Sələfin səbrindən örnək

 
Sələfin səbrindən örnək

Urva bin Zubeyr yanında çox yaraşıqlı və ən gözəl üzlü oğlu Məhəmmədlə Valid bin Abdul-Məlikin yanına gəlmişdi. Valid: "Qüreyş gəncləri belə olurlar”- dedi və onlara nəzəri dəydi. Bundan sonra Məhəmməd bir gecə heç yatmadı və çıxıb heyvanların axuruna düşdü və heyvanlar onu öldürüncəyə qədər ayaqladılar. Daha sonra atası Urvanın ayağına bir yara çıxdı. Valid ona həkimlər göndərdi. Həkimlər müayinədən sonra: "Əgər ayağın kəsilməzsə, bütün bədəninə yayılar və ölərsən» - dedilər.
Sələfin səbrindən örnək
Urva ayağının kəsilməsinə razı oldu. Həkimlər alətlə ayağını kəsməyə başlayıb sümüyə çatanda onun başı yastığa düşdü və bir saat huşsuz qaldıqdan sonra ayıldı. Üzündən tər axırdı, o isə təhlil və təkbir edirdi. Kəsilən ayağını əlinə alıb sağa-sola çevirdikdən sonra: "Məni səninlə daşıtdıran Allaha and edirəm ki, səninlə heç bir harama, heç bir günaha, Allahın razı olmadığı heç bir yerə getmədim”- dedi. Sonra bu ayağının yuyulub, ətirlənib, kəfənlənib, müsəlman qəbiristanlığında dəfn edilməsini xahiş etdi.
Sələfin səbrindən örnək
Urva Mədinəyə gələndə dostları təziyə və başsağlığı üçün onun yanına gəldilər. O isə: "Bu yolçuluğumuz bir az yordu bizi” - deyib başqa bir şey söyləmədi. Sonra da: "Daha Mədinədə qala bilmərəm, çünki mən burada müsibətə gülənlərin və nemətə həsəd edənlərin arasındayam"- deyib, Aqiq adlanan yerdəki fermasına getdi. Daim orada qaldı. Fermaya qayıdanda ona İsa bin Təlha: "Sənə irad tutan nə pisdir! Zəhmət olmazsa, sənə gələn müsibətin yerini mənə göstər”- dedi. O da dizinə qədər açıb göstərdi. İsa ona dedi: "Vallahi, biz səni güləşçi kimi böyütməmişik. Allah-taala ağlın, dilin, gözün, əllərin və iki ayağından biri kimi vücudunun çoxunu sənə saxlamışdır, daha nə istəyirsən”- dedi. Urva: "Ey İsa! Sənin kimi heç kim mənə belə ürək-dirək vermədi”- dedi.
Sələfin səbrindən örnək
Həkimlər onun ayağını kəsərkən ondan: "Ağrını hiss etməyəsən deyə sənə bir şey içirəkmi?» - soruşmuşlar. O da: "Allah-taala, Onun əmrinə qarşı çıxacağımı, səbrimi görmək üçün məni imtahan edir” - demiş və onları qəbul etməmişdir. Dəstəmaz alarkən o ayağını məsh edirdi.”

İbn Əbi əd-Dünya, "əl-Mərad vəl-Kəffərat", 139, 141; "əs-Sabr", 154; Əbu Nəim, "Hilyətul-Övliya", 2/178; "əl-Mərufat vat-Tarix", 1/552, 553; əz-Zəhəbi, "Sira Aləm əl-Nubəla", 4/430, 431.

Sələfin səbrindən örnək

İbni Qeyyim Əl-Cevziyyə:"Səbir Edənlərin Azuqəsi Şükür Edənlərin Tədarükü" əsərindən


Geri dön

Gizli qonaq

  • 22 noyabr 2011 20:28
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
wink wink

play girl

  • 1 oktyabr 2011 13:16
  • Məqalə: 11
  • Şərh: 697
  • Bal:
{awards}
cox sag ol

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

_C.Ronaldo_

  • 30 sentyabr 2011 19:18
  • Məqalə: 29
  • Şərh: 186
  • Bal:
{awards}
Çox sağolun maraqlı xəbərdir.

--------------------
....All right....I love you.....LeGeNd.Az....

L115A1

  • 29 sentyabr 2011 21:24
  • Məqalə: 12
  • Şərh: 1108
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

Zaurcik2011

  • 29 sentyabr 2011 15:54
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
Allah, bəndələrini müxtəlif çətinliklərlə sınayır, müxtəlif zəhmət və çalışqanlıqlarla bəndəliyə vadar edir, cürbəcür xoşagəlməz şeylərlə imtahana çəkir ki, onların qəlbindən təkkəbürü çıxarsın, onları təvazökar etsin və bunu öz lütf və bəxşişinə tərəf açılmış qapılar və əfv edərək bağışlaması üçün vasitələr etsin.
MARAQLI ESERDI ALLAH RAZI OLSUN TESEKKUR SIZE

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

sevgi yalandir

  • 29 sentyabr 2011 13:41
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}

bu deyerli xebere gore twk edirem cox saqol

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Мой Мир

  • 29 sentyabr 2011 13:26
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
allah razi olsun

bu deyerli xebere gore twk edirem cox saqol

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 49
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}