Hacı İlqar cümə söhbətləri

 
Hacı İlqar cümə söhbətləri

Aləmlərə örnək olaraq göndərilmiş əziz İslam Peyğəmbəri (ə) insanlıq üçün, bəşəriyyət üçün böyük dəyərlər toplusu çatdırıb. Əziz Peyğəmbərin bizlərə çatdırdığı iki böyük töhvə isə - iman və vəhdətdir. Bunların hər ikisi İslam dini gələndən indiyə qədər birgə tutulduğu zaman inkişaf olub. Bunların heç biri digərindən ayrı ola bilməz.

İSLAM DİNİNİN ANA SÜTUNU - İTTİHAD

İnsanlar arasından birlik - İslam dininin ana sütunlarından biri hesab olunur. Amma bu vəhdət əyintilər, təhrifatlar atrafında ol bilməz. Belə “vəhdət”lər – zülm ətrafında birləşmələr hər zaman bəşəriyyətin reqressinə gətirib, insanlığı tənəzzül girdabına dartıb. Bu ittihad və birlik əslində saf əqidəli insanların birliyi olmalıdır. İnsanlar İslam dinini qəbul edərək müsəlman olmaqla öz əqidələrini saflaşdırırlar. İnsanın yaradılışında ən uca məqsəd - onun kamala çatıb Allahın layiqli bəndəsi olmaqdır. Bu mənada biz görürük ki, tarix boyu alimlərimiz, Peyğəmbər (s) və Əhli-beytin (ə) layiqli davamçısı kimi olub, daim insanları imanı və ittihadı birgə yaşatmağa dəvət etmişdirlər.

ŞEYTAN (lən) ƏQİDƏ SAHİBİ OLANLARA İKİ TƏRƏFDƏN HÜCUM EDƏR

Şeytanın (lən) bizim zahiri ibadətlərimiz, yalnız cümə günlərində məscidə getməyimiz, vaxt tapandan-tapana bir neçə dəqiqəlik alnımızı səcdəyə qoymaqla heç bir işi yoxdur. Şeytan (lən) həqiqi namazdan, həqiqi azandan qorxur. Şeytanın (lən) ən çox qorxduğu isə, həqiqi islam və saf əqidəli insanların bir yerdə yığılaraq vəhdətdə olmasıdır. Tarix boyu belə olub və indi də iblisin və iblissifətlərin əl atdığı iki mühüm şey var – insanların əqidəsi və insanların birliyi. Əqidəni sarsıtmaq, surroqat “dəyərlər”i insanlara sırıyaraq, onların əqidəli olmasını əngəlləmək, əqidəli insanları gülüş hədəfinə çevirməyə qədər təxribatlara əl atmaq, ucuz, bayağı mühitlər yaratmaqla insanları primitiv durumlara salmaq – bütün bunlar əqidəyə və vəhdətə qarşı işlədilən “arsenal”ın yalnız bir hissəsidir. İblis və iblissifətlər əqidə sahibi olanlara bu iki tərəfdən hücum edər. İndiyə qədər çalışılıb ki, inanclıların dini yalnız zahirdə qalsın, onların əqidələri isə real olaraq aradan aparılsın. İkinci bir tərəfdən isə, çalışılıb ki, insanlar mümkün qədər birlikdə, vəhdətdə olmasın.

HƏZRƏT PEYĞƏMBƏRİN (s) İNSANLAR ÜÇÜN GÖNDƏRİLMƏSİNDƏ BİR ÖRNƏK

Peyğəmbərimizin (s) gəlişi və bütün fəaliyyəti vəhdət üçün böyük nümunədir. Əziz Rəsul (s) öz gəlişi ilə parça-parça bölünmüş, qəbilələrə ayrılmış insanları bir həqiqət ətrafında birləşdirə bildi. O həqiqətin adı İslam idi. Bütün qəbilələr, tayfalar bir yerə yığılaraq tək olan Allaha və onun Rəsuluna (s) şəhadət verdi. İslam onları vəhdətə gətirdi.

İllər keçdi, müsəlmanlar bu inkişafı əldən verdilər. Səbəb isə, həqiqi İslamdan uzaqlaşmaları idi. İnsanlar İslamı qoyub başqa dəyərlərin dalıyca getməyə, Allaha təvəkkül etməyərək öz nəfslərinə bütpərəslik etməyə, Allahın məsləhətini yox, öz nəfslərinin məsləhətlərinə uymağa başladılar. Bir gün müsəlmanlar ayıldılar ki, Peyğəmbər (s) və Əhli-beytin (ə) irs qoyduğu İslamdan qeyri-müsəlmanlar onlardan daha yaxşı istifadə etməyə başlayıb. Nəticə etibarilə intibah dövründən sonra müsəlmanlar ağır bir xəstəliyə tutuldular. Bu xəstəliyin ağır bir vəziyyətində Cəmaləddin Əsədəbadi adlı bir şəxsiyyət meydana çıxır.

