Həzrət Həmzə (ə) barədə

 
Həzrət Həmzə (ə) barədə

İslam tarixinin böyük şəxsiyyətlərdən olan, Quranı və İslam dinini müdafiə etmək yolunda fədakarlıq etmiş, Həzrət Peyğəmbərin (s) çətin zamanlarda onun himayəçisi və müdafiəçisi olmuş Həmzə ibn Əbdulmüttəlib, Əmirəl-möminin (ə) kimi şirkin bayrağı qarşısında tövhid bayrağını ucaltmış və imanını döyüş meydanında nümayiş etdirmişdir. Həmzə Quran və Məsumlardan (ə) gələn hədislərdə daima tərifəlayiq hesab edilmiş və təriflənmişdir. Peyğəmbəri- Əkrəm (s) ona “Seyyidi-şühəda” rütbəsini vermiş və “Əsədullah” və “Əsədi-Rəsul” kimi ləqəblərə layiq görmüşdür. Həzrət Həmzənin künyəsi Əbu Əmmarə və Əbu Yəala idi. Anası Halə Peyğəmbərin (s) anası Aminənin əmisi qızı idi.
Həzrət Həmzə Peyğəmbərin (s) əmisi idi və hər ikisi Suyibe adlı bir qadından süd içmişdilər. O, Peyğəmbərdən (s) iki yaş böyük idi. Tarixçilərin dediyinə görə, Həmzə besətin ikinci ilində İslam dinini qəbul edir. Düşmənləri də başa düşür ki, bundan sonra Peyğəmbərin (s) gücü artmışdır və İslam dinini güclü bir insan müdafiə edəcəkdir. Ona görə də müsəlmanların əleyhinə düşündükləri bir çox fitnələrdən əl çəkdilər.

Həmzə Həzrət Peyğəmbərlə (s) eyni zamanda Mədinəyə hicrət edir, ilk mühacirlərdən olur. O, İslam dininin ilk bayraqdarı olmuşdur. Bədr döyüşündə düşmənləri vəlvələyə salır. Onu görənlər soruşurlar ki, bu kimdir və onlara deyəndə ki, bu Həmzədir, onlar deyirdilər ki, bu o insandır ki, sıralarımızı darmadağın etmişdi və günümüzü qaraltmışdı. Həzrət Həmzə hicrətin üçüncü ilində Uhud döyüşündə düşmənin 31 nəfərini öldürəndən sonra şəhadət məqamına nail olmuşdu.

Həzrət Həmzə (ə) barədə

Qurani-Kərim Həzrət Həmzə haqqında buyurur: “İman gətirib hicrət edənlər, Allah yolunda cihad edənlər və (mühacirlərə) sığınacaq verib köməklik edənlər - həqiqi möminlərdirlər”. (“Ənfal” 74). “Sizin içinizdən fəthdən (Məkkə fəthindən) qabaq infaq edən və cihad edən kimsələr, əlbəttə, ayrıları ilə bir olmazlar. Bunlar, fəthdən sonra infaq edib cihad edənlərdən dərəcə etibarı ilə daha yüksəkdirlər”. (“Hədid” 10). Bəli, bu ayələrdən göründüyü kimi, təfsirçilərin fikrinə görə Həmzədən bəhs edilmişdir. İslamın ilk addımlarında ona dəstək olan və ön sıralarında qərar tutub, cihad edən bu insan Allah dərgahında sevimli bəndələrdən və həqiqi möminlərdən hesab edilmişdir.

Şeyx Səduq Həzrət Peyğəmbərdən (s) nəql edir ki, Həzrət buyurub: “Biz, Əbdulmüttəlibin övladları, behişt əhlinin sərvərləriyik. Allahın Rəsulu (s), Həmzə Seyyidi-şühəda, Cəfər Zülcənaheyn, Əli (ə), Fatimə (s.ə.), Həsən (ə), Hüseyn (ə) və Məhdi (ə)”. Başqa yerdə Peyğəmbər (s) buyurur: “Ən sevimli qardaşım Əli ibni Əbi Talibdir və ən sevimli əmim isə Həmzədir”. İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir: “Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və ərz edir: “Ey Allahın Rəsulu! Övladım olmuşdur, onun adını nə qoyum?” Buyurur: “Onun adını Həmzə qoy, bu mənim üçün ən sevimli addır”. Peyğəmbərdən (s) nəql edilir ki, buyurmuşdur: “Qiyamət günü hamı piyada olacaqlar, dörd nəfərdən başqa.” Abbas ibni Əbdulmüttəlib soruşur: “Ey Allahın Rəsulu! Bu dörd nəfər kimlərdir?” Buyurur: “Mən Meraca getdiyim ata minəcəyəm, əmim Həmzə ibni Əbdulmüttəlib Əsədullah dəvəyə minəcəkdir. Qardaşım Əli behişt dəvəsinə minəcəkdir”.

Həzrət Həmzə (ə) barədə

İbni Həcər Əsqəlani nəql edir: “Peyğəmbər (s) Həmzənin cəsədinin yanında əyləşib xitab edir: “Ey əmi! Allah sənə rəhmət etsin. Sileyi-rəhm etməkdə və yaxşı işləri görməkdə fəal və səy göstərən idin”. Peyğəmbər (s) bir cümlə ilə onun xüsusiyyələtlərini sadalamaq istəyirdi. Başqa bir yerdə Peyğəmbər (s) buyurur: “Həqiqətən Qiyamət günü əmim Həmzə onu sevənlərdən cəhənnəmi uzaq edəcəkdir”.

