Bunları Unutmayın!!!

 
Bunları Unutmayın!!!

Bunları Unutmayın!!!

Bismillahir-rehmanir-rehim

Tək ilahinin Allah olduğunu unutmayın

Bir məntiqli ifadə var. Əgər insan qumdan düzəldilən bir qala görsə mütləq o qalanı quran birinin varlığını fikirləşəcək. Çünki, əsrlərlə də olsa nə dəniz dalğaları, nə də küləklər vasitəsilə öz-özünə qumdan uca bir qala yarana bilməz.
Dünyaya baxsaq hər şeyin nizamla düzülüşünü görürük. İnsan, heyvan, təbiət, ağaclar, çaylar, hava qatı, mikroblar, yerin cazibə qanunu, yerin günəşdən uzaqlığı, atmosferdəki oksigenin miqdarı və daha milyonlarca həssas nizam.
İnsanın nəfəs almağı üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək, damarlar hamısı birlikdə dövrədədirlər.
Heç biri bir saniyə də olsun gecikməz. Bütün bu orqanlar onları Yaradan Allahın əmrlərinə boyun əyib, insanı həyatda yaşaması üçün öz vəzifələrini nizamla, dəqiq yerinə yetirirlər.
Buna görə Allah Təala Mülk surəsinin 23-cü ayəsində belə buyurur: "De ki: Sizi inşa edən, sizə qulaq, gözlər və qəlblər verən Odur. (Allahdır) Nə qədər az şükr edirsiniz."

Bunları Unutmayın!!!

Allahın sizə nə qədər yaxın olduğunu unutmayın
Sizin bu an ağlınızdan keçənlər, uşaqlığınızda başınıza gələn hər hansı bir hadisə, bir neçə il sonra görəcəyiniz işlər də daxil olaraq hər şeyi Allah bilir. Necə ki, Allah-Təala Zariyat Surəsinin 15-16 -cı ayələrində deyir.
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çeşmələr başında öz Rəbblərinin onlara bəxş etdiyi mükafatları alacaqlar.
Çünki onlar bundan əvvəl (dünyada ) xeyir əməllər tutan olublar. Allah insanın ağlından keçən, kimsənin bilməsi mümkün olmayan bütün fikirlərdən xəbərdardır.
Necə Allah Təala Yunus 61-də buyurur: Sən hansı bir vəziyyəttə olsan, Qurandan nəyi oxusan və siz hansı işi görsəniz,başınız bunlara qarışan zaman (bilin ki) Biz sizə şahidik. Nə yerdə, nə göydə zərrə ağırlığında belə bir şey Rəbbinin nəzərindən qaçmaz.
Bütün bunlara baxmayaraq insanlar Allahı çox uzaqda fikirləşirlər. Sanki Allah bu dünyanı yaradıb və onları başlı başına buraxıb.
Bu çox səhf fikirdir. Yer üzündə hər varlıq Allaha möhtacdır. Allah isə heç bir şeyə möhtac deyildir. İnsanın saysız zəiflikləri var. Məsələn aclıq, susuzluq, yuxu, yorğunluq, xəstəlik və s. Allah-Təala isə bu sifətlərdən uzaqdır.
Necə Allah Təala Bakara 255-də buyurur: "Allah - Ondan başqa tanrı yoxdur. O, əbədiyaşardır və (yaratdıqlarının həmişə keşiyində) durandır.
Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur."

Bunları Unutmayın!!!

Hər hadisənin Allahın nəzarəti ilə baş verdiyini unutmayın.
Allah elə bir güc sahibidir ki, Ənam 59-da bildirildiyi kimi Onun icazəsi olmadan bir yarpağ belə ağacdan yerə düşməz. Kiçik bir uşaqdan alimə qədər insanın bildiklərini öyrədən, görə bildiklərimizi, görə bilmədiklərimizi də bilən Allahdır.
Və unutmayın ki, ən kiçik şey belə Allahın nəzərindən qaçmır.

Bunları Unutmayın!!!

Sizə hər şeyi verənin Allah olduğunu unutmayın.
Hələ də 21-ci əsr alimlərini aciz qoyan insan bədənini əksiksiz yaradıb, bütün organları orada böyük qanunlarla yerləşdirən və sonra da onu insanların ixtiyarına verən, göydən endirdiyi su ilə yerdən müxtəlif meyvələr çıxardan, sayları 100 milyardları aşan qallaktikaları dəqiqliklə hərəkət etdirən, gündüzü çalışmaq, gecəni istirahət üçün yaradan Odur.
İnsana verdiyi nemətləri Allah Təala Nəhl Surəsinin 4-cü ayəsindən 18-ci ayəsinə qədər sayır. İnsanın saymağa ömrü yetməyən nemətlərin hər biri Allahın istəyi ilə var olmuşdur.
Necə Allah Təala Loğman 27-də buyurur: "Yer üzərindəki bütün ağaclar qələm olsa və dəryaya özündən başqa yeddi dərya qatılsa belə Allahın kəlamları tükənməz. Həqiqətən Allah qüdrət, hökm və hikmət sahibidir."

Bunları Unutmayın!!!

Sahib olduğunuz malın hamısını sizə verən Allah olduğunu unutmayın
Allah Təala Maidə 120-də buyurur: Göylərin, yerin və onlarda olanların hökmü Allaha məxsusdur. O,hər şeyə qadirdir.
Siz Allahın təyin elədiyi vaxt gəlincə sahib olduğunuz hər şeyi bu dünyada buraxıb çilpaq bədəninizlə bir neçə metr kəfənə bükülüb bir çuxura atılacaqsınız. Ruhunuz isə ancaq gördüyünüz əməllərlə Allahın hüzuruna gedəcək.

Bunları Unutmayın!!!


Geri dön

Inciciceyi

  • 29 sentyabr 2011 08:53
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
ALLAH razi olsun
Deyerli yaziya gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ASMIYA

  • 29 sentyabr 2011 00:48
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COK SUKUR RABBIME HER AN KALBIMDE. O ADI KULUNU UNUTMAZKEN, BEN RABBIMI NASIL UNUTURUM.


TESEKKUR SIZE. _GRACE ANGEL_

--------------------


sensiz_zor

  • 28 sentyabr 2011 22:41
  • Məqalə: 0
  • Şərh: 152
  • Bal:
{awards}
tewekkurler deyerli xebere gore

tewekkurler deyerli xebere gore

Zoluwka

  • 28 sentyabr 2011 22:28
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
TAMAMILE DOGRUDU ALLAH RAZI OLSUN

--------------------
♀+♂=ღ

... Deryam ...

  • 28 sentyabr 2011 20:08
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH BÖYÜKDÜR ALLAH GÜNAHLARMIZI BAĞIŞLASIN ...
GÖZƏL XƏBƏRƏ GÖRƏ TŞKLƏR ...

--------------------

Мой Мир

  • 28 sentyabr 2011 20:04
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk edirem

--------------------
∞♥

Ay Üzlü

  • 28 sentyabr 2011 19:52
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}

sevgi yalandir

  • 28 sentyabr 2011 19:11
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
allah razi olsun bu deyerli xebere gore twk edirem

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Мой Мир

  • 28 sentyabr 2011 18:56
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ilk serh menden

allah razi olsun bu deyerli xebere gore twk edirem

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}