XƏSTƏ İNSANLARIN SAĞALMASI ÜÇÜN YAZILAN DƏRMAN

Onun haralı olması haqqında böyük mübahisələr var. Müxtəlif tarixçilər onun vətəni barədə müxtəlif bilgilər verir. Seyyid Cəmaləddin Əsədəbadi Osmanlıda türkcə elə danışırdı ki, hamı elə bilirdi ki, o elə həmin yerlərdəndir. Rus imperatorluğunda rusca elə gözəl danışırdı ki, elə bilirdilər ki, elə Moskva ətrafında dünyaya gəlib. Misirə gedərkən ərəbcə elə gözəl danışırdı ki, elə bilirdilər ki, onun əsli-kökü ərəblərə bağlıdır. Bir çamadanı ilə dünyanın müxtəlif ölkələrinə gedir, həmin ölkələrdən çıxarılanda isə çamadanını götürərək o ölkəni tərk edirdi. Seyyid Cəmaləddin o dövrün həkimi idi. Böyük alim bə müctəhid olan Əsədəbadi görür ki, müsəlmanlar belə yaşaya bilməz. O zaman müsəlmanların sağalması üçün iki dərman yazdı – İslam və ittihad. Müsəlmanların dərmanı İslama qayıtmaq və bu bayraq altında vəhdətdə olmaq idi.

HƏQİQİ İSLAMI İMAMLAR (ə) NECƏ TANIDIR?

Həqiqi İslam dininin nə olduğunu anlamaq üçün İslam mətnlərinə nəzər salmaq gərəkir. Baxmaq lazımdır ki, Peyğəmbər (s) və Əhli-beyt (ə) bizə həqiqi İslamı necə çatdırır. Əbu Carud deyir: “Bir gün İmam Baqirə (ə) ərz etdim: “Ey Rəsulallahın (s) övladı, siz mənim sizə qarşı olan sevgimi və qəlbimin sizə olan məhəbbətini, bağlılığını və sizin ardıcılınız olduğumu yəgin ki, bilirsiz”. İmam (ə) “bəli” deyə cavab verir. Əbu Carud deyir: “Mənim sizə bir sualım var və sizdən xahişim də budur ki, sualıma cavab verəsiniz. Çün gözüm kordur, gözüm kor olduğundan yol gedə bilmirəm və sizin mübarək hüzurunuza həmişə gəlmək mənə qismət olmur”. İmam (ə) buyurur: “İstəyin nədir?”. Əbu Carud deyir: “O din ki, onun əsasında siz və sizin ardıcıllarınız Allaha pərəstiş edirlər, mənə buyurun ki, necədir? Öz növbəsində mən Əbu Carud da onun əsasında Allaha ibadət edim”. İmam (ə) buyurur: “Mətləbi çox qısa çatdırdın. Amma bununla belə mühüm və çox böyük məsələ qaldırdın. And olsun Allaha, o dini ki, onunla özüm və atalarım dindarlıq edirik, sənə deyirəm. İslam ibarətdir birinci, Allahı təkliyinə və tayı-bərabəri olmadığına şəhadət verməkdən. İkinci, Peyğəmbərin (s) bizlərə gətirdiyi risalətə şəhadət vermək. Üçüncü, bizim haqq bildiyimiz vəlilərin rəhbərlik və imamətinə şəhadət vermək və onların düşmənləri ilə düşmənçilik etmək. Dördüncü, bizim əmrlərimizə itaət etmək. Beşinci bizim Qaimimizin (ə.f) intizarında olmaq. Altıncı, vacibatların yerinə yetirilməsində və haramların tərkində səy göstərmək və diqqətli olmaq”.

İSLAMI YAŞAMAQ ÜÇÜN ALTI MÜHÜM ŞƏRT

Əziz İmamımız (ə) həqiqi İslamı tanımaq üçün bizə altı izahat verir. İslam haqqında müxtəlif kitablar müxtəlif qeydlər verə bilər, müxtəlif tərcümələrdə səhvlərə yol verilə bilər. Amma, ən mühüm olanı İslamı İmamın (ə) tanıtdırdığı kimi tanımaqdır. Yuxarıdakı hədisdə görürük ki