Günah və İman

 
Günah və İman


Günah və İman

Bismillahir-rehmanir-rehim

Günah və İman


İman çox dəyərli olsa da, onun sabit və əbədi olduğunu düşünməməliyik. Bu ne`mətin də sair ne`mətlər kimi zay olması mümkündür. Bu ne`mətin bizdən alınmaması üçün Allaha pənah aparmalıyıq. Bir çoxları imanlı olub yaxşı işlər gördükləri halda, bir müddət sonra bə`zi səbəblərdən imanları zəifləmiş və dünyadan imansız getmişlər.

Allah kimsəyə verdiyi ne`məti geri almayacağını zəmanət verməmişdir. “İbrahim” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər Mənə şükür etsəniz, sizə olan ne`mətimi artıracağam. Yox əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir!”

Beləliklə, imanımız üçün daim bəla təhlükəsi olduğunu düşünməliyik. Bir tərəfdən şeytani vəsvəsələr və şübhələr, digər tərəfdən insanın pis əməlləri iman üçün ciddi qorxu yaradır.
Rəvayətlərdə göstərilir ki, günah edən şəxsin qəlbində qara bir nöqtə yaranır. Həmin qara nöqtə qəlbdə genişlənib onu zülmətə bürüyür. Günahlar çoxaldıqca bütün qəlb zülmətə bürünür. Bu halda insanın qurtuluşu mümkünsüz olur. (“Bihar”, 73-cü cild, səh.327, 10-cu rəvayət)

Allahdan imanımızı gücləndirməsini, onu cin və insan şeytanların qarətindən qorumasını istəməliyik. Allah eləməmiş, günah etdikdə dərhal tövbə qılıb, günah nəticəsində qəlbimizdə yer almış qaranlıqları təmizləməliyik.
Qəlb qaranlıqlarının insana tə`sirli nəticələri var. Lakin biz bunu hiss etmir və sağlam olduğumuzu düşünürük. Günah nəticəsində qəlb bərkiyir, sonda insan Allahla münacat və duadan, Qur`an oxumaqdan və pak imamlara təvəssüldən ləzzət almır. Onda günaha, şəhvətə və boş-boş işlərə meyl yaranır.

Günah və İman

Günahkarlarla yaxınlıq, onların məclislərində iştirak etmək Allahın layiqli bəndələri ilə yaxınlığın yerini tutur. İnsan az-çox onun özü kimi olan insanlarla yoldaş olmaq istəyir. Bütün bunlar qəlbin bərkiməsi və zülmətə bürünməsinin nişanələridir.

Nurani və Allahla əlaqədə olan qəlb onu Allahdan və Onun zikrindən ayıran şeylərlə əlaqə saxladıqda əzab çəkir. Dünya və əyləncə əhli ilə birlikdə oturduqda özünü zindandakı kimi hiss edir və bu cür məclislərdən azad olmağa çalışır.

Tutu düşdü qarğa ilə qəfəsə,
Azadlıqçün bir də gəldi həvəsə.


Beləliklə, bilməliyik ki, əvvəla, iman (hər nə qədər zəif olsa da) Allahın bizə verdiyi qiymətli bir gövhərdir. İkincisi, öz imanımızın təhlükədə olduğundan qafil qalmamalıyıq.
Buna görə də, daim imanımızı gücləndirməyə çalışmalı və mümkün qədər öz e`tiqadlarımızı möhkəmləndirməliyik. Şübhələr və şübhəyə səbəb olan şeylərdən uzaqlaşmalıyıq.
Hansısa bir şübhə ilə qarşılaşdıqda ona əlac etməli, qəlb və zehnimizin şeytani vəsvəsələr meydanı olmasına icazə verməməliyik.

Eyni zamanda, günah və insanı günaha yaxınlaş-dıran işlərdən çəkinməliyik. Allah eləməmiş, günah etdikdə dərhal tövbə qılıb, tam kiçiklik və yalvarışlar şəklində Allahdan imanımızı qoruyub gücləndirməsini istəməli və pak imamlara təvəssül etməliyik.

“Əbu-Həmzə” duasının bu hissəsi xatırlanan nöqtələrə yetərli dəlildir:
“İlahi, mənə daim qəlbimdə qalan və qəlbimdən ayrılmayan iman və yəqin əta et”.

Günah və İman


Geri dön

girlplay

  • 1 oktyabr 2011 13:06
  • Məqalə: 11
  • Şərh: 697
  • Bal:
coox sag ol

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

ASMIYA

  • 30 sentyabr 2011 01:38
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
HER BIR KELIMESINDE O KADAR GUZEL, GOZ YASARTICI, DUSUNDURUCU MENALAR GIZLI KI, SOZ TAPMIRAM YAZMAGA. MOHTESEM. ALLAHIM HER KESIN QELBINI IMAN NURUYLA NURLANDIRSIN. INSA ALLAH. A M I N N N.

--------------------


FLY TİME

  • 29 sentyabr 2011 23:00
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
maraqlidir.twk

sharm

  • 29 sentyabr 2011 22:39
  • Məqalə: 2
  • Şərh: 462
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

Ay Üzlü

  • 29 sentyabr 2011 22:20
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah kimsəyə verdiyi ne`məti geri almayacağını zəmanət verməmişdir
Allah razi olsun deyerli xeber ucun

... Deryam ...

  • 29 sentyabr 2011 22:12
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH BİZLƏRİ ŞEYTAN ƏMƏLİNNƏN QORUSUN ...

--------------------

sevgi yalandir

  • 29 sentyabr 2011 20:25
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Zaurcik2011

  • 29 sentyabr 2011 20:24
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}

Günahkarlarla yaxınlıq, onların məclislərində iştirak etmək Allahın layiqli bəndələri ilə yaxınlığın yerini tutur. İnsan az-çox onun özü kimi olan insanlarla yoldaş olmaq istəyir. Bütün bunlar qəlbin bərkiməsi və zülmətə bürünməsinin nişanələridir.
ALLAH RAZI OLSUN

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 51

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 155
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 33
Cəmi: 34
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}