
Sürətli hərəkət yolunda tənha şütüyən hər bir kəs öz avtomobilinin şirəsini bütünlüklə sıxıb çıxarda və onunla öz sürət yanğısını söndürə bilər. Lakin iki, və ya üç min at gücünə sahib ən müasir sportkarın öhdəsindən gəlmək hər oğulun işi deyil.Buna baxmayaraq Transtar şirkəti qeyri-adi gücə - 2800 a.g. sahib olan və ilk yüzlüyə bir saniyə yarımda sürətlənə bilən Dagger GT avtomobilini işləyib hazırlamaqdan heç cür özünü saxlaya bilmir. Şirkt bildirir ki, bu bədheybət maşın heç bir çətinlik çəkmədən trasda 1/4 mil məsafəni hardasa 6-7 saniyəyə arxada qoya bilər.Kənardan nə qədər ağılsız hərəkət kimi görünsə də istehsalçı şirkət hələ heç işıq üzü görməmiş bu avtomobilin yeni versiyasını hazırlayır. Model GT-D Outlaw (outlaw- qanundan kənar) adlanır. Yeni avtomobil 2 700 a.g. sahib olacaq. Bu ona 100 km/saat sürət həddini bir saniyədən də az müddətdə aşmağa imkan verəcək. Bu avtomobili işləyib hazırlamaqla şirkət 450 km/saat sürət göstəricisi ilə Bugatti Veyron -u sürət rekordçusu adından məhrum etmək niyyətindədir.