Halal

 
Halal

Həzrət Peyğəmbərin (s) zamanında Mədinədə bir kişi yaşayırdı. Gecələri oğurluq edir və gündüzləri isə saleh insan qiyafəsi geyinirdi. Bir gecə evlərin damına çıxır və dörd otağı və içərisi avadanlıqla dolu olan bir evə gəlib çıxır. İçəridə isə bir qadın görür ki, təkbaşınadır. Öz-özünə fikirləşir ki, bu gecəki süfrəm iki bərabər olacaq: həm evi oğurlayacağam, həm də qadını. Elə bu fikirdə idi ki, Allahın mərhəmət qığılcımlarından biri onu da vurur və özünə gəlir. Bir anlıq Qiyaməti düşünür və öz halı gözünün önünə gəlir. Bu fikirlə evin divarından aşağı düşür və deyir: “Mənim Mövlam! Mən hər gecə oğurluğa gedirdim və insanların malını qarət edirdim. Ancaq bu gecə Sən mənim fikrimi dəyişdirdin”. Gecəni səhərə qədər çox peşmanlıq çəkir.

Halal

Səhəri məscidə gəlir. Bir nəfər Həzrət Peyğəmbərə (s) deyir ki, bir xanım gəlib, sizinlə işi var. Peyğəmbər (s) buyurur ki, məscidə daxil olsun. Qadın gəlir və deyir: “Atam və anam ölübdür. Evimin bir neçə otağı vardır və hər biri də avadanlıqla doludur. Ancaq ərim də ölübdür. Dünən gecə bir kölgə gördüm və zənn etdim ki, oğrudur. Mənim dərdimə çarə edin”. Peyğəmbər (s) buyurur: “Çətinliyin nədir?”. Deyir: “Bu gecə o evdə tək qalmaqdan qorxuram. Əgər kiminsə arvadı yoxdursa, məni onunla nikahlayın”. Peyğəmbər (s) üzünü insanlara çevirir və həmin oğrunu görüb buyurur: “Arvadın var?”. Oğru deyir: “Yox”. Buyurur: “Evlənmək üçün pulun var?”. Arvad səslənir ki, mənə heç nə lazım deyildir. Peyğəmbər (s) buyurur: “Ağa, bu xanımı istəyirsən?”. Oğru deyir: “Necə buyurursunuzsa, elə olsun”. Peyğəmbər (s) onların nikahını kəsir və həmin kişiyə deyir: “Gözləmə, xanımının əlindən tut və get”. Bir yerdə həmin evə gedirlər. Oğru otaqlara nəzər salıb ağlayır və arvadına deyir: “Xanım, dünənki oğru mən idim və Allah rizası üçün sizdən keçmişdim. Ancaq Allah mənə bu cür mərhəmət etdi”. (Erfan)


Geri dön

play girl

  • 1 oktyabr 2011 15:04
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
Allah razi olsun

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

Zaurcik2011

  • 29 sentyabr 2011 02:37
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}

tewekkurler maraqli hekayeye gore.Duzdu indiki dovrumuzde halal adamlar azdi.Ama var, wukurler olsun ki var

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Zoluwka

  • 28 sentyabr 2011 22:15
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
Allah razi olsun gozel xeberdir))

--------------------
♀+♂=ღ

RADUQA

  • 28 sentyabr 2011 22:00
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR..MENASI BOYUK DEYERLI XEBERDI.

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Su Perisi

  • 28 sentyabr 2011 21:40
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Uca ALLAH bağışlayan ve rehm edendir

--------------------

sensiz_zor

  • 28 sentyabr 2011 21:39
  • Məqalə: 0
  • Şərh: 152
  • Bal:
{awards}
deyerli xebere gore twk

deyerli xebere gore twk

HaYaliM

  • 28 sentyabr 2011 20:59
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

ASMIYA

  • 28 sentyabr 2011 20:47
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
MARAQLI, IBRETAMIZ YAZIDIR. ELINIZ-QOLUNUZ VAR OLSUN.

--------------------


Grace_Angel

  • 28 sentyabr 2011 20:44
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem...Cox deyerli ve menali hekaye idi...Bu hekayeden de gorunduyu kimi,pis emellerden cekinmek ve tovbe etmek hec vaxt gec deyil...Cunki,ALLAH bagislayan ve merhemetlidir oz qullarina qarsi...ALLAH her birimizi emeli-saleh qullarindan qerar versin...INSALLAH AMIN!!! ALLAH RAZI OLSUN Sizden!!!

--------------------

... Deryam ...

  • 28 sentyabr 2011 19:55
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.
ALLAH BÖYÜK VƏ BAĞIŞLAYANDIR ...

--------------------

Мой Мир

  • 28 sentyabr 2011 19:42
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk edirem

maraqli idi

--------------------
∞♥

sevgi yalandir

  • 28 sentyabr 2011 19:33
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Səhəri məscidə gəlir. Bir nəfər Həzrət Peyğəmbərə (s) deyir ki, bir xanım gəlib, sizinlə işi var. Peyğəmbər (s) buyurur ki, məscidə daxil olsun. Qadın gəlir və deyir: “Atam və anam ölübdür. Evimin bir neçə otağı vardır və hər biri də avadanlıqla doludur. Ancaq ərim də ölübdür. Dünən gecə bir kölgə gördüm və zənn etdim ki, oğrudur. Mənim dərdimə çarə edin”. Peyğəmbər (s) buyurur: “Çətinliyin nədir?”. Deyir: “Bu gecə o evdə tək qalmaqdan qorxuram. Əgər kiminsə arvadı yoxdursa, məni onunla nikahlayın”. Peyğəmbər (s) üzünü insanlara çevirir və həmin oğrunu görüb buyurur: “Arvadın var?”. Oğru deyir: “Yox”. Buyurur: “Evlənmək üçün pulun var?”. Arvad səslənir ki, mənə heç nə lazım deyildir. Peyğəmbər (s) buyurur: “Ağa, bu xanımı istəyirsən?”. Oğru deyir: “Necə buyurursunuzsa, elə olsun”. Peyğəmbər (s) onların nikahını kəsir və həmin kişiyə deyir: “Gözləmə, xanımının əlindən tut və get”. Bir yerdə həmin evə gedirlər. Oğru otaqlara nəzər salıb ağlayır və arvadına deyir: “Xanım, dünənki oğru mən idim və Allah rizası üçün sizdən keçmişdim. Ancaq Allah mənə bu cür mərhəmət etdi”. (Erfan)
winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}