Özününümayiş və riyakarlıq

 
Özününümayiş və riyakarlıq

Özününümayiş və riyakarlıq

Bismilahir-rehmanir-rehim

Özününümayiş və riyakarlıq

İnsanın əməllərini dəyərdən salan bəlalardan biri onun özününümayiş etdirməsi və riyakarlığıdır. Riya dedikdə əməl zamanı başqa məqsəd güdmək nəzərdə tutulur.
Bu çirkin xüsusiyyət insanın fərdi və ictimai əməllərinə mənfi tə`sir göstərir, onları dəyərdən salır. Bu sifətin ziddi ixlasdır.

İxlas dedikdə saf və pak niyyət nəzərdə tutulur. Bə`zən insan ibadət edərkən Allahın razılığını yox, insanların rəğbətini qazanmaq barədə düşünür.

Belə bir hərəkət riyakarlıqdır. Riyakar insan daim çalışır ki, öz zahirini bəzəsin; o daim çalışır ki, vücudunda olmayan bir xasiyyəti qiyafəsi ilə nümayiş etdirsin.
Riyakar insan daxilən başqa olsa da, zahirdə özünü dindar və insanpərvər kimi göstərir.

Zahirin kafir goru tək bəzənmiş,
Daxilinə Allah qəzəbi enmiş.
Çöldə bəyənmirsən ol Bayazidi,
Oturtmusan içində şər Yəzidi.
Qəlbində olanlar fırıldaq, hiylə,
Allah üçün bir şey varınmı söylə? (Şeyx Bəhayi, “Kəşkül”)

Həqiqətən də, riyakar insanların zahiri kafirlərin qəbirləri tək zinətlidir. Amma həmin qəbirlərin içində Allah qəzəbindən başqa bir şey yoxdur.

Özününümayiş və riyakarlıq

Mə`sumların uyğun mövzudakı bə`zi buyuruqlarını nəzərdən keçirək:
a) İmam Əli (ə): “Əməlin paklığına və xalisliyinə diqqət onun özünü yerinə yetirməkdən çətindir.” (“Ğurərul-hikəm”, s. 155, say 2903)

b) İmam Sadiq (ə): “İstənilən bir riyakarlıq və özünü nümayiş Allaha qarşı şirkdir.” (“Biharul-ənvar”, c. 69, s. 281, hədis 3)

v) İmam Sadiq (ə): Peyğəmbərin (s) dilindən belə nəql edir: “Bəndənin əməlini mələklər yuxarı qaldırar. Mələk insanın yaxşı əməlinə görə sevinər.
Amma bu əməl Allahın hüzuruna çatdırılan vaxt Allah buyurar: “Bu əməli cəhənnəm oduna atın. Çünki bəndəm onu mənim razılığım üçün yerinə yetirməyib.” (“Vəsailuş-şiə”, c. 1, s. 71, hədis 3)

Riyakar insan əslində şirkə düçar olmuşdur və çoxlarına pərəstiş edir.
O öz əməllərini zahirən bəzəməklə ətrafdakıları aldadır ki, onlardan bir şey qoparsın. O Allahdan qeyrilərinin mükafat vermək gücündə olduğunu düşünür.
Bu səbəbdən də mə`sumlar vurğulayır ki, Allah bu qəbil insanları nəzərdə tutduqları şəxslərin yanına göndərər və “mükafatınızı onlardan alın” söyləyər.

Ey əzizlər, ey Allaha doğru hərəkət aşiqləri! Riyakarlıq bu yolda bitmiş tikan, maneədir. İnsan öz əməllərində ixlaslı olmaq üçün şeytani nəfs istəkləri ilə ciddi mübarizə aparmalıdır. Xalis niyyət sözlə başa çatmır.
Bir çox natiqlər ixlasdan dəm vurur, amma onların əməllərində söylədiklərinin zərrəcə təsdiqi tapılmır. Onlar öz zahirlərini o qədər bəzəyirlər ki, belə bir dəhşətli xəstəliyə düçar olduqları insanın ağlına da gəlmir.

Xalis niyyət və əməllərdə Allahın razılığının izlənilməsi hikmət və elmi insanın qəlbindən dilinə rəvan edir. Amma riyakarlıq və özünü nümayiş əməlləri puça çıxarır, riyakar fərdi insanların nəzərində alçaldır.

Özününümayiş və riyakarlıq


Geri dön

play girl

  • 1 oktyabr 2011 13:05
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
cox sag ol

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

ASMIYA

  • 30 sentyabr 2011 00:59
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
wassat


MINNETDARAM O, KADAR GOZEL, VACIP YAZI KI. SEVMIREM IKI UZLU INSANLARI, UZDE YAXSI, ARXASINI CONEN KIMI, AGIZ-BURUN EYEN INSANLARI. NIYE ELEDIRLER AXI, NOLUR DU SEMIMI OLSALARDI. INCITMESEK BIR-BIRIMIZI. recourse BIZ KI, MUSELMANIQ, BIZ KI, REBBIMIZI TANIYIRIQ. YAXSI OLMAQ INSAN EVLADINA HEC VAXT ZERER GETIRMEZ. EKSINE HUZURLU OLARIQ. ALLAHIMIZ BIZDEN RAZI OLAR BUNDAN DAHA GOZELI NE OLA BILER AXI. ONA GIDICEZ.

--------------------


FLY TIME

  • 29 sentyabr 2011 22:57
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
maraqlidir twk

MuCaHiD_313

  • 29 sentyabr 2011 22:49
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Allah Sizi Hifz Elesin

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

PEARL_GIRL

  • 29 sentyabr 2011 22:38
  • Məqalə: 14
  • Şərh: 227
  • Bal:
{awards}
АЛЛАХ РАЗИ ОлСУН!!!

--------------------
♥♥♥♥♥♥
mende status sahibi olmaq isterdim....arzulaaaar....hemde aktiv user statusuna....

Ay Üzlü

  • 29 sentyabr 2011 22:14
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

... Deryam ...

  • 29 sentyabr 2011 22:08
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH ÖZÜ KÖMƏK OLSUN HƏR BİRİMİZƏ .
ALLAH RAZİ OLSUN ...

--------------------

_favorit_arkadas

  • 29 sentyabr 2011 20:53
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
maraqlidir,tesekkurler

--------------------

sevgi yalandir

  • 29 sentyabr 2011 20:31
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk xebere gore cooox maraqli idi

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}