Sürücünün iştirakı olmadan avtomobilləri avtomatik idarə edən sistemləri işləyib hazırlayan Volkswagen və Google şirkətlərinə indi BMW də qoşulub. 5-Series sedan bazasında olan Bavariya pilotsuz avtomobili A9 Münhen-Nürnberq trasında sınaqdan keçir. Avtomobil artıq 5 000 km yol qət edib- o marşrut üzrə müstəqil hərəkət edə, dayana, sürət götürə, digər maşınları ötə və park edə bilir.BMW avtopilotunun texniki avadanlıqları avtomobilin hər tərəfində quraşdırılmış videokameralardan, radar və bir neçə məlumtvericidən ibarətdir. Gediləcək marşrutun trayektoriyasını müəyyən etmək üçün rəqəmli xəritəsi olan GPS sistemindən və yol xəttini izləyən kamera sistemindən istifadə edilir. Avtomobilin qarşısındakı (həmçinin arxa və yanlardakı) obyektlər Stop&Go funksiyalı aktiv kruiz-kontrolun radarları və həmçinin əlavə lazer skanerin köməyi ilə aşkar edilir.