Dərdsiz dua soyuqdur

 
Dərdsiz dua soyuqdur

Bir nəfər gecələri qalxar, Allaha əl açıb Ona dua edərdi. Bir gün şeytan ona deyir ki: “Ey Allahı çox anan insan! Bütün gecə “Allah” deyib çağırırsan. Heç sənə: “Buyur” deyən varmı? Sənə cavab verən varmı? Nə vaxta qədər belə dua edəcəksən?
Həmin şəxsin qəlbi qırılır, başını yastığa qoyub yuxuya gedir. Yuxuda ona belə deyirlər: “Özünə gəl, oyan. Niyə dua və zikri tərk etdin? Niyə usandın?”
O: “Buyur” deyə bir cavabın gəlmədi. Qapından qovulmaqdan qorxuram”, -deyir.
Gələn Səs: “Sənin “Allah” deməyin, Onun “Buyur” deməsidir. Sənin yalvarışın Allahın sənin ruhuna ilham verməsi, önünü açmasıdır. Səndəki qorxu, sevgi, ümid Allah lütfünün kəməndidir. Sənin hər “Ya Rəbbim!” deyişinin altında Allahın “Buyur” deməsi var.
Qafilin, cahilin canı, ruhu bu duadan uzaqdır. Çünki ona “Ya Rəbbim!” deməyə icazə verilməmişdir. Onun ağzına da, dilinə də qıfıl vurulub. Müşkülə düşəndə ağlayıb sızlamasın deyə Allah ona dərd, ağrı, qəm, kədər verməyib.
Bunu başa düş ki, Allaha dua etməyə, O'NU ÇAĞIRMAĞA SƏBƏB OLAN DƏRD dünya səltənətindən daha yaxşıdır.

"... Allahın üzərinizdəki fəzli və rəhməti üzərinizdə olmasaydı, şübhəsiz ki, azınız xaric şeytana uyardınız. (Nisa Surəsi, 83)"

Bu dünya imtahan dünyasıdir. Allah (C.C) qulunu imtahan edir. Ancaq bu imtahanlar hər bir kəsin Cənabi-Haqqın qatındakı yerinə görə dəyişir. Möminin isə bu imtahanda istifadə edəcəyi iki silahı var.
SƏBİR və DUA...
Səbir və dua hər cür müsibətin öhdəsindən gəlir. Və unutmamalıyıq ki, Allah quluna gücü çatmayan yükü yükləməz. Bunu da bilməliyik ki, Allah sevdiyi qulunun duasını eşitmək üçün ona sıxıntı verər. Əgər Allahın qatında dəyəri olan bir qul, Allah rızasını, sevgisini qazana bilən bir qul O'na dua edərsə, Allah(C.C) Cəbrayıla (Ə.S) "bu qulumun istəyəni bir az gec ver, Mən onun duasını eşitmək istəyirəm" -deyər, O'na heç dua etməyən, bir dəfə də olsun Rəbbini yada salmayan qulunun istədiyi, ehtiyacı olan şeyi isə Cəbrayıla (Ə.S) tez verməsini əmr edər. Onun dua etməsini istəməz (dua etməsinə icazə verməz)... Yəni, burada bunu düşünməliyik ki, əgər bir sıxıntımız varsa çoxlu dua etməliyik, çünki ürəkdən, səmimiyyətlə edilən duayla Rəbbimiz bütün rəhmət qapılarını üzümüzə açar və hətta dua qədəri belə dəyişər...
Allah (C.C) səmimi bir şəkildə O'na yönələn qullarının dualarını qəbul edər... Onları əsla darda qoymaz...
Ancaq mömin sadəcə çətinlik anında deyil, xoşbəxt və sevincli günlərində də Allaha dua etməli və O'nun qapısından bir an olsa belə ayrılmamalıdır!

‘’Qullarım məni səndən soruşsalar, Mən (onlara) yaxınam, Dua edib Mənə yalvaranın duasını qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər."
Bəqərə surəsi 186.ayə
"...Allahın rəhmətindən ümid kəsməyin, çünki kafirlər topluluğundan başqası Allahın rəhmətindən ümidini kəsməz."
Yusuf surəsi 87.ayə


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:20
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
vAllah razi olsun

--------------------

_RONALDO_

  • 13 mart 2011 10:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Tewekkurler maraqlidir...

--------------------

Just For Legend

  • 6 dekabr 2010 20:25
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli melumaata gore minnettaram

--------------------

Aga-102

  • 4 oktyabr 2010 23:53
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Tesekkur edirem xebere gore.ALLAH hamini namazini dualari qebul etsin.

Ulya

  • 28 sentyabr 2010 14:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Miss_Zaqatka

  • 27 sentyabr 2010 00:23
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
Allahima her gece dua ediremki meni pis insanlardan qorusun aglimi basimnan almasin.Amin.Allah her birtinizi seytanin telesinen qorusun

Grace_Angel

  • 26 sentyabr 2010 23:06
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler Ela xeberdir ........ALLAH RAZI OLSUN!!!

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}