Məsumeyi-Qum fenomeni

 
Məsumeyi-Qum fenomeni

Zilqədə ayının biri, yəni həzrət Fatimeyi-Məsumənin (s.ə.) təvəllüdü günü kəramət günlərindən biridir. İslam aləminin böyük alimlərindən olan Ayətullah Cəfər Sübhani həm İmam Kazimin (ə) qızı xanım Fatimeyi-Məsumənin (s.ə.), həm də səkkizinci imam Həzrət Rzanın (ə) mövlud günlərini “kəramət günləri” adlandıraraq, bu islami bayramların daha coşğulu bir şəkildə reallaşmasını vurğulayıb. O, “kəramət günləri” adlı tədbirlərin geniş qeyd edilməsini zəruri sayıb.

Xanım Fatimeyi-Məsumənin şəxsiyyəti, onun müqəddəs Qum şəhəri ilə əlaqəsi barədə çoxumuzun yetərli məlumatı yoxdur.

Həzrət Məsumə hicri-qəməri tarixilə 173-cü ildə müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam Musa ibn Cəfər (ə), anası Nəcmə xatun, qardaşı imam Rza (ə) olmuşdur. Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı imam Rza (ə) onu öz himayəsi altına almışdır. Məmun Abbasinin təkid və təzyiqlərindən sonra İmam Rza (ə) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytdən heç bir kəs olmayan halda Xorasana getmişdir.

Məsumeyi-Qum fenomeni

Qardaşının hicrətindən bir il keçdikdən sonra İmam Rzanı (ə) görmək şövqündə olan həzrət Məsumə bir dəstə mömin ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi. Həzrət Məsumə (s.ə.) də böyük bibisi xanım Zeynəb (ə) kimi qardaşının məzlumiyyəti və qürbətini insanlara çatdırır, həmçinin onlara özü və Əhli-beytin bəni-Abbasın zalım hakimiyyətinə qarşı olan müxalifətini bəyan edirdi. Həzrət Məsumənin məqsədi Xorasana getmək idi. Lakin karvan Savə şəhərinə çatdıqda hökumət məmurlarının himayə etdiyi bir dəstə Əhli- beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar. Nəticədə təxminən karvanın bütün kişiləri şəhid oldu, həzrət Məsumə (s.ə.) isə zəhərləndi.

Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməyə imkansız olub Qum şəhərinə tərəf yola düşdü. Xanım buyurdu: ”Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, buyururdu: ”Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir”. Burada İmam Sadiqin (ə) bu hədisi yada düşür: ”Qum kiçik Kufədir. Behiştin 8 qapısı var, onlardan üçü Qumdadır. O şəhərdə övladlarımdan bir qadın dünyadan köçəcək. Onun şəfaəti ilə bütün tərəfdarlarım behiştə daxil olacaqdır”. Bəli, o həzrət 17 gün müddətində bu şəhərdə yaşadıqdan sonra qardaşı imam Rzanı (ə) görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib Əhli-beyt aşiqlərini matəmə qərq etdi.

Məsumeyi-Qum fenomeni

Bir maraqlı fakt bundan ibarətdir ki, o Həzrəti kimin dəfn etməsi zamanı çətinlik yaranır və bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sürətlə onlara yaxınlaşır. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə Həzrətin (s.ə.) pak nəşini qaldıraraq ona verdi. O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar. O iki nəfər Allahın höccəti sayılan İmam Rza (ə) və imam Cavad (ə) olur. Çünki məsum insan məsum şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, xanım Fatiməni (ə) Əmirəl möminin, Həzrət Məryəmi (ə) İsa (ə) (bu siyahını davam etdirmək olar) şəxsən dəfn etmişdir.

Həzrət Məsumənin (s.ə) qəbri üzərində imam Cavadın (ə) qızı Zeynəb (ə) ilk dəfə olaraq günbəz tikdirdi. Hal-hazırda xanım Məsumənin (ə) mübarək məzarı Əhli-beyt ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgah və şəfa yerinə çevrilib.

Mütəal Allah bizə Peyğəmbər və onun Əhli-beytinin bu dünyada ziyarətini, axirətdə şəfaətini nəsib etsin, inşaallah.

Məsumeyi-Qum fenomeni


Geri dön

play girl

  • 1 oktyabr 2011 12:38
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:

Həzrət Məsumənin (s.ə) qəbri üzərində imam Cavadın (ə) qızı Zeynəb (ə) ilk dəfə olaraq günbəz tikdirdi. Hal-hazırda xanım Məsumənin (ə) mübarək məzarı Əhli-beyt ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgah və şəfa yerinə çevrilib.

Mütəal Allah bizə Peyğəmbər və onun Əhli-beytinin bu dünyada ziyarətini, axirətdə şəfaətini nəsib etsin, inşaallah.

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

... Deryam ...

  • 30 sentyabr 2011 15:55
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
İNŞALLAH BİZLƏRƏ DƏ ÖMRÜMÜZDƏ BİR DƏFƏ MÜQƏDDƏS YERLƏRİ ZİYARƏT ETMƏK QİSMƏT OLAR ...
ALLAH RAZI OLSUN .....

--------------------

Мой Мир

  • 30 sentyabr 2011 13:20
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ilk serh menden

allah razi olsun seymur senden

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}