Getmə ayaq saxla dayan bircə an
Qəlbimdə nə qədər sözlərim qalıb
Bir zaman sevgiylə gözümə baxan
Gözündə ilişib gözlərim qalıb

«Gedirəm» - deyirsən sıxılır ürək
Gözlərim dolanır arayır kömək
Yenə də saçını oxşayır külək
Saçında titrək əl izlərim qalıb

Ağlamaqdan gedim gözün qarası
Sağalmazdır məhəbbətin yarası
Unudaram desəm yoxdur mənası
Məhəbbət qəlbimdə bir yuva salıb
Ürəkdə Ən ülvi hisslərim qalıb

Qəlbimdə nə qədər sözlərim qalıb
Bir zaman sevgiylə gözümə baxan
Gözündə ilişib gözlərim qalıb

«Gedirəm» - deyirsən sıxılır ürək
Gözlərim dolanır arayır kömək
Yenə də saçını oxşayır külək
Saçında titrək əl izlərim qalıb

Ağlamaqdan gedim gözün qarası
Sağalmazdır məhəbbətin yarası
Unudaram desəm yoxdur mənası
Məhəbbət qəlbimdə bir yuva salıb
Ürəkdə Ən ülvi hisslərim qalıb