Mərhum Kuleyni İmam Əlidən (ə) nəql edir: “İmam Əli (ə) Bəsrədə Zubeyr ilə Təlhənin ordusuna qalib gəlir və o, Peyğəmbərin (s) dəvəsinə minmiş halda idi və insanlara xitab edir: “İstəyirsinizmi Qiyamət günündə ən yaxşı xəlq olmuşları sizə tanıdım?”. Əbu Əyyub Ənsari deyir: “Ey Əmirəl-möminin tanıt. Çünki sən həmişə şahid olmusan, biz isə qayib”. İmam Əli (ə) buyurur: “Qiyamət günü ən yaxşı insanlar Əbdulmüttəlibin yeddi övladlarıdır. Onları heç kim inkar etmir, kafirlərdən başqa”. Əmmar deyir: “Ey Əmirəl-möminin onları adları ilə tanıt”. Buyurur: “O gün ki, Allah insanları bir vadidə cəm edəcəkdir, onların ən yaxşısı Peyğəmbərlərdirlər və onların ən fəzilətlisi Həzrət Muhəmməddir (s). Peyğəmbərlərdən sonra ən yaxşı insanlar onların vəsisidirlər. Ona görə də ən yaxşı vəsi Həzrət Muhəmmədin (s) vəsisidir. Vəsilərdən sonra ən yaxşı insanlar şəhidlərdirlər.

Həzrət Həmzə (ə) barədə

Şəhidlərin ən fəzilətlisi isə Həmzə ibni Əbdulmüttəlib və Cəfər ibni Əbu Talibdir. Onların iki rəngli qanadları vardır və bu iki qanad onlardan başqasına verilməmişdir. Allah onun vasitəsilə Muhəmmədə (s) kəramət və şərafət bəxş etdi. Peyğəmbərin (s) başqa iki sevimli insanı Həsən və Hüseyndir və biri də Məhdidir ki, bizim nəslimizdən seçəcəkdir”. Həzrət Əli (ə) bu bəyanı ilə Həzrət Həmzəni Qiyamət günü Peyğəmbər (s) Əmirəl-möminin (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) və Həzrət Məhdi (ə) ilə bir sırada qərar vermişdir. O, Həzrət Həmzəni Quranda adı çəkilən şəhidlərdən biri kimi bəyan etmişdir”.

Bəli, bu böyük şəxsiyyət haqqında gələn hədislərin sayı çoxdur. Sadəcə onu demək olar ki, həyatında Allahdan başqa heç kimdən qorxmayan və Peyğəmbərə (s) ilk iman gətirən insanlardan biri olan Həzrət Həmzə həm Allahın sevimli bəndəsi olmuşdur, həm Peyğəmbərin (s), həm Əhli-Beytin (ə) və həm də biz müsəlmanların. Onun adı gələndə düşmənlərin necə vəlvələyə düşdükləri bir anlığa gözümüzün önünə gəlir və şirlərin qənimi olan bu pəhləvan kafilərin də qənimə çevrilir.


P.S Yaziya gore Məşhədi Xanım,baciya oz derin tewekkurumu bildirirem ...!


Geri dön

Inciciceyi

  • 29 sentyabr 2011 09:00
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
P.S Yaziya gore Məşhədi Xanım,baciya oz derin tewekkurumu bildirirem ...!

mende yazini tertib edene tewekkurumu bildirirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

PELIN_ATABAY

  • 29 sentyabr 2011 06:50
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
deyerli habere gore tewekkurler allah razi olsun bele guzel deyerli haberleri bizimle bolusduyunuz icin

--------------------

Zaurcik2011

  • 29 sentyabr 2011 02:29
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}

Revayet olunmusdur ki,Hezreti Zehra salamullahi eleyha, yun ipe duyun vurub onun vasitesi ile sehbih deyerdi. Hezreti Hemze ibni Ebdul-Muttelib,Uyid doyusunde sehid olandan sonra, Hezret onun qebrinin torpagindan tesbih duzeltdi.O zaman yasayan muselmanlarda Fatimeyi Zehradan (e) te'essi edib, Hezreti Hemzenin qebrinin torpagindan tesbih duzeltdiler.Imam Huseyn eleyhisselam sehid olandan sonra, tesbihi o Hezretin qebrinin torpagindan duzeldib, tesbih demek sunne oldu.

Sahibezzeman, Hezreti Imam Mehdi Eleyhisselam buyurur ki, Imam Huseyn eleyhisselamin turbetinden duzelmis tesbihi elinde tutarsa, zikr demeyi unudarsa da, ona zikr savabi yazilarALLAH SIZDEN RAZI OLSUN..

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

ASMIYA

  • 29 sentyabr 2011 01:02
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
EZIYYETI OLAN HER BIRINIZE COKLUUU MINNETDARLIGIMI BILDIRIREM. HER KESIN OYRENMESI, DERS CIKARMASI MUTLEQ OLAN YAZILAR ICIN. COK SAG OLUN.
HEP SAGLIKLI OLUN. INSA ALLAH.

--------------------


RADUQA

  • 29 sentyabr 2011 00:23
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
HER IKINIZE TEWEKKURLER...DEYERLI XEBERLERDI...HEMIWE DEYERLI INSANLARDAN OLASIZ....!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Zoluwka

  • 28 sentyabr 2011 22:23
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
MENDE Məşhədi Xanım,baciya TSEKUR EDIREM OZDE COOOOOX))

--------------------
♀+♂=ღ

... Deryam ...

  • 28 sentyabr 2011 20:02
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
DƏYƏRLİ XƏBƏRƏ GÖRƏ SAĞ OLUN ...

--------------------

Мой Мир

  • 28 sentyabr 2011 19:55
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk edirem

--------------------
∞♥

sevgi yalandir

  • 28 sentyabr 2011 19:29
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk alla razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}