Mobil telefonlarda daşınan nömrələr xidmətinin tətbiqi nəyi dəyişəcək?

 
Mobil telefonlarda daşınan nömrələr xidmətinin tətbiqi nəyi dəyişəcək?

Azərbaycanın mobil abunəçiləri üçün daha bir yeni xidmət təklif oluna bilər. Belə ki, abunəçilər nömrələrin köçürülməsi xidmətindən yararlana biləcəklər. Həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər.

Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu xidmətin tətbiqi ilə bazanın formalaşdırılması üçün müvafiq işlər görülüb. Qaydalarda bu xidmətin tətbiq edildiyi ölkələrin təcrübəsi əksini tapıb.

Azərbaycanda mobil rabitə nömrələrinin daşınması sisteminin ilin sonunadək tətbiq olunacağı gözlənilir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə mətbuata açıqlamasında mobil rabitə nömrələrinin daşınması sisteminin tətbiqi üçün ölkədə bununla bağlı hüquqi bazanın da olmalı olduğunu vurğulayıb. “Nömrələrin daşınması ilə bağlı qaydalar layihəsi artıq hazırlanıb və dəfələrlə ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları ilə müzakirə olunub, onların rəy və təklifləri nəzərə alınıb”, - deyə İltimas Məmmədov qeyd edib. Nazir müavini həmçinin qeyd edib ki, hüquqi baza yaradılandan sonra daşınan mobil rabitə nömrələrinin ölkədə tətbiqinə başlanılacaq: “Hesab edirəm ki, cari ilin sonunadək bu işlər tam başa çatırılacaq və daşınan nömrələrdən istifadə etmək mümkün olacaq”.

Qeyd edək ki, bu xidmət Azərbaycan üçün əslində tam yeni deyil. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) öz müştərilərinə bu xidməti artıq təklif edir. Birliyin baş direktor müavini Xankişi Kişiyevin ANS PRESS-ə veridiyi məlumata görə, bu xidmətin tətbiqi abunəçilərin işini asanlaşdıraraq onlara komfort şərait yaradacaq.

Ölkədə daşınan nömrələr xidmətinin tətbiq edilməsi ilə bağlı mobil operatorların da mövqeyini öyrənməyə çalışdıq. “Bakcell”in Korporativ Kommunikasiya Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, şirkət mobil nömrələrin daşınması zərurətini anlayır və onun mümkün qədər qısa müddətdə bazarda tətbiq edilməsini görmək arzusundadır. “Bakcell”dən verilən məlumata görə, nömrələrin daşınması xidmətinin tətbiqi bazarda rəqabəti artıracaq və operatorları öz mövcud abunəçi bazasını saxlamaq və yeni müştərilər cəlb etmək üçün daha innovativ, cəlbedici və çeşidli xidmətlər göstərməyə sövq edəcək. Şirkətdən verilən digər məlumatda isə deyilir: “Operatorlar tərəfindən abunəçilərin istifadəsində olan mobil nömrələrin daşınması üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Nazirliyinin müəyyən etdiyi hüquqi-tənzimləyici sənəd “Sellülar (mobil) nömrə daşınması qaydası” mövcuddur. Nömrə daşınması həyata keçirilərkən operatorlararası məlumatlar mübadiləsində istifadə edilən, həmçinin daşınmış və ya daşınması tələb olunan nömrələrə dair mərkəzi məlumat bazasının olması zəruridir. Mərkəzi baza sisteminin qurulması və idarə edilməsi ilə bağlı şərtlər Nazirlik tərəfindən müəyyən olunur və mobil operatorlarla razılaşdırılır. Bu prosesdə “Bakcell şirkəti” Nazirliklə sıx əməkdaşlıq etməyə və lazım olan bütün tədbirləri yerinə yetirməyə hazırdır”.

“Azercell” şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadənin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda daşınan nömrələr xidmətinin tətbiqi ilə bağlı şirkətdə müzakirələr aparılır və müxtəlif qaydaların tətbiq olunacağı gözlənilir. “Azercell Telekom” MMC şirkəti yalnız bundan sonra məsələ ilə bağlı bütün suallara aydınlıq gətirərək hər hansı sualı cavablandıra biləcək.

“Azerfon” şirkətindən ANS PRESS-ə verilən məlumata görə, bu xidmətdən istifadə etmək üçün abunəçi hansı operatora keçmək istəyirsə, həmin operatorun xidmət mərkəzinə yaxınlaşır, yazılı müraciət edir. Həmin operator bu abunəçinin müraciəti əsasında abunəçini öz sisteminə daxil etmək üçün həmin abunəçinin həmin an istifadə etdiyi operatorla əlaqə saxlayı, və bir neçə gün müddətində həmin abunəçinin nömrə üzrə xidməti vahid məlumat bazası vasitəsilə müraciət edilən operatora ötürülür. Bu proses 3-4 gündən 7-10 günədək uzana bilər. "Azərfon" şirkəti isə bu müddətin 5 günədək olmasını daha məqsədəuyğun olmasını hesab edir.

Şirkətdən bildirildi ki, Azərbaycanda bu prosesin necə təşkil olunacağını Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi özü elan edəcək. Nömrə daşınması sisteminə keçid üçün müvafiq normativ baza və qaydalar hazır olandan sonra bir neçə ay müddətində operatorlar tərəfindən tənzimləmə işləri aparılması gözlənilir. Yəni, müvafiq qaydalar müəyyənləşən kimi ən geci 6 ay müddətində “Azerfon” buna tam hazır olacaq.

