Rəbbin insanlara xüsusi dörd lütfü

 
Rəbbin insanlara xüsusi dörd lütfü

RƏBBİN İNSANLARA XÜSUSİ DÖRD LÜTFÜ

Əziz İslam Peyğəmbəri (s) buyurub: “Dörd lütf var ki, Allah Təala bəndələr üçün göstərib. Onların mövcudluğu ilə həddini aşandan başqa heç kəs həlak olmayacaq. Birincisi, hər vaxt ki, bir kəs xeyir işə cəhd göstərər, əgər nail olmasa, Allah Təala o insanın pak niyyəti üçün ona bir savab əta edər. İkincisi, əgər o insan həmin xeyir işi görməyə müvəffəq olarsa, onda on savab verilər. Üçüncü, günah etməyə cəhd göstərə və edə bilməyə, ona heç nə yazmaz. Dördünücü, əgər günahı yerinə yetirə, yeddi saatlıq möhlət verilər və ibadət üçün məmur olmuş mələk, günah üçün məmur olan mələyə deyər: “Yazma, tələsmə! Bəlkə bir yaxşı işi ilə bu günahını aradan aparar, səhvini düzəldər. Çünki, Allah Təala buyurub: “Xeyir, yaxşı əməllər günahı aradan aparar””. Lakin, əgər yeddi saat keçər, nə xeyir və yaxşı bir iş görər və nə də ki, Allahdan tövbə diləyərsə, yaxşı işlərə məmur olan mələk, pis işlərə məmur olan mələyə deyər: “İndi bu, özünü bədbəxt və özünü məhrum edən kəsin günahını yaz!””. Hədisdə buyurulur ki, Allah öz bəndələri üçün dörd mövzuda xüsusi lütf göstərib. Allahın rəhməti bu lütflərindədir. Onların mövcud olduğu heç bir kəs həlak olmayacaq. Yalnız həddini aşanlar bu məsələdə sığortalanmayıb.

ALLAH İNSANLARI CƏZALANDIRMAĞA TƏLƏSMİR

Hədisdən aydın olur ki, Allah Təala o qədər gözəl, rəhmlidir və bəndəsinin hidayəti üçün o qədər çalışır ki, həmin bəndəsinə dörd mühüm lütf göstərər. Əgər bəndə yolundan çıxmazsa, bu lütflər ona aid olar. Bəzən bir insan olur ki, xeyirli bir iş görmək istəyir, amma alınmır. Bu insanı Rəbbimiz mükafatdan məhrum etməz və ona pak niyyətinin müqabilində bir savab əta edər. Niyyətində olan həmin gözəl işi yerinə yetirə biləcəyi təqdirdə, Allah ona on savab lütf edər. Allahın üçüncü lütfü, Onun nə qədər kərim və lətif olmasından xəbər verir. Bəndə günah etməyə cəhd edər, lakin onu yerinə yetirə bilməzsə, lətif Allah ona cəzasını yazmaz. Bəndə günah etməyə cəhd edə və həm də onu həyata keçirərsə, Rəbbimiz yenə də həmin kəsi cəzalandırmağa tələsməz. Həmin vaxt onun üçün dərhal günah yazılmır və o kəsə xeyir işləri ilə bu günahını aradan aparmaq üçün möhlət verilər. Buradan aydın olur ki, əgər insan bir qədər əməllərinə fikir verərsə, bu zaman nicat tapmışlardan olar. Görün nə qədər lətif, rəhimli, bizi sevər Rəbbimiz var. Belə Rəbbin dərgahında günah etməyin nə qədər eybəcər hal olması gün kimi aydındır. Sadəcə, lənətlik iblis insana gündəlik qaçaqaçlarda bu həqiqətləri unutdurmağa çalışır.

BƏDBƏXTLİYİN ƏLAMƏTLƏRİ HANSILARDIR?

