Sürü psixologiyası isbat edildi

 
Sürü psixologiyası isbat edildi

Bəzən insanlara “qoyun sürüsü kimi” deyiləndə qəzəblənirik. Amma bu bənzətmə təsdiqləndi. Alimlər bunu araşdırmağa ərinmədilər. Nəticə ağlasığmaz oldu. Çünki qələbəlik qruplar halında olan insanlar qoyun sürüsü kimi davrandılar. Tədqiqatçılara görə qələbəlik kütlə ilə qoyun sürüsü arasındakı fərq çox cüzidir. Belə ki, hər iki halda da 0,03% təşkil edənlər 0,96% olanları idarə edir.

Bu qrupların davranışlarını anlaya bilmək üçün bəzi araşdırmalar aparan Leeds Universitetinin alimləri belə qrupda olan insanlarla qoyun və ya köçəri quş sürüləri arasında heç bir fərq olmadığı qənaətinə vardılar. Buna görə də 0,03%-lik bir azlıq böyük qrupa təsir edə bilir, 0,96% çoxluq da bunun fərqinə varmadan azlığı təqib edir. Bu nəticəyə varmaq üçün tədqiqatçılar təcrübəyə cəlb etdikəri heyvanları [təcrübə hind donuzu üzərində aparılmışdır] böyük məkanda bir müddət saxlayırlar. Təcrübəyə cəlb olunan heyvanlardan bəzilərinə yerlərini dəyişdirmək “əmri verildi”. Bir müddət sonra təcrübədə iştirak edən heyvanlar qrupunun “təşkilatlandığını” və digərlərinin də bu azlığı təqib etdiklərini müşahidə etdilər.

Sürü psixologiyası isbat edildi

“Yönləndirilənlər”in saylarının fərqli olduğu başqa test araşdırmaları da eyni nəticəni verdi. Qrupdakıların sayı artıqca “mator ünsürünə” ehtiyac azaldı. Məsələn, 200 nəfərin olduğu qrup üçün 0,03%-lik idarəçi azlıq kifayət etdi, üstəlik yönləndirilənlərin çoxu yönləndirildiklərinin fərqində belə olmadılar.
Animal Behaviour jurnalındakı tədqiqatların nəticəsi qələbəlik qrupların davranışları, fəlakət halında hadisə yerinin boşaldılması strategiyasına aydınlıq gətirəcək. 0,03%-lik və 0,96 %-lik qrupdakıların xarakterlərindəki özəlliklər:

0,03% lik qrup –

1. Ani yönləndirmələrin əvəzinə heç bir şey yoxmuş, hər şey əvvəlcədən planlaşdırıldığı şəkildə davam edirmiş kimi hiss etdirmədən edənlər daha təsiredicidir; 0,96%-dən etiraz gəlməz, “qoyun sürüsü” tərəddüd etmədən 0,03% faizin arxasınca gedər.

2. Yönləndirməyə yaxın ikən ani hərəkətlərlə [gündəm dəyişiklikləri] diqqətləri başqa tərəfə çəkmək əməliyyatın sakit və sürətli tamamlanmasını təmin edir.

3. Yönlənməmək üçün "təlim alan kütlələrə" qarşı olan taktika belədir: Onlara kübar bir formada “Buyurun” deyərək yol verin, normal halda şüurlu bir şəkildə əsla yönəlməyəcəkləri istiqamətin ön sıralarına irəliləyərək “sürü”nün irəliləməsini asanlaşdıracaqlar. Lakin yolun bir yerində ağılları başlarına gəlib, yoldan çıxmaq istəyərlərsə, onlara həmən “sürü liderliyi” vəzifəsini verin. Nəticə istədiyinizdən də mükəmməl olacaq.

4. Nə bahasına olursa‐olsun “sürü”yə qatılmamaqda, o istiqamətə yönəlməməkdə israr edənlərə bir miqdar “təzə ot” göstərib iştahlarını açaraq sehrli bir dəyənəklə toxunmuşcasına əmr verə bilərsiniz.

