İmam Cəfər Sadiqin (ə) mübarək şəxsiyyətindən bir neçə çalar

 
İmam Cəfər Sadiqin (ə) mübarək şəxsiyyətindən bir neçə çalar

Kimisə özünə nümunə və ideal seçmək bəşərin xüsusiyyətlərindən biridir. İnsan daima özü üçün nümunə axtarır. Allah Təala bəşər üçün ən yaxşı nümunənin Həzrət Muhəmməd (s) olduğunu bildirmişdir. Həzrət Peyğəmbərdən (s) sonra isə Məsum İmamlar (ə) - bəşərin ən üstün ideallarıdır. Onların ardınca gedən hər bir insan səadət və təkamül qalasına addım ata bilər. Çox təəsüf ki, bu gün cavanlara düzgün idealı tanıda bilməmişik. Ona görə də cavanlar və uşaqlar mətbuat, televiziya, kino və videolarda olan yanlış idealları özlərinə nümunə hesab edirlər.

Bəşərin ən gözəl nümunələrindən biri də İmam Sadiqdir (ə). Həzrətin (ə) bəzi tərəfdaşlarının dilində onun haqqında yazılanlara diqqət edək.

1. Malik ibni Ənəs deyir: “O zaman ki, İmam Sadiqin (ə) yanına gedirdim, mənə balış verərdi ki, ona söykənəm. O, mənə hörmət edir və deyirdi: “Malik! Səni çox istəyirəm”. Mən də Həzrətin bu dediklərindən çox xoşhal olurdum. Ona görə də Allaha şükür edirdim. O, həmişə üç halda olardı: ya oruc olardı, ya Allaha ibadət etmək üçün dayanardı, ya da Allahı zikr etməklə məşğul olardı. Bu Həzrət çox əməlisaleh və Allahdan qorxan idi. Məclisləri çox ləzzət bəxş edərdi və çox faydalı bəhsləri olardı. Nə vaxt ki, “Rəsullah demişdir” kəlməsini deyirdi, rəngi gah göyərərdi, ya da sarı olardı. Hətta tanışları belə onu bu vəziyyətdə tanımazdılar. Bir il onunla həccdə oldum. Həzrətin dəvəsi miqata yaxınlaşanda nə qədər “Ləbbeyk” demək istəsə də, deyə bilmirdi. Yerə düşdü. Mən dedim: “Ağa, təlbih deməkdə çarəsizsinizmi?”. Buyurdu: “Ey ibni Əbi Amir! Necə özümə cürət verim və deyim: “Ləbbeyk, Allahummə, ləbbeyk”. Qorxuram ki, Allah cavabında desin: “Lə Ləbeyk və Lə Səidək”.

2. İbni Rəab deyir: “İmam Sadiq (ə) səcdədə belə buyurardı: “Allahım! Məni və atamın tərəfdaşlarını bağışla. Bilirəm ki, onların arasında elə insanlar var ki, mənim pisliyimi istəyirlər”.

3. İbni Əbi Yəfur deyir: “İmam Sadiq (ə) mübarək başını göyə qaldırıb belə deyərdi: “Allahım! Məni bir göz qırpımı qədər belə özbaşına buraxma. Nə az və nə də çox”. Bu zaman Həzrətin göz yaşları axmağa başladı. Üzünü bizə çevirib buyurdu: “Ey Yəfurun oğlu! Allah Yunis ibni Mətanı bir göz qırpımından az bir zamanda özbaşına buraxdı. O, da günaha batdı. Soruşdum: “O, küfr etdi?”. Buyurdu: “Xeyr, ancaq ölüm o an məhv olmaq deməkdir”.

4. Mərazim ibni Həkim deyir: “İmam Sadiq (ə) göstəriş verir ki, onun üçün məktub yazsınlar. Məktubda “İnaşallah” kəlməsini yazmamışdılar. Məktubu oxudu və buyurdu: “Necə ümid edirsiniz ki, (ona görə yazılmış bu məktub) bu iş sona çatacaqdır. Halbuki burada “inşaallah” kəlməsi yoxdur”. Əmr etdi ki, həmin kəlməni məktuba yazsınlar.

