Bizə verilən fürsəti qənimət bilək

 
Bizə verilən fürsəti qənimət bilək

Bizə verilən fürsəti, xüsusilə də zaman və vaxt fürsətini qənimət bilək və düzgün qiymətləndirək. Ömrün fürsəti Həzrət Haqqın sifarişi, Peyğəmbərlərin (ə), İmamların (ə) və İlahi Övliyaların vəsiyyətidir. Bu fürsət ərzində pis əməllərimizi yaxşıya, çirkinlikləri gözəlliyə və zülməti də nura çevirə bilərik. Əgər bu fürsəti itirsək və əldən versək, Allah tərəfindən ölüm vaxtı gəlib çatarsa, tövbə üçün daha vaxt qalmaz və sonrakı peşmançılıq da fayda verməz.

O zaman ki, Təlhə, Cəməl döyüşündə Mərvan İbni Həkəmin oxu ilə yerə sərilir, belə deyir: “Qureyş böyüklərindən mənim kimi bədbəxtini görməmişəm”. Ancaq bu peşmançılıq o zaman gəlmişdi ki, artıq faydası yox idi. Ömrünün fürsətini əldən vermişdi. O, ilk müsəlmanlardan idi ki, Əmirəl-mömininə (ə) beyət etmişdi. Həzrət Əli (ə) onun qeyri-dini istəyini yerinə yetirmədiyi üçün və Müaviyənin təhriki ilə Həzrətlə (ə) əhdini pozur və dünya ilə axirətini zülmətə çevirir.

Bizə verilən fürsəti qənimət bilək

Fironun arvadı Asya isə fürsəti qənimət bildi, Allahın istəyini ərinin istəyindən üstün tutdu. Ona görə də Allahın rizayətini qazandı və əbədi səadətə çatdı. Həzrət Xədicə də (ə) fürsəti qənimət bilmişdi. Peyğəmbərin (s) yolunda fədakarlıq etmiş və dünya və axirət səadətinə çatmışdı. Peyğəmbərlə (s) ailə qurduğu üçün qohumları onunla rabitəni kəsmişdilər. Ancaq o, Allahla olan rabitəsini daha da möhkəmləndirdi və böyük bir feyzə nəsib oldu.

Hürr ibni Yezid az qalmış fürsəti qənimət bildi və qənimət xəzinəsindən öz payını götürdü. Bəli, əgər hər kəs qənimət xəzinəsindən bəhrələnsə, İlahi nur qəlbinə yol açar və onun əlindən tutar. Ona görə də demək olar ki, o hidayət nuru ki, Haqq yolunun yolçusunun qəlbini işıqlandırar, bütün hiss orqanlarını əlinə alar. Qulaq ancaq İlahi nəğmələri eşidər, dil ancaq Allah kəlamını söyləyər. Dad bilmə orqanı ancaq halal qida ilə qidalanar. Göz ancaq halallara baxar. Arifin baxışı fiziki görmədən əvvəl batini hidayət nurundan güc alar və həmin nurun vasitəsilə ilk növbədə Xaliqin varlığından asılı olan varlıq aləminin əzəmətini görər, sonra isə fiziki gözü ilə onları dərk edər.

Bizə verilən fürsəti qənimət bilək

Haqq yolunun yolçusu həyata başqa insanlar kimi baxmaz. Onlar həyatda ləzzət axtarmaz və hədəfləri də bu deyildir. Onlar həyata İlahi hədəflərə çatmaq yolunda bir vasitə kimi baxarlar. Bizə verilmiş bu məhdud zamanı dəyərli qiymətləndirib, bir an belə Allahdan qafil olmazlar.

Görəsən agah olan bir insan öz varlığının əhəmiyyətindən qafil halda necə yaşaya bilər? Özündən qafil olmağın mənası bir tərəfdən həmin qədər şəxsiyyətin alçalmasına bərabərdir.

P.S Yaziya Gore Məşhədi Xanım,baciya oz tewekkurumu bildirirem

Bizə verilən fürsəti qənimət bilək


Geri dön

play girl

  • 1 oktyabr 2011 12:19
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:

Görəsən agah olan bir insan öz varlığının əhəmiyyətindən qafil halda necə yaşaya bilər? Özündən qafil olmağın mənası bir tərəfdən həmin qədər şəxsiyyətin alçalmasına bərabərdir.

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

PELIN_ATABAY

  • 1 oktyabr 2011 09:28
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
hepsini okudum allah razi olsun

--------------------

sevgi yalandir

  • 30 sentyabr 2011 16:41
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Görəsən agah olan bir insan öz varlığının əhəmiyyətindən qafil halda necə yaşaya bilər? Özündən qafil olmağın mənası bir tərəfdən həmin qədər şəxsiyyətin alçalmasına bərabərdir.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 59
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}