Onlardan sənə dost olmaz!

 
Onlardan sənə dost olmaz!

Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
- Kişi öz dostunun dinindədir. Buna görə də kiminlə dostluq etdiyinizə baxın.

Suleyman (aleyhissələm) buyurur:
- Siz bir kəs haqqında hökm vermək üçün onun dostuna baxın. İnsan yalnız özü kimisi ilə dostluq edər. Sizlər də saleh insanlarla dostluq edin ki, həm onlarla birlikdə, həm də onlar kimi olasız.

İbn Abbas (radıyAllahu anhu) buyurur:
- Bidət əhli ilə oturub-durma. Çünki onlarla oturub-durmaq qəlbləri xəstə edər.

Onlardan sənə dost olmaz!

İbn Məsud (radıyAllahu anhu) buyurur:
- İnsanlara dostlarına görə qiymət verin. Kişi həm özü kimisi ilə, həm də sevdiyi ilə gəzər.

İmam Əvzəi (rahiməhullah) buyurur:
- Hər kim bizdən bidətini gizlədərsə, onun dostluğu bizdən gizli qalmaz.

İmam Əyyubu (rahiməhullah) bir ölünü yumaq üçün çağırırlar.
İmam Əyyub onun üzünü açdıqda, onu tanıyır və buyurur:

- Mən sizin yoldaşınızı yumaram. Çünki onu bidət əhli ilə gəzən görmüşəm.

Onlardan sənə dost olmaz!

İbn Aun (rahiməhullah) buyurur:
- Bidət əhli ilə yoldaşlıq edən, bizim üçün bidət əhlindən də pisdir.

Fudeyl ibn İyad (rahiməhullah) buyurur:
- Gördüyüm bütün xeyirli insanlar sünnəyə bağlı olanlar idi və bidət sahiblərindən uzaq qalmağı əmr edərdilər.

Sufyən əs-Səuri (rahiməhullah) Bəsrəyə gəldikdə,
əhalidən Rabib ibnus-Subeyhin haqqında soruşur. Onlar deyirlər:

- Əhli Sünnədi.
Sufyən əs-Səuri onun dostu haqda soruşduqda isə deyirlər:
- O Qədəridir.
Sufyən əs-Səuri (rahiməhullah) buyurur:
- Xeyr, o da Qədəridir. 'Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın.' (Ali İmran, 118)

Onlardan sənə dost olmaz!

Əbu Davud (rahiməhullah) buyurur:
- İmam Əhməddən soruşdum ki, filankəs Əhli Sünnədir, lakin bidət əhli olan biri ilə gəzir. Onunla danışmağı tərk edimmi?
İmam Əhməd dedi:
- Ona nəsihət et ki, sənin dostluq etdiyin bidət əhlidir. Əgər ondan ayrılsa, nə gözəl... Ayrılmasa o zaman onu da həmin bidət əhlinə qat!

Fudeyl ibn İyad (rahiməhullah) buyurur:
- Bidət əhlinin yanında oturma. Bidət sahibi olan kimsənin yanında oturan kəsin qəlbini uca Allah kor edər.

İbn Teymiyyə (rahiməhullah) buyurur:
- Əgər bir insan bidət əhlinə qarşı yaxşı zəndə olarsa, ona bu məsələ izah olunmalıdır. Əgər onlardan ayrılmazsa onlara qoşular və onlardan sayılar.

Onlardan sənə dost olmaz!

Həmməd ibn Zeyd (rahiməhullah) buyurur:
- Yunus mənə dedi ki, mən kimisə bir xoşagəlməz hal üzrə görsəm də, onun xeyrindən ümid üzmürəm, hətta o bidət əhli ilə dostluq edənə qədər. Əgər onu bidət əhli ilə görürəmsə, artıq bilirəm ki, o həlak oldu.

Salih əl-Fəuzan (rahiməhullah) buyurur:
- Təkfir məsələsi çox təhlükəlidir. Ona görə də, elmsiz, bəsirətsiz müsəlmanları və onların rəhbərlərini təkfir edən, müsəlmanların qanlarını, mallarını halal hsab edən, bu azğın firqə ilə oturub-durmaq, dostluq etmək insana yaraşmaz.
Biz belələrindən uzaq olmalı, onların sözlərini dinləməməli, onlara arxa çevirməli, onlarla yoldaşlıq etməməliyik.


Geri dön

sevgi yalandir

  • 29 sentyabr 2011 14:30
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
Siz bir kəs haqqında hökm vermək üçün onun dostuna baxın. İnsan yalnız özü kimisi ilə dostluq edər. Sizlər də saleh insanlarla dostluq edin ki, həm onlarla birlikdə, həm də onlar kimi olasız
Tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ay Üzlü

  • 29 sentyabr 2011 12:08
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
- Siz bir kəs haqqında hökm vermək üçün onun dostuna baxın. İnsan yalnız özü kimisi ilə dostluq edər. Sizlər də saleh insanlarla dostluq edin ki, həm onlarla birlikdə, həm də onlar kimi olasız
Tewekkurler

... Deryam ...

  • 29 sentyabr 2011 11:47
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH ŞEYTAN ƏMƏLLİ İNSANLARDAN UZAQ ETSİN BİZLƏRİ ...
ALLAH RAZI OLSUN ...

--------------------

Inciciceyi

  • 29 sentyabr 2011 10:04
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
ALLAH razi olsun. bele deyerli xebere gore minnetdaram

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

PELIN_ATABAY

  • 29 sentyabr 2011 09:27
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
tewekkurler bele guzel deyerli haberleri bizimle bolusduyuniz icin

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}