Axirət aləmi

 
Axirət aləmi

[center]Bir çoxları soruşur ki, ölümdən sonrakı həyat da yaşadığımız bu
dünya kimidir, yoxsa onların arasında hansısa fərqlər vardır?


Suala cavab olaraq "fərq müqayisə edilməz dərəcədədir" söyləsək, belə yəqin ki, bir qədər bəsit səslənər. Çünki bu dünya ilə o dünya (axirət) bir-birindən tamam fərqlidir. Lakin ölümdən sonrakı həyat haqqında tam anlayış olmadığından, daha doğrusu, "pərdə"nin o üzünü görə bilməmək səbəbindən sualın cavabı bir qədər gurultulu səslənə bilər. Suala tam cavab almağı ana bətnindəki uşaqdan dünyadan xəbərsiz ola-ola dünya haqqında məlumatlar istənilməsilə də müqayisə etmək olar.Səmavi kitablardan məlum olur ki, o dünya ilə bu dünya arasında həddən artıq fərqlər vardır. Və ilk öncə onu da xatırladaq ki, bu dünyada Qiyamət haqqındakı məlumatımız uzaqdan görünən qaraltı kimidir. Qaraltıda isə nəyisə ayırd etmək olduqca çətin bir işdir.

Axirət aləmi

Elə ana bətnində olan uşaq da doqquz aylıq müddətdən sonra yaşayacağı dünyadan tamam xəbərsiz olur. Halbuki, o, vaxtın tamamında elə bir dünyaya gələcək ki, həmin dünya haqqında heç bir anlayışı yoxdur və ondan bu haqda soruşularsa, bunu mümkünsüz sayacaqdır. Göründüyü kimi, ana bətni ilə bu dünya arasında nə qədər fərq varsa, eləcə də dünya ilə axirət arasında da bir elə fərq vardır.Bir daha qeyd edək ki, əgər ana bətnindəki körpənin ağılı, düşüncəsi olsaydı və fikirləşib onda (dünyada) olanları təsəvvürünə gətirmək istəsəydi, şübhəsiz, buna imkanı və qüdrəti yetməzdi. Qərar tutduğu və gördüyü yer yalnız ana bətni olan körpə üçün dünyanı, onun günəşini, ulduzlarını təsəvvür etmək, əlbəttə, mümkün deyil. Axirətlə bu dünyanın fərqi də məhz bu qədər, hətta bundan da artıqdır. Buna görə də istər cənnət nemətlərini, istərsə də cəhənnəm əzablarını olduğu kimi təsəvvürə gətirmək mümkünsüzdür. Gəlin bu barədə axirət aləminin təsəvvürünü verən bir hədisə müraciət edək: "Cənnətdə elə nemətlər var ki, onları nə bir göz görmüş, bu haqda nə bir qulaq eşitmiş, nə də onlar heç kimin ağlına belə gəlməmişdir O dünyada olan qayda-qanunlar da bu dünyanın qayda-qanunlarından köklü surətdə fərqlənir. Nümunə olaraq bunu deyə bilərik ki, həyatda şahidliyi insanın özü (dili) etdiyi halda, Qiyamət məhkəməsindəki şahidlər insanın öz bədən üzvləri, hətta üzərində günah, yaxud savab etdiyi yerlər olacaqdır. Müqəddəs Quran ayəsini buna sübut kimi gətirmək olar: "Bu gün onların ağızlarını möhürləyirik.

Axirət aləmi

Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər".
(Yasin, 65).

Düzdür, bir vaxtlar var idi ki, bunları qəbul etmək adama bir az çətin və həm də qəribə gəlirdi. Lakin elmin inkişafı sayəsində bəzi səhnə və səslərin lentə alınması kimi nümunələri müşahidə etməklə daha heç bir təəccüb yeri qalmırAxirət aləminin nemətləri, əzabları haqqında geniş və ətraflı məlumatlarımız olmasa da, bunu bilirik ki, oranın nemət və əzabları həm insanın cisminə, həm də ruhuna aiddir. –çünki məadın (öldükdən sonra axirətdə dirilmənin) iki cəhəti vardır; ruhani və cismani cəhətlər. Məhz bu əsasa görə, tam qətiyyətlə demək olar ki, nemət və əzablar da iki cəhətli olmalıdır.