Ümməti üçün hər şeydən çox ürəyi yanan İslam Peyğəmbəri (s) digər bir yerdə buyurur: “Bədbəxtçiliyin əlaməti dörddür. Birinci, insan keçmiş günahlarını unuda, bir halda ki, İlahi hesab-dəftərdə onlar yazılıb. İkinci, insan xeyir və yaxşı işlərini unutmaya, bir halda ki, heç bilinmir, qəbul olunub, ya yox. Üçüncü, dünya işlərinə aşağıdan yuxarı baxa. Dördüncü, axirət işlərinə yuxarıdan aşağı baxa”. Əziz Peyğəmbərimiz (s) bizləri bədbəxtliyin əlamətləri ilə tanış edir. Bunların birincisi - insanın öz etdiyi günahlarını heç olmamış kimi unutmasıdır. Fəqət, insan unutsa da, unutmasa da onlar İlahi hesab-dəftərdə qeydə alınıb. Yəni insanın unutması onları yox etmir, silmir – bu, bir yana, unutma səbəbindən insan onlara görə tövbə də etmir, onları təkrarlayır. İkinci xəbərdarlığa baxanda görürük ki, gərək insan gördüyü xeyir işləri xatirəsində saxlamasın. İnsan pis işlərini unutmamalı, əksinə, yaxşı işlərinisə dərhal unutmalıdır. Bəndə pis işlərini unutmayanda, tez-tez onları xatırlayanda, artıq onlardan çəkinməyə başlayır və bu, onu inkişafa aparır. Yaxşı işləri unutmamaq isə bədbəxtçiliyin əlamətidir. Yaxşı işləri yada salmaq isə insanı təkəbbürə, özünü öyməyə aparır. Həm də bu, bir halda baş verir ki, heç həmin yaxşı işlərinin Allah dərgahında qəbul olunub-olunmadığı da məlum deyil.

İnsan birini əksik biləndə, ona yuxarıdan aşağı baxır. Aşağıdan yuxarı baxmaq misalı olmasa da, bu o deməkdir ki, yəni dünyaya böyük bir məsələ kimi baxmaq bədbəxtliyin əlamətidir. Axirət işlərinə yuxarıdan aşağı baxmaq, sonda insanı həmin işlərə laqeydliyə gətirər. Bu, insanı zəlalətə aparar. Dünyanı üstün bilən insan da sonda onun quluna çevrilər və dünya onu məhv edər.

İNSANI XOŞBƏXTLİK və SƏADƏTƏ ÇATDIRAN SİFƏTLƏR

Bədbəxtliyin xüsusiyyətlətini bizlərə tanıdan Həzrət Peyğəmbər (s), digər bir hədisdə xoşbəxtliyin, səadətin xüsusiyyətlətini çatdırır. Hədisdə buyurulur: “Dörd sifət var ki, hər kimdə olsa, Əziz Allahın nurunda öz mövcudiyyətini başa vurmuşdur. Birinci budur ki, Allaha və Rəsula (s) imanına görə günahdan çəkinə. İkinci, müsibətlərdə bu zikri deyə: “Hər şey Allahdandır və hər şey Ona doğru gedir”. Üçüncü, bir yaxşılıq və xeyirlə rastlaşanda, deyə: “Həmd olsun aləmlərin Rəbbinə”. Əgər günah edərsə, deyə: “Əstəğfurillahə Rəbbi və ətubu iləyh””.

Allaha və Peyğəmbərə (s) imanın olması çox gözəldir. Lakin, əgər bu iman insanı günahdan çəkindirmirsə, demək ki, həmin iman qaydasında deyil. Allah namaz qılmağı buyurubsa, insan gərək namazını qılsın. Onun buyurduqlarına əməl etməməklə, Allaha iman bir arada deyil. Əgər Allah və Peyğəmbər (s) öz Əhli-beytinə (ə) itaət etməyi buyurubsa, gərək iman edən kəs onlara (ə) itaət etsin. İmanın əməli olmalıdır. İmanın əməli günahlardan çəkinməkdir. İmanından günahdan çəkinən insan xoşbəxtliyə və səadətə çatar.

MÜSİBƏTLƏRDƏ DÖZÜMLÜLÜK və XEYİRLƏRDƏ ALLAHA HƏMD

Yuxarıda göstərilən hədisdə əziz Peyğəmbərimiz (s) müsibətlər qarşısında dözümlülük göstərən insanın da xoşbəxtliyə çatacağını bildirir. İnsan müsibətlərə çox təbii yanaşmalıdır. Çünki, olanların hamısı Allahdandır və hər şey Ona doğru qayıdır. Dünyaya insanın baxışı müvəqqəti bir yer kimi olsa, bu zaman müsibətlər ona asan gələr.