5. Yönlənməməyi özünə amal, hədəf seçmiş, “sürü”nün irəliləməsini pozmaqda israr edənlərin nə cür təsirsiz hala gətirildikləri sizin üçün maraqlıdırmı? Ən yaxşısı bu barədə danışmamaqdır. Bir az dünya gündəminə baxsınız özünüz artıqlaması ilə cavabı tapa bilərsiniz.

Sürü psixologiyası isbat edildi

0,96%lik qrup –

1. İfrat dərəcədə ümidsizdirlər.
2. İnkar, fəlakət, həlak, kütləvi terrordan qidalanırlar.
3. Gün ərzində 7-8 saat televiziyaya baxırlar.
4. Ola bilər ki, əksəriyyəti narkotikadan istifadə etmir, lakin keyləşdirilmişlər.
5. Şikayət, qorxu hissi, qəhvəxanada [təmbəlxana], futbol, latareya oyunları onları xarakterizə edən sözlərdir.
6. Havayı əldə edilənlərin dalınca düşər, göydəndüşmə qazancların arxasınca qaçarlar.

0,01%‐lik qrup – 0,99% onların hesabına yaşadılır.
Azdırlar, amma əsl insandırlar.
Necə də xoşbəxtdirlər!

Sürü psixologiyasından misallar
Ağrı –Eleşkirtdə önlərinə çıxan ayıdan ürkən qoyunların uçurumdan atılmasının nəticəsində 13 ailənin 265 qoyunu tələf oldu…
Ərzincanda göy gurultusundan qorxaraq uçurumdan atılan 330 qoyun tələf oldu…
95 evi olan bir kənddə [Ekizlər kəndi] 26 evin 1480 heyvanının olduğu sürü sərt qayalıqlar olan bir bölgədə otlayarkən bir qoyun qarşı yamaca keçmək üçün atlayınca arxasındakı bütün sürü dalınca uçuruma atıldı. Ardı-ardınca atılan qoyunların bir qismi qayalıqlara çırpılıb aşağı yuvarlanınca, meydana gələn leş yığınının üzərinə düşən digər qoyunlar ölməkdən xilas oldular. Hadisə qarşısında çarəsiz qalaraq heç bir şey edə bilməyən çobanlar, yığın halındakı qoyunlar arasından sadəcə 6-sını yaralı halda kəsərkən digərləri tələf oldu.

Sürü psixologiyası isbat edildi

Ah sürülər ah, lap bizim hekayəmiz kimi! Əslində ümidləndim, baxın 6 yaralı qoyun var imiş. Yəni xilas olanlar olmuşdu. Yəni xilas olanlarımız olacaq. Nə söyləyəcəyimi bilmirəm ki?
Müəllimimiz sürü haqqında belə bir şərh verdi: “İlk 2 il əmilən ana südü şəxsiyyəti formalaşdırır. Lakin bizim dövrümüzün anaları sırf bədən quruluşlarını pozmasınlar deyə uşaqlarını əmizdirmirlər, qoyun südü ilə bəsləyirlər! Nə edək, qoyun südü içə-içə qoyun kimi millət olduq!”

Ələddin Çələbinin 1453-cü ildə qələmə aldığı Tarikul Ədəb [Ədəb yolu] kitabında yazdıqları olduqca maraqlıdır. Müəllif kitabın “hər bir taifənin [millətin] təbiətini təşhis” bölümündə Türk insanını belə xarakterizə edir: “Və Turk tayfası qoyun kimi bir-birinə sadiq, şəfqətli və astagəl bir tayfa olur. Bacarıqlıdır, ülfəti, şəfqəti, itaəti var. Görmürsünüzmü qoyunlar bir-birini təqib edir və həm də bütün heyvanlar içində ondan mənfəətlisi yoxdur. Və qoyun həm də ən astagəl heyvandır.”

Zarafat bir yana qalsın bu tərzdə sürü olmaq həqiqətən də çox pisdir. Cahilləşdirilmiş, dinməməyə və sual verməməyə alışdırılmış, şəxsiyyətsizləşdirilmiş, özünə güvənini itirmiş fərdlərdən ibarət olan cəmiyyətlər də buna bənzər xüsusiyyətlərə sahibdirlər.

