Səbr Duası

 
Səbr Duası

Bəzi insanlar bu fikirdə olublar ki, başa hansısa müsibət gəlmədən Allahdan səbir istəmək bəla və müsibətləri özünə çəkmək deməkdir. Yəni onlar bəlaya məruz qalmadan səbir istəməyi bəla istəmək ilə eyni mənada başa düşüblər. Belələrinin fikrincə, səbir ancaq hər hansı bəla və müsibətlərə qarşı sipər, dözüm nöqtəsi və ya sığınacaqdır.
Ancaq Qurani-Kərimdə səbir anlayışı daha geniş mənalarda izah olunur. Müqəddəs Kitabımızda təmkinli, hövsələli olmaq, eləcə də fikrindən dönməmək, tələsməmək kimi mənalarla yozulan səbir dini həyatımızın yarısı olaraq qəbul edilən ruhi əməldir. Səbir sadəcə olaraq, bəlalara qarşı istifadə olunan bir güc deyil, onun çoxlu çeşidi var.

Hansı məsələlərdə səbirli davranmalıyıq? Dünyanın cəzbedici gözəllikləri və nəfsi qıcıqlandıran nemətləri qarşısında düzgün istiqaməti itirməmək üçün səbirli olmaq; müəyyən bir vaxt çərçivəsində görüləsi işlərin zamanında tamamlanması üçün səbirli olmaq; Allahın hüzuruna tez qovuşmaq istədiyi halda, bu dünyanın mənəvi işgəncələrinə dözmək üçün, yəni İlahi vüsal üçün səbirli olmaq...
Xüsusilə də günahların selə dönüb küçələrdə axdığı müasir günümüzdə səbrŠ daha çox ehtiyacımız var. Hər mömin hər zaman Allahım, qəlbimə Sənə itaəti, ibadəti şirin, günahları isə çirkin göstər, günahlara qarşı içimdə nifrət hissi oyat. İbadətlərimdə müntəzəm olmaq, bəd əməllərdən uzaq olmaq üçün məni səbirli eylə! duası ilə yatıb-qalxmalıdır. Bu formada dua etmək o demək deyil ki, sən başına müsibət istəyirsən.

Səbir yağışına möhtacıq
Çağımızda dəyərlərimizə qarşı müharibə elan edən tiranlar var. Onlar fürsət düşdükcə Allaha, Peyğəmbərə, Qurana qarşı hədyan danışırlar, milli-mənəvi duyğularımıza və mentalitetimizə hücum edirlər. Dünyanın müxtəlif yerlərində sırf müsəlman olduğu üçün insanlara zülm edilir, işgəncə verilir, İslam dünyasında qardaş qanı axıdılması üçün planlar qurulur. İnsanlar arasına fitnə toxumları səpilir, mədəniyyətlər, dinlər, məzhəblər qarşı-qarşıya qoyulur, düşmənçilik ab-havası formalaşdırılır, ətrafa nifrət saçılır. Bütün bunlara qarşı yeganə çıxış yolumuz səbir deyilmi?
Quran çətin vəziyyətlərdə bu duanı etməyimizi tövsiyə edir: Ey Rəbbimiz, bizə bol səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır! (əl-Bəqərə, 2/250). Bu gün müsəlmanların məruz qaldıqları bəla və müsibətlər qarşısında Rəbbimiz, bizim başımızdan aşağı bol-bol səbir yağdır, könüllərimizi səbir, mətanət və cəsarətlə doldur. Bizi elə bir səbir qəhrəmanı et ki, daima səbir duyaq, səbir düşünək və səbirlə yaşayaq duasını dilimizdən yerə salmayaq gərək...
Qısacası, səbir qurtuluşa nail olmağın sirli və sehirli açarıdır. Səbir edən kimsə mütləq axtardığını tapır, ibadətlərində səbirli olan mənəvi rahatlığa qovuşur. Səbirlə davranan nəticə etibarilə mütləq zəfər çalır...

Səbir - müsibətlərə dözmək, sıxıntı və üzüntülərə müqavimət göstərmək, nəfsi pis təhriklərdən uzaq tutmaqdır. Nəfsə ağır gələn şeylərə dözmək ancaq səbirlə mümkündür. Bir həqiqəti müdafiə və mühafizə sahəsində göstərilən səbat da səbrin nəticəsidir. Allahın əmrlərini yerinə yetirmək və nəfsə xoş gələn hərəkətlərdən uzaq olmaq üçün ruhun səbir gücü olmalıdır. Hər uğurun anası səbirdir.
Qurani-Kərimdə qurtuluş yolunun səbirdə olduğu bildirilir. And olsun axşam çağına ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!) (əl-Əsr, 103) surəsində buyurulduğu kimi, haqqı və səbri tövsiyə edənlər istisna olmaqla, digər insanlar ziyanda olacaqlar.
Səbir sıxıntılara qarşı əldən heç nə gəlmədiyi üçün səssiz qalmaq və müsibətlərə kor-koranə boyun əymək demək deyil. Səbir miskinlik, təhqir və haqsızlıqlara razı olmaq, düşmən əsarətinə dözmək, kafirlərin zülmünə boyun əymək də səbir deyil. Bu, olsa-olsa zillətdir, acizlikdir. Əksinə, səbir bir iradə işidir. Duanın qəbul olmasını gözləmək də səbir istəyir.

Peyğəmbər Əfəndimiz buyurub: Səbir hadisənin sarsıntı təsiri göstərdiyi ilk anda nümayiş etdirilən təhəmmüldür.
Allahın əmrlərini yerinə yetirmək və qadağan etdiyi şeylərdən qaçmaq üçün də səbirli olmaq lazımdır. Dostların və ya yaxınların ölümü, mal-mülk itgisi, şikəstlik kimi insanın iradəsindən asılı olmayan müsibətlərə qarşı səbirli olmaq da Quranın tövsiyəsidir.
Xəstəliklərə qarşı səbirli olmaq da lazımdır. Ancaq bu məsələdə səbirli olmaq müayinə və müalicədən uzaq durmaq demək deyil. Xəstə insan həkimin yanına getməli, ondan məsləhət almalıdır, ancaq şəfanın yalnız Allah tərəfindən verildiyini də unutmamalıdır. Þəfa gələnə qədər səbir etmək şərtdir.
Səbir imanın, ibadətin, elmin və bütün fəzilətlərin başıdır. Pis xarakter və vərdişlərin qaynağı isə səbirsizlikdir. Çünki yaxşı işlər görmək səbir tələb edir. Səbirli olmayan insan ən qısa zamanda nəfsinə məğlub olur və pis vərdişlər qazanı


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:21
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 8 may 2011 00:23
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
gozel xebere gore twk

--------------------

Just For Legend

  • 6 dekabr 2010 20:07
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli melumaata gore minnettaram

--------------------

Ulya

  • 28 sentyabr 2010 13:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun

Grace_Angel

  • 27 sentyabr 2010 21:10
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Hamisini oxudum....Tewekkurler bele gozel xebere gore ......ALLAH RAZI OLSUN!!!

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}