“Azerfon” şirkətindən verilən digər məlumata görə, şirkət nömrə daşınması xidmətini tam dəstəkləyir və bunun ən tez bir zamanda həyata keçirilməsinin tərəfdarıdır. “Azerfon” RİTN-in bu mövzuda təşkil etdiyi bütün müzakirə və görüşlərdə iştirak edib. Bundan başqa “Azerfon”dan verilən digər məlumatda deyilir: “Bu xidmətin tətbiqi ilk növbədə abunəçilərin marağındadır. Nömrə daşınması xidməti tətbiq edildikdən sonra abunəçilər 3 və daha çox sim nömrə almaq, bir neçə telefon gəzdirməyə ehtiyac görməyəcək. Bu ilk növədə abunəçilərin rahatlığını təmin edəcək. Operatorlar üçün isə daha böyük rəqabət deməkdir. Operatorlar çalışacaq ki, həm qiymət, həm də xidmət keyfiyyətini elə artırsınlar ki, abunəçilər maksimum dərəcədə istifadə etdikləri operatordan razı qalsın. Bu yenilik, sadəcə MNP ilə port edən müştərilərə deyil, eyni zamanda eyni operatorda qalmaq istəyən abunəçilərə tarif, promosyon, özəlliklər ve daha keyfiyyətli servis əldə etmələri üçün stimul olacaq”.

Qeyd edək ki, Azərbaycanda daşınan nömrələr xidmətinin hələ yeni tətbiq olunacağı gözlənilsə də bu praktika qonşu ölkələrdə həyata keçirilir. Belə ki, qardaş ölkə Türkiyədə bu xidmət 2009-cu ilin sentyabrın 10-dan tətbiq olunur. Xidmətlə bağlı Türkiyədə İnformasiya Texnologiyaları və Rabitə qurumu əsasında Nömrə Daşınabirliyi Sistemi 2008-ci ilin noyabrın 9-dan etibarən fəaliyyət göstərir.

Ukraynada isə Ali Rada bu ilin iyul 1-dən mobil fərdi nömrənin operatoru dəyişəcəyi halda saxlamaq imkanı verən xüsusi qanun layihəsi qəbul edib. Layihə Ali Radanın 329 deputatı lehinə, 226 deputatı əleyhinə olmaqla qəbul edilib. Qəbul edilmiş qanun layihəsinə əsasən abonentlər öz fərdi nömrələrini bir dəfə qeydiyyatdan keçirərək istədikləri mobil operatorun tariflərindən yararlanmaq imkanı əldə edəcəklər.

Şimal qonşumuz Rusiya daşınan nömrələr xidmətinin tətbiqinə hələ hazır deyil. Rusiyanın rabitə nazirinin müavini Naum Marderin sözlərinə görə, bu xidmətin Rusiyada tətbiqi yalnız 3-4 ildən sonra mümkün olacaq. “Biz bu məsələ ilə bağlı bir neçə elmi-texniki toplantı keçirmişik. Bu xidmətin tətbiqində maraqlıyıq. Ancaq bizim ərazi ilə bağlı bir neçə problemimiz var”, - deyə Naum Marder bildirib.

Göründüyü kimi bizə yaxın olan bəzi ölkələrdə daşınan nömrələr xidməti artıq tətbiq edilir. Bu xidmətin abunəçilərə nə dərəcədə kömək olacağı xidmətin ölkəmizdə tətbinə başlanıldıqdan sonra məlum olacaq.


Geri dön

barbie_2

  • 8 fevral 2012 22:05
  • Məqalə: 0
  • Şərh: 130
  • Bal:
men oz operatorumu sevirem bakcelli twk bakcell

--------------------
aysel

M.Ceceli

  • 27 dekabr 2011 23:05
  • Məqalə: 2
  • Şərh: 137
  • Bal:
{awards}
xebere :15: gore tesekkurler :12:

--------------------
Namazova Vusale

Natiq059

  • 4 dekabr 2011 16:40
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
twk xebere gore

wiki

  • 9 noyabr 2011 17:40
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
goresen azercellde pulsuz face xidmeti ne vaxtsa olacaq?????

BadZero

  • 30 oktyabr 2011 00:29
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Maraqlıdır, xəbərə görə təşəkkür.. Görəsən nə vaxtdan başlayacaq bu proses?

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

H.o.S.t _ FaNaTka

  • 24 oktyabr 2011 02:05
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

GlamouR_

  • 7 oktyabr 2011 23:37
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
gorek nece olacaq maraqli yoxsa .... winked

--------------------

play girl

  • 1 oktyabr 2011 13:21
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
cox sag ol

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

Musique Sage

  • 1 oktyabr 2011 12:18
  • Məqalə: 442
  • Şərh: 2924
  • Bal:
{awards}
tesekkurler

Inciciceyi

  • 30 sentyabr 2011 08:15
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Melumata gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_WITH YOU_

  • 30 sentyabr 2011 07:14
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
tşk......

Sirli Melek

  • 29 sentyabr 2011 14:00
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLIDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

sevgi yalandir

  • 29 sentyabr 2011 13:51
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
xeber ucun tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ay Üzlü

  • 29 sentyabr 2011 13:11
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
xeber ucun tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}