Uca Allah buyurur ki

 
Uca Allah buyurur ki

«And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!»
(Əsr, 103/1-3)

Axşam çağı – Adəm oğullarının xeyir və şər qəbilindən olan hərəkətlərinin içində gerçəkləşdirdiyi zamandır.

Malik, Zeyd b. Əsləmdən əsr (namazı) vaxtı olduğunu dediyini rəvayət edir. Ancaq məşhur olan birincisidir. Uca Allah buna görə and içərək insanın həqiqətən ziyanda, yəni həlak edilməyə məhkum olunduğunu bildirir.

«Yalnız iman gətirib yaxşı əməllər edən...kimsələrdən başqa!». Uca Allah insan cinsindən ziyana uğrayanlar arasından qəlbiylə iman gətirərək, əzaları ilə saleh əməl işlədənləri istisna edir.

Uca Allah buyurur ki

«...bir-birinə haqqı tövsiyə edən...» haqq olan ibadətləri yerinə yetirmək, haramlardan uzaqlaşmaqdır.

«...səbri tövsiyə edən kimsələrdən başqa!» Müsibətlərə, «alın yazısına», yaxşılıq etməklə qəbahət və haram şeylərdən özünü saxlayan kəslərdən olub düşdükləri əziyyətlərə qatlaşaraq səbrli olmağı tövsiyə edənlər müstəsnadır.
(Bax: İbn Kəsir, IV, 547)

İmam Şəfii (A. r. e.) deyir ki, insanlar bu surə üzərində yaxşıca düşünsəydilər, onlara bəs edərdi.

Uca Allah buyurur ki

Çünki bu surədə elə yüksək məqamlardan bəhs edilir ki, müsəlman olan bir insan bunlara tam mənasıyla nail olarsa, kamilliyin ən yüksək səviyəsinə çatar. Birinci şərt haqqı tanımaq, ikincisi, ona lazımınca əməl etmək, üçüncüsü, onu yaxşıca bilməyənlərə öyrətmək, dördüncüsu, haqqı öyrənməyə, ona layiqincə əməl etməyə və onu başqalarına öyrətməkdə səbrli olmalıdır.

Surədən çıxarılan bəzi nəticələr

1. Özündə xilas (qurtuluş) yolunu ehtiva etdiyinə görə Əsr surəsinin ayrı bir fəziləti vardır.

2. Uca Allah istədiyi şeyə and içə bilər, çünki onu yaradan Odur.

3. Qulların Allahdan başqasına and içmələri qəbul edilmir. Çünki Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur:

a. «Kim ki, Allahdan qeyrisinin adıyla and içərsə, şərik qoşmuş olar». (Səhih hədis kimi Əhməd tərəfindən rəvayət edilmişdir);

b. «Atalarınızın adına and içməyin. Kim ki, Allaha and içirsə, doğru and içsin ki, Ona and içilən bundan razı qalsın. Bir kəs ki, Allahın adı ilə and içməyə razı olmasa, onun Allahla bir əlaqəsi olmaz». (Səhih hədis kimi İbn Macə tərəfindən rəvayət edilmişdir)

c. Abdullah b. Məsud da belə demişdir: «Allahın adı ilə yalandan and içmək, başqasının adı ilə doğru and içməkdən daha çox xoşuma gəlir».*15

Uca Allah buyurur ki

4. Kafirin aqibətinin zərərə və ziyana uğramaq olduğu vurğulanır.

5. İmana və şəriətə uyğun olan saleh əməl sahibi olanların xilas olacağı bəyan edilir.

6. İman söz və əməldən ibarətdir, itaətlə artır, günahlarla azalır.

7. Müsəlmanlar arasında haqqın və səbrin qarşılıqlı şəkildə tövsiyə edilməsi vacibdir.

8. Camaatla namaz, xüsusilə də əsr namazının camaatla qılınması vacibdir. Çünki Uca Allah: «[Fərz*171, vacib] namazlara, [xüsusilə] orta namaza riayət edin…» (Bəqərə, 2/238) Orta namaz isə, əsr namazıdır.

9. Vaxt müsəlman üçün qiymətlidir. Onu Allaha itaət ilə keçirir.

Uca Allah buyurur ki


Geri dön

play girl

  • 1 oktyabr 2011 13:25
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
Allah razi olsun

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

Narka E-ZaDe

  • 29 sentyabr 2011 21:01
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_VITA_

  • 29 sentyabr 2011 14:42
  • Məqalə: 0
  • Şərh: 70
  • Bal:
{awards}
insan heqiqeten nankor du...ALLAH SUBHANE TEALE BUYURUR KI NAMAZ QIL ORUC TUTU ZEKAT VET ..yoxsa bizzzz.

sevgi yalandir

  • 29 sentyabr 2011 13:54
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}

«And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!»
(Əsr, 103/1-3)

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

VuSkA_248

  • 29 sentyabr 2011 12:05
  • Məqalə: 55
  • Şərh: 227
  • Bal:
{awards}
Allahdan qeyrisinin adiyla and ichib sherik qoshmaq var, ama az insan varki bunu bilmir.
ya da Allahin adiyla olan anda inandirmaq olmur. mecburen quran,ziyaret ve s. andlara inanir insanlar. twk. movzuya gore..

--------------------
Heyat Incesenetin en Yaxshi Telebesidir...

Ay Üzlü

  • 29 sentyabr 2011 11:54
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
«And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!»
(Əsr, 103/1-3)

... Deryam ...

  • 29 sentyabr 2011 11:29
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH GÜNAHLARMIZI BAĞIŞLASIN.
DƏYƏRLİ MƏLUMATLARA GÖRƏ SAĞ OLUN ...

--------------------

Inciciceyi

  • 29 sentyabr 2011 10:32
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
2. Uca Allah istədiyi şeyə and içə bilər, çünki onu yaradan Odur.

twkler deyerli melumatlara gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

RADUQA

  • 29 sentyabr 2011 10:11
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR EDIREM DOSTUM...COX SAQOL HER BIRIMIZIN BILMEYI VACIB OLAN COX DEYERLI BIR XEBERDI......
AMMA INDI BEZI INSANLARIN DEDIYINE GORE AND ICMEKDE MODLA IMIW...DEYIRLER TA AND ICMEK ANDA INANMAQ MODDAN DUWUB.....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}