Bütün xeyirlərin çeşməsi də Rəbbimizdir. İnsanın qazandığı nə varsa, hamısı Allahdandır. Buna görə də insan gərək qazandıqlarının müqabilində aləmlərin Rəbbi olan Allaha həmd və sənalar etsin.

Peyğəmbərimiz (s) bizlərə bildirir ki, xoşbəxtliyə çatan insanlardan biri də etdiyi günahlar müqabilində Allahdan dərhal bağışlanma və tövbə diləyən kəsdir. Günah edən kəs gərək peşman olsun, tövbə etsin və Allaha qayıtsın.

XOŞBƏXTLİK QAPISININ AÇARI – GÖZƏL ƏXLAQ


İnsanı xoşbəxtliyə və səadətə çatdıran yollardan biri də - əxlaqdır. Əziz Peyğəmbərimiz buyurur: “Allah Təala gözəl əxlaqı Özü ilə bəndə arasında bir vasitə qərar vermişdir. Hər biriniz üçün kifayətdir ki, bu gözəl əxlaqdan yapışasınız və Allaha bağlanasınız”. Bu mübarək hədisdə bir neçə önəmli nöqtə meydana çıxır. Mübarək İslam dini gözəl əxlaqa fövqəladə dərəcədə əhəmiyyət verir. Fəzilətli əxlaqı mübarək dinimiz bəndə ilə Rəbbi arasında bir körpü kimi tanıdır. Bəndəyə tövsiyyə edilir ki, gözəl əxlaqa çatmaqla Allaha qovuşsun. İnsana gözəl əxlaqa sahib çıxmaq kifayət edir ki, Allaha yaxınlaşsın. Allaha yaxınlaşmaq isə, xoşbəxtliyin ən birinci açarlarındandır.

İNSANIN NİCATI ÜÇÜN YOLGÖSTƏRƏN

Başqa bir mübarək hədisdə Həzrət Əmirəlmöminin Əli (ə) buyurur: “Əgər cənnətə ümidimiz və imanımız olmasaydı da belə və cəhənnəmdən qorxu və xof olmasaydı da belə, əgər savab və aqibət olmasaydı da belə, fəzilətli əxlaqın dalınca getməyə deyərdi. Çünki o və yalnız o insanın nicatı üçün bir yol göstərən ola bilər”. Həzrət Əli (ə) təbii ki, cənnətə və cəhənnəmə inancı da, cənnətin savabını da, cəhənnəmdən qorxmanı da, aqibəti də bünövrəli məsələlər olaraq görür. Amma, burada Mövla (ə) çox incə mətləbi açır. İmam (ə) bildirir ki, hətta əgər ehtimal kimi bunlar olmasaydı da belə, ən layiqlisi budur ki, fəzilətli əxlaqın ardınca gedək. Bu mübarək hədisdə əxlaqa çox uca dəyər verir. Bildirilir ki, sadalananların heç biri olmasa belə, fəzilətli əxlaqın dalıyca getməyə dəyər. İnsanın nicatı, inkişafı, kamilliyi əxlaqdan keçir. Əli (ə) məntiqi bizlərə öyrədir ki, fəzilətli əxlaq elə özü özlüyündə ucalıq və zirvədir.

GÜNÜMÜZDƏ ƏXLAQIN ZƏRURİLİYİNİ ARTIRAN ÜÇ SƏBƏB

Böyük mütəfəkkirlərdən biri incə bir mətləb söyləyir ki, hər dövrdə, hər vəziyyətdə əxlaq və mənəviyyat mühüm məsələdir. Lakin, günümüzdə, əsrimizdə bu, üç mühüm səbəbə görə xüsusilə əhəmiyyət kəsb edir. Üç mühüm məsələ var ki, onlara görə bu gün bəşəriyyətin əxlaqının artırılmasına daha çox ehtiyac var. Birincisi, əsrimizdə insanın fəsada getməsi üçün hər zamandan daha çox şərait var. Əvvəllərdə də günah etmək olardı. Lakin, bu gün zəmanəmizdə o qədər rahatlıqla fəsad etmək olur ki, sanki bugünkü dünya özünü bəşəriyyət üçün əziyyətsiz təqdim edir. Buna görə də, bəşəriyyətin mənəviyyatının artırılmasına, əxlaqi dəyərlərinin önə çəkilməsinə daha çox ehtiyac yaranıb.