Sürü psixologiyası isbat edildi

Bəli, sürü psixologiyasi ilə tələf olan qoyunlar göstərir ki; məsələ sadəcə yanyana deyil, bərabər ola bilməkdir.
Sürüdən sürüyə də fərq var. Əslində əsas məsələ qoyun olub, olmayacağımız deyil, “hansı sürüyə mənsub qoyunlar olacağımız”dır.

Keçmişdə topluma “reaya” deyilirdi. Ərəb dilində reayanın cəmi raiyət “keçi [davar] sürüsü” deməkdir. Bu günə qədər bu tərif “xalq” üçün də istifadə olunur. Sürünün etməsi gərəkən, çobanı təqib etmək və ona özünü yönətmə haqqını verməkdir. Çoban diqqətsiz davranınca sürü uçuruma yuvarlanar.
Müddəsir surəsini “Batilə dalanlarla biz də dalırdıq” ayəsində iradəsi olmayan, çevrəsindəkilərin istəklərinə tabe olan insan profili gözlərimiz qarşısında canlanır. İradəsindən istifadə etməyənlər, nə istədiklərini bilməyənlər, başqalarının istəklərinin arxasından uçuruma atlayanlar eynilə bu qoyunlar kimi uçurumlara atılırlar.

İnkişaf etmiş ölkələrin bağçalarında ilk dərsin nə olduğunu bilirsinizmi? Nə istədiyini bilmək. 4-5 yaşındakı uşaq bağçada bir oyuncaqla oynamaq istədiyi zaman əvvəlcə tərbiyyəçinin yanına gedib “Bu oyuncaqla oynamaq istəyirəm” deməlidir. O oyuncaqla oynamaq istəmədiyi zaman başqa oyuncağı götürə bilməz. Əvvəlcə “Bu oyuncaqla oynamaq istəmirəm!” deyib o oyuncağı yerinə qoymalı, sonra digərini istəməlidir. Burada məqsəd o yaşda həyatdan nələr istədiyini bilən uşaqlar yetişdirməkdir. Bizdə necə? Hər halda təxmin edirsiniz. Nə istədiyini bilməyənin həyatını nə nizamlayır? Əlbətdə ətraf mühit, TV serialları, maqazinlər və s.
İndi belə bir sual verək: Uçurumdan atılan sonuncu qoyun olmaq istəyirsiniz, yoxsa iradənizdən istifadə edib nə istədiyinizi bilərək atılan ilk qoyun? Yoxsa daha ötəsini, çoban[lider] olmağı? Bir “sürü” insandan biri olmayın…

Sürü psixologiyası isbat edildi

“Bütün həyatını qoyun kimi keçirməkdənsə, bir gününü aslan kimi keçir…”

Mənbə: "Gənc Beyin" Jurnalı


Geri dön

girlplay

  • 1 oktyabr 2011 13:19
  • Məqalə: 11
  • Şərh: 697
  • Bal:
cox sag ol

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

Mefistofel

  • 30 sentyabr 2011 00:49
  • Məqalə: 8
  • Şərh: 380
  • Bal:
{awards}
solitary_girl,
temamile raziyam

Narka E-ZaDe

  • 29 sentyabr 2011 20:53
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
“Bütün həyatını qoyun kimi keçirməkdənsə, bir gününü aslan kimi keçir…” wink

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

lema

  • 29 sentyabr 2011 15:28
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Men heeeçne bawa düwmedim recourse atdım xeberi seçilmişlere axwam oxuyaram.Xebere göre sağolun...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sirli Melek

  • 29 sentyabr 2011 13:55
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
MARAQLI YAZIDIR.

“Bütün həyatını qoyun kimi keçirməkdənsə, bir gününü aslan kimi keçir…”

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

sevgi yalandir

  • 29 sentyabr 2011 13:49
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
maraqli habere gore

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

PELIN_ATABAY

  • 29 sentyabr 2011 13:08
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler maraqli habere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 46
Cəmi: 72

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 146
 
The Shield
Xəbərləri: 39
Cəmi: 302
 
Darling
Xəbərləri: 37
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}