslə dostluq etməyəydim.
Quran mənə gəlib çatdıqdan sonra, o, məni Allahı yad etməkdən yayındırdı.
Şeytan həmişə insanı yalqız qoyub gedəndir.» (Furqan, ayə 27-29)

Hədis:
3494. Allahın Peyğəmbəri(s): «Özünə nəzərdə tutduğu və bəyəndiyi şeyi səninçün bəyənməyən bir şəxslə yoldaşlıqda sənə heç bir fayda yoxdur.» (-d-Durrətul-Bahirə, səh. 19)

3495. İmam Əli(ə): «Bircə bilsəydin, nəfsinlə mübarizədə sənə kömək etməyən şəxslə yoldaşlığın sənə necə də ağır bir yükdür.» (Ğurərul-Hikəm, hədis 9041)

3496. İmam Əli(ə): «Fasiq, əxlaqsız, günahkar şəxslərlə yoldaşlıq etməkdən çəkin.» (Ğurərul-Hikəm, hədis 2601)

3497. İmam Əli(ə): «Nadan adamın dostu əziyyət və çətinlikdədir.» (Ğurərul-Hikəm, hədis 5829)

3498. İmam Əli(ə): «Fasiqlərlə (günahkarla) yoldaşlıq etməkdən çəkin. Çünki pislik pisliyə bağlanar.» (Biharul-Ənvar, c.74, səh. 199, hədis36)

3499. İmam Əli(ə) (əziz oğlu Həsənə (ə) tövsiyəsindən): «Oğlum! Axmaqla dostuq etməkdən çəkin. Çünki o sənə xeyir vermək istəyər, amma ziyan vurar.» (Biharul-Ənvar, c.74, səh. 198, hədis35)

3500. İmam Səccad (ə) (əziz oğlu Həzrət Baqirə (ə) tövsiyəsindən): «Öz qohum-əqrəbası ilə əlaqəsini kəsən adamla yoldaşlıq etməkdə ehtiyatlı ol. Çünki Allah kitabının üç yerində belə şəxsin lənətləndiyini gördüm.» (Biharul-Ənvar, c.2, səh. 377, hədis7)

3501. İmam Rza (ə): «Nadan adamın dostu əziyyətdədir.» (Biharul-Ənvar, c.78, səh.352 hədis 9)

1091. Dostluğu pozan amillər
3502. İmam Əli (ə): «Kişi öz qardaşını narahat (ya xəcalətli) edən zaman onu itirər.» (Biharul-Ənvar, c.74, səh.281 hədis 28)

3503. İmam Əli (ə): «Dostun dosta paxıllıq etməsi, dostluğun sağlam olmamasından irəli gəlir.» (Nəhcül-Bəlağə, hikmət 218)

3504. İmam Əli (ə): «Heç vaxt bədgümanlıq sənə qalib gəlməsin. Çünki bu səninçün heç kəslə dostluq etməyə yer qoymaz.» (Biharul-Ənvar, c.77, səh.207, hədis 1)

3505. İmam Əli (ə): «Öz dostunun hər bir işinə irad tutanın dostluq telləri tez qırılar.» (Ğurərul-Hikəm, hədis 8582)

3506. İmam Əli (ə): «Qardaşları ilə yola getməyən şəxsin dostları azalar.» (Ğurərul-Hikəm, hədis 8772)

3507. İmam Sadiq (ə): «Əgər müsəlman qardaşının səninlə dostluğunun xalis qalmasını istəyirsənsə, heç vaxt onunla zarafat və münaqişə etmə, onun qarşısında öyünmək və düşmənçilikdən çəkin.» (Biharul-Ənvar, c.78,səh.291, hədis 2)

3508. İmam Hadi (ə): «Bir-birinizlə çəkişməyiniz köhnə dostluğu pozar, möhkəm düyünləri açar. Belə ki, mübarizədə biruzə verilən ən az şey, birinin digərinə üstün gəlmək istəyidir.
Bu istək isə dostluq əlaqələrinin kəsilməsinin əsas amilidir. (Əlamud-din,səh. 311)

Dost

1092. Dostluğun sərhədləri
3509. İmam Əli (ə): «Həqiqi dost sənin eyblərinin aradan getməsi üçün nəsihət edən, sən olmadığın vaxt sənin malının, sərvətinin qeydinə qalan və səni özündən üstün biləndir.» (Ğuərul-həkim, hədis 1904)

3510. İmam Əli (ə): «Nə qədər məhəbbətin var, dostuna bəşx elə, amma inamının hamısını onun ayağı altına atma.» (Birahədisul-Ənvar, c.74, səh. 165 , hədis29)

3511. İmam Sadiq (ə): «Dostluğun sərhədləri var. Kim onların hamısına, ya bir neçəsinə malik olsa dostdur, əks halda, onu əsla dost bilmə:
birincisi, zahirdə və batində sənə qarşı eyni olsun; ikincisi, sənin abrını öz abrı, sənin eybini və rüsvayçılığını öz eybi və rüsvayçılığı bilsin; üçüncüsü, sərvət və məqam onun sənə qarşı münasibətini dəyişməsin; dördüncüsü, əlindən gələn köməyi səndən əsirgəməsin və beşinci, bütün xislətləri özündə çəm edir; çətinliklərdə səni tənha qoymasın.» (Birahul-Ənvar, c.78, səh. 249 , hədis90)

1093. Ən yaxşı dostlar
3512. Allahın Peyğəmbəri (s): «Ən yaxşı dost, səninlə uyğunsuzluğu az və uyğunluğu çox olandır.» (Tənbihul-Xəvatir, c.2, səh. 123)

3513. İmam Əli (ə): «Allaha itaət yolunda sənə kömək edən şəxs, ən yaxşı dostdur.» (Ğurərul-Hikəm, hədis 1142)


1094. Dostun haqqı
3514. İmam Əli (ə): «Heç bir dostla, naşükr olsa da, əlaqəni kəsmə.» (Ğurərul-Hikəm,hədis 10196)

3515. İmam Səccad (ə): «Dostun haqqı, onunla mehriban və insafla rəftar etməyindir. Eləcə də, sənə hörmət etdiyi qədər sən də ona hörmət etməlisən. Heç bir bəxşişdə səni qabaqlamağa imkan vermə, əgər qabaqlasa bu yaxşılığının əvəzini çıx.
Səni sevdiyi qədər, sən də onu sev.
Əgər bir günah etməyi qərara alsa, onu günahdan çəkindir. Onun üçün zəhmət və məhəbbət mənşəyi ol, onun əzabına bais olma.» (Biharul-Ənvar, c.74, səh.7)

Dost


Geri dön

HaYaliM

  • 27 sentyabr 2011 19:14
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

..::Nice Lady::..

  • 27 sentyabr 2011 16:03
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
cox gozeldi ve duzgundu. iki kelme sobet etdiyin adama dosd demek olmaz. dosd senin dar gunundede wad gunundede yaninda olmalidi. duz secmediyin dosd sene xeyanetde eder, ele vaxt olar ki, seni tanimayada biler. ona gore her adama dosd demek olmaz. ne qeder esl dosd az olsa bir o qeder yaxsidi. neyse ALLAH sizden razi olsun dosd yaxsi seydi ama esl dosd. bele gozel movzuya gore twkler. smile

--------------------
....Ya ümidsizsiniz, ya ümid sizsiniz, Ya çarəsizsiniz, ya çarə sizsiniz....

Delya_91

  • 26 sentyabr 2011 10:06
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Zaurcik2011

  • 26 sentyabr 2011 02:13
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}

3490. İmam Əli (ə): «Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.» (Ğurərul-Hikəm, hədis 3129)

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Su Perisi

  • 26 sentyabr 2011 00:55
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
«Ey kaş, Allahın Peyğəmbəri getdiyi yolu gedəydim. Vay olsun mənə, kaş filankəslə dostluq etməyəydim.
Quran mənə gəlib çatdıqdan sonra, o, məni Allahı yad etməkdən yayındırdı.
Şeytan həmişə insanı yalqız qoyub gedəndir.»
(Furqan, ayə 27-29)

--------------------

MuCaHiD_313

  • 26 sentyabr 2011 00:44
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
ehsen!
ALLAH RAZI OLSUN

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

Мой Мир

  • 25 sentyabr 2011 23:07
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun

--------------------
∞♥

kiss love

  • 25 sentyabr 2011 22:19
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
cox sagolun super xeberdi cox beyendim twk

--------------------

Cilent_M.Q

  • 25 sentyabr 2011 21:30
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk edirem deyerli xebere gore, ALLAH razi olsun

--------------------

Im HOSTed

  • 25 sentyabr 2011 21:08
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
men çox xowbext insanamki menim birce denede olsa dostum var.Amma dost seçendede düzgün seçim etmek lazımdır.çünkü bize yaxın insan bizi her yöne çeke biler.söz var mene dostunu göster sene kim olduğunu deyim.mence bu söz dost seçimi üçün kifayetdi.Mövzunu dini wekilde açıqladığınıza göre minnetdaram...

--------------------
meni deyişdirmeye çalışmayın...

Ay Üzlü

  • 25 sentyabr 2011 20:10
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allahın Peyğəmbəri(s): «Özünə nəzərdə tutduğu və bəyəndiyi şeyi səninçün bəyənməyən bir şəxslə yoldaşlıqda sənə heç bir fayda yoxdur.» (-d-Durrətul-Bahirə, səh. 19)

sevgi yalandir

  • 25 sentyabr 2011 20:09
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twekkur xebere gore maraqli idi.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sharm

  • 25 sentyabr 2011 20:09
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
twk maraqli idi

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

FLY TIME

  • 25 sentyabr 2011 20:04
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
twekkur xebere gore maraqli idi.

ASMIYA

  • 25 sentyabr 2011 19:52
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
DINI, DIN INSANLARI. IMAMLAR,(E) PEYGEMBERIMIZ (S.A.V.S) BUYURDUQLARI UCUN BENIM ICIN DEYERI QATBAQAT USTUNDUR.

MINNETDARLIGIMI BILDIRIREM SIZE HEP GUZEL HEP.

--------------------


lider

  • 25 sentyabr 2011 19:39
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Gozel sozlere gore allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}