İkincisi, indi fəsadın və günahın miqyası xeyli böyüyüb. Əvvəl bir nanəcim kimisə öldürmək istəyirdisə, uzağı bir nəfəri və ya iki nəfəri öldürə bilərdi. İndi bir qatil bir anda onlarla insanı qətliam edə bilir. Günahın miqyası bu dərəcədə genişlənib. Bir murdar insan, keçmişdə birinin həyatı boyunda etdiyi ədəbsizlikləri bir gündə edə bilir.

Üçüncüsü, bu gün necə ki, yaxşı işlər görmək üçün müasir metoologiyalar ən ali dərəcədə inkişaf edib, eləcə də fəsadın da xidmətində dayanan metodologiya inkişaf edib. Cəmi bir neçə onillər bundan öncə bir fəsadı dünyaya göstərmək üçün müxtəlif vasitələrə əl atılırdı. İndi yalnızca bir texnologiya ilə fəsadı istənilən evə daşımaq mümkündür.



QLOBAL FƏSADIN MÜQABİLİNDƏ QLOBAL ƏXLAQ TƏLƏBATI


Yuxarıda deyilənlərdən mühüm bir məsələ ortalığa çıxır. Əgər insan bir neçə onillik bundan qabaq o dövrün imkanları çərçivəsində özündə qoruyucu immunitet formalaşdırmalıydısa, indiki dövdə bu immunitet kifayət etmir. Bu gün qlobal fəsadın qabağında insan gərək onun səviyyəsinə uyğun olaraq öz üzərində işləsin. Bu gün əxlaqa iddialı olan kəslər gərək yüz il bundan qabaq olan meyarlarla kifayətlənməsin. Çünki, fəsadın meyarları genişləndikcə, ondan qorunmaq üçün lazım olan əxlaqın da meyarları genişlənsiz. Əks təqdirdə həmin fəsadın və günahın qarşısında dayanmaq mümkün olmayacaq. Fəsad daim inkişaf etdiyi halda, gərək əxlaq da bir o qədər inkişaf etsin. Əgər birincinin inkişafı müqabilində əxlaq daşıyıcısı öz yerində qalacaqsa, uduzacaq.

HƏZRƏT PEYĞƏMBƏRİN (s) ÜMMƏT ÜÇÜN GÖNDƏRİLMƏSİNİN HƏDƏFİ - ƏXLAQDIR


Əziz Peyğəmbərimiz (ə) özünün gəlişini, bütün varlığını, çəkdiyi əziyyətlərininin səbəbini çox sadə bir şəkildə izah edir. Peyğəmbərimiz (s) ümmət üçün gəlməsinin əsas hədəfini açıqlayır: “Mən kamil əxlaqları tamamlamaq üçün göndərildim”. Peyğəmbərin (s) insanlar üçün göndərilməsinin əsas hədəfi bu idi. O, bütün əziyyətləri çəkəndə də, başına kül töküləndə də, Məkkədən Mədinəyə hicrət edəndə də bunun üçün edirdi. İnsanın əxlaqa yiyələnməsi, əxlaqının kamiliyə çatması bu qədər önəmlidir. Kamil əxlaqa sahib olan insan, elə İslamın buyurduğu həyatı yaşamış olar. Kamil əxlaqa sahib olan toplum, fəsad inkişaf etdikcə, ondan qat-qat daha çox inkişaf edər. Cahiliyyə dövrünün ərəbləri öz fəsadlarında nə qədər inkişaf etmişdisə, əziz Peyğəmbərimiz (s) kamil əxlaqı ilə onların müqabilində dayana bildi.

Allahım, bizlərə bədbəxtliyin əlamətlərindən qurtulub, xoşbəxtliyin əlamətlərinə yiyələnməyi nəsib et! Allahım, bizlərə kamil əxlaqa yiyələnmək durumunu əta et! Amin!

HAZIRLADI : Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof


Geri dön

Мой Мир

  • 27 sentyabr 2011 20:21
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
allah razi olsun twk edirem

--------------------
∞♥

MiLeyla

  • 27 sentyabr 2011 19:05
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
COX DEYERLI XEBERDI

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

HaYaliM

  • 27 sentyabr 2011 18:53
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

sevgi yalandir

  • 27 sentyabr 2011 18:27
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
winked winked winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}