Dil səni gül bağçalarına da apara bilər; palçıq dəryalarına da

 
Dil səni gül bağçalarına da apara bilər; palçıq dəryalarına da

Ürək və dil. ..Ya yaxşılıq, gözəllik cücərtiliyi; ya pislik, təxribatçılıq
bataqlığı.
İnsan necə işlətsə dil mədənini, elə bəzər, təchiz edər ömür ağacını.
Və necə bəsləyib təchiz etsə elə məhsullarla təchiz edər ürək torpağını.
Dil və ürək, ya pisliklər yuvası, ya yaxşılıqlar-gözəlliklər
düzənliyi.

Hanı, Loğman Həkim, bir çırağıyla ova çıxmışdı, uzun yoldan evinə dönəcəyi
sırada bir qəbilə rəisi bu məşhur həkimi qonaq etmək istədi.


Loğman Həkim, necə bədən dilindən anlayırsa elə də könül və ruh dilindən
anlayırdı. Qırmadı qəbilə rəisini. O gecə qonaq qaldılar. Ən kök
qoyunlardan biri kəsildi. Yemək üçün hərəkətə keçildi. O sırada Loğman
Həkim, çırağını sınamaq istədi:

- Gətir baxım mənə qoyunun ən təmiz iki orqanını.

Çırak getdi qoyunun ürəyini və dilini gətirdi.

Loğman: "Afərin!" dedi, tam isabət. Bir canlının ən təmiz iki orqanı ürəyi
və dilidir."

Yeddilər, içdilər, şükr etdilər. Səhər olduğunda da hər qonağın etdiyi
kimi, yola rəvan oldular.


Nə var ki yol qısa deyil, Loğman əslində ova çıxmış kimi görünür; amma bu
ov sıravi bir yemək tapma ovu deyil. Həkimlik yolunda yeni bitkilər,
dərmanlayar tapma səfəri…

Axşama yaxın bir saatda bir başqa qəbilə rəisi də Loğman Həkimə qonaq
olması üçün israr etdi.

İmkan varsa, dəvətə razılıq etməli. Loğman Həkim də elə etdi. Yenə axşam və
daha kök bir qoyun kəsildi. Bu səfərki imtahan daha çətinlikli idi.

Loğman, çırağına: " İndi də qoyunun ən murdar iki orqanını gətir mənə."
dedi.

Çırak getdi, bir müddət sonra yenə ürək və dillə dönüb gəldi.


Uzatdı ürək və dili Loğman Həkimə. Bu əfəndim, dedi, bir canlının ən murdar
iki orqanı.

Loğman: "Afərin dedi, sən yalnız görünən, duyul/eşidilən məlumatlarla deyil; eyni
zamanda bacarıqla da təchiz etmisən özünü. Həqiqətən də ürək və dil, bir
canlının həm ən təmiz, həm də ən murdar orqanlarıdır."

Dil və ürək dedi-qodu, fitnə qaynağı halına gəlmişsə həm sahibini yer/yeyər
bitirər, həm də ətrafında təxribatlara gətirib çıxarar. Qısacası, şər üçün işləsə,
pisliklər, təxribatlar qaynağı olar. Amma eyni orqanlar xeyr üçün işləsə,
gözəlliklər, yaxşılıqlar mərkəzi olar.


***

Dilini bir minik bil.
Səni gül bağçalarına da apara bilər.
Palçıq dəryalarına da sürüyə bilər.
Ürəyini çirkli, paslı ya da parlaq bir ayna bil.
Bütün gözəlliklərə qarşı kor da qala bilər
Günəşlə parlayan, günəşi əks etdirən bir talehə sahib də ola bilər.


Geri dön

Just For Legend

  • 6 dekabr 2010 20:26
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
maraqli melumaata gore minnettaram

--------------------

Yusif

  • 7 noyabr 2010 19:09
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 28 sentyabr 2010 14:06
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
ZoLuShKa,
dangerous_angel,
love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}