Qurani-Kərim cismə aid olan axirət nemətləri haqda buyurur: "İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver, onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. Onlar üçün orada hər cəhətdən pak olan zövcələr də var. Onlar orada əbədi olaraq yaşayacaqlar".
(Bəqərə, 25).

Mənəvi və ruha aid olan nemətlər haqda isə buyurulur: "Allahdan olan bir razılıq (cismə aid olan nemətlərin hamısından) daha böyükdür".
(Tövbə, 72).

Axirət aləmi

Bütün bu deyilənlərdən bir daha aydın olur ki, cənnətdəkilər Allahın onlardan razı qaldığını hiss etdikdə, o dərəcədə xoşhal olacaqlar ki, bunu heç bir nemətlə müqayisə etmək mümkün olmaz.Cəhənnəm əhli üçün cismani əzablardan əlavə, Allahın onlardan narazılığı hər əzabdan artıq olacaq. Şübhəsiz ki, bu da onların ruhunu həddən ziyadə əziyyətə salacaqdır.Maraq doğuran və diqqəti özünə cəlb edən məsələlərdən biri də Qiyamətdə insanın gördüyü əməllərin (şahidlik etmək üçün) dirilməsi, qayıtmasıdır. Bunu Qurani-Kərimin bir çox ayələrində də görmək mümkündür. İnsanların mükafatlanmasında və günahların ortalıqda olmasında əməllər böyük rol oynayacaq. Onu da diqqətə çatdırmaq istərdik ki, buna azacıq da olsa, şübhə ilə yanaşmaq Allahın varlığını şübhə altına almaq kimi başa düşülməlidir. –çünki bütün bunları müqəddəs səmavi kitab olan Qurani-Kərim buyurur.Görünür, "nə varsa elə bu dünyadadır" deyənlər necə bəsit düşündüklərinin və nə qədər yanıldıqlarının fərqində deyildirlər. Onlar belə bir düşüncə ilə maddi dünyaya daha çox bağlanır, yaxşı işlər görməyə (axirət savabı qazanmağa) bir elə də maraq göstərmirlər. Onların düşüncəsinə görə, axirət (Qiyamət, ölüb-dirilmə, cənnət, cəhənnəm və s.) boş bir əfsanədir. Lakin heç bir vəchlə inanmaq istəmirlər ki, yaşadığımız dünya müvəqqəti yaşayış məskənindən savayı bir şey deyildir. Halbuki, axirət (o dünya) əzab və iztirab planetindən - Yerdən hər mənada yüksəkdədir.

Axirət aləmi

Qurani-Kərimdə buyurulur ki, yaşadığımız fani dünya axirətin əkin
yeridir. Yəni burada "əkdiklərimizi" axirətdə "biçəcəyik".
Təbii ki, hərə öz əkdiyini biçəcək

Axirət aləmi


Geri dön

SeNi_SeVeN

  • 8 fevral 2012 15:05
  • Məqalə: 63
  • Şərh: 476
  • Bal:
tesekkkuuuuuuuuuuuuuu

--------------------

PELIN_ATABAY

  • 1 oktyabr 2011 13:50
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Мой Мир

  • 27 sentyabr 2011 21:18
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk edirem

--------------------
∞♥

Ay Üzlü

  • 27 sentyabr 2011 19:28
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

HaYaliM

  • 27 sentyabr 2011 18:58
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Repery

  • 27 sentyabr 2011 17:56
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
twk edrem xebere gore..... love

--------------------

SeL_cAn

  • 27 sentyabr 2011 17:34
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
"fərq müqayisə edilməz dərəcədədir"

TŞK.


"fərq müqayisə edilməz dərəcədədir"

TŞK.

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

sevgi yalandir

  • 27 sentyabr 2011 16:28
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twkkk xebere gore

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}