5. İbni Əbi Yəfur deyir: “Bir nəfər İmam Sadiqin (ə) yanında qonaq idi. Qonaq qalxır ki, evin bəzi işlərini görsün. Ancaq Həzrət icazə vermədi və özü bu işləri gördü. O zaman buyurdu: “Peyğəmbər (s) qonağı işlətməyi qadağan etmişdir”.

6. Yəqub Sərac deyir: “Başsağlığı vermək üçün İmam Sadiq (ə) ilə bir yerdə qohumlarının evinə getdik. Yolda Həzrətin ayaqqabısının bağı qırıldı. Həzrət ayaqqabısını çıxarır və ayaqyalın yoluna davam etməyə başladı. İbni Əbi Yəfur ayaqqabısını çıxarır və İmam Sadiqə (ə) verir, ancaq Həzrət qəbul etmir və buyurur: “Səbrin Sahibi ona səbir etməkdən daha layiqlidir”. Sonra ayaqyalın yoluna davam edir.

7. Həmad ibni Osman deyir: “İmam Sadiqin (ə) xidmətində idim. Bir nəfər Həzrətə deyir: “Allah işinizi avand etsin. Siz buyururdunuz ki, Həzrət Əli (ə) dörd dirhəmlik paltar geyinərdi, ancaq siz yeni paltar geyinirsiniz”. Həzrət cavabında buyurdu: “Həzrət Əli ibni Əbi Talib (ə) o paltarları o zaman geyinirdi ki, həmin paltarlar pis sayılmırdı və insanlar onu nalayiq hesab etmirdilər. Ancaq indi hər kim o paltarları geyinər, barmaqla göstərilər və məşhur olar. Ona görə də hər bir zamanda ən gözəl və yaxşı geyim, o zamanın əhlinin geyindiyi paltardır. Əlbəttə bizim Qaim (ə.f.) o zaman ki, qiyam edəcək, Həzrət Əmirəl-möminin (ə) paltarını geyinəcək və o Həzrətin əxlaqını davam etdirəcəkdir”.

8. Abduləla deyir: “Mədinənin küçəsində İmam Sadiqlə (ə) görüşdüm və dedim: “Qurban olum! Allah yanında bu qədər məqama malik olaraq və Peyğəmbərlə (s) qohum olaraq, yenə də səy edirsiniz ki, bu isti havada özünüzə əziyyət verəsiniz”. Həzrət cavabında buyurdu: “Ey Abduləla! Ruzi qazanmaq üçün bayıra çıxmışam ki, sənin kimi insanlara möhtac olmayam”.

9. İbni Əmru Şibani deyir: “İmam Sadiqin (ə) görüşünə getdim. Həzrəti əlində bel və əynində kobud bir paltarda gördüm. Bağında işlə məşğul idi. Bədəni tərləmişdi. Dedim: “Beli mənə verin ki, mən bu işi görüm”. Buyurdu: “Mən sevirəm ki, insan ruzi qazanmaq üçün günəş altında əziyyət çəksin”.

10. Əbdurrəhman ibni Həcac deyir: “İmam Sadiqin (ə) xidmətində idim. Bir qədər yemək yedim və sonra aşla dolu bulud gətirdilər. Biz üzr istədik. Həzrət buyurdu: “Siz yaxşı iş görmədiniz. Bilin ki, hər kimin bizə əlaqəsi və məhəbbəti çoxdur, bizim yanımızda yaxşı yemək yeyər”. Əbdurrəhman deyir: Həmin yeməkdən bir az yedim və Həzrət buyurdu: “İndi düz oldu”. Bu zaman bizə Peyğəmbər (s) haqqında danışmağa başladı. Buyurdu: “Bir gün ənsarlardan biri Peyğəmbər (s) üçün aşla dolu bulud gətirir. Həzrət Miqdad, Səlman və Əbazəri dəvət edir ki, bu yeməkdən yesinlər. Onlar üzr istədilər, Həzrət buyurdu: “Siz bir iş görməmisiniz. Sizlərdən bizim yanımızda ən sevimlisi o kəslərdir ki, bizim yanımızda yaxşı yemək yesinlər”. Onlar da yemək yeməyə başladılar”. Bu zaman Həzrət Sadiq (ə) buyurdu: Allah onlara rəhmət etsin, onlardan razı olsun və onlara salam olsun”.

11. Məala ibni Xənis deyir: “İmam Sadiq (ə) yağışlı bir gündə Təlhə bəni Saədənin evinə gedirdi. Onun ardınca getdim, sanki onun əlindən nə isə yerə düşdü. Həzrət dedi: “Bismillah, Allah onu bizə qaytar”. Həzrətin yanına getdim və salam verdim. Buyurdu: “Məala, sənsən? Dedim: “Bəli, qurban olum!”. Buyurdu: “Əlinlə yeri axtar, tapdığın şeyi mənə qaytar”. Məala deyir: “Yerə xırdalanmış çörək tökülmüşdü. Nə qədər tapdımsa, Həzrətə verdim”. İmam Sadiqin (ə) yanında çörəklə dolu çanta var idi. Dedim: “İcazə verərsiniz, onu mən gətirəm?”. Buyurdu: “Xeyr, mən səndən layiqliyəm, ancaq mənimlə gəl”. Təlhənin evinə çatdıq. Orada yatan insanlar var idi. Həzrət də bir və ya iki dənə çörəyi onların paltarının altına qoyurdu. Axırıncı adama çörək paylayandan sonra qayıtdıq. Dedim: “Qurban olum! Bunların Haqdan xəbərləri var? (Əhli-Beyt (ə) davaçısıdırlar?)”. Buyurdu: “Əgər Haqdan agah olsaydılar, onlara duz da verərdim”. (Erfan)

Yaziya Gore : MEWEDI XANIM baciya oz derin tewekkurumu bildirirem ..!


Geri dön

PELIN_ATABAY

  • 1 oktyabr 2011 13:53
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
allah razi olsun

--------------------

HaYaliM

  • 27 sentyabr 2011 19:08
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Sirli Melek

  • 27 sentyabr 2011 09:15
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
5. İbni Əbi Yəfur deyir: “Bir nəfər İmam Sadiqin (ə) yanında qonaq idi. Qonaq qalxır ki, evin bəzi işlərini görsün. Ancaq Həzrət icazə vermədi və özü bu işləri gördü. O zaman buyurdu: “Peyğəmbər (s) qonağı işlətməyi qadağan etmişdir”.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

ASMIYA

  • 27 sentyabr 2011 02:23
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
OXUDUM QELBIM HUZURLA DOLDU. ALLAHIM HERKESIN HEYATINI IMANLA, HUZURLA DOP-DOLU EYLESIN. INSA ALLAH. AMIN. AMIN. AMIN.

HER DINIME AID OLAN YAZINI OXUYANDA HUZUR TAPIRAM.

ELE BIR INSAN VAR MI KI, HUZUR TAPMASIN.
smile

--------------------


RADUQA

  • 26 sentyabr 2011 23:43
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
tewekkurler...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

FLY TİME

  • 26 sentyabr 2011 23:18
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
xebere gore twk

Мой Мир

  • 26 sentyabr 2011 20:52
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
allah razi olsun twk edirem

--------------------
∞♥

... Deryam ...

  • 26 sentyabr 2011 20:18
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Demeli eve gelen qonagi iwletmek olmazmiw oyrenimiw oldum...
Deyerli xebere sag olun.

--------------------

sevgi yalandir

  • 26 sentyabr 2011 19:58
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Cilent_M.Q

  • 26 sentyabr 2011 19:45
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
ilk werh menden Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 40
Cəmi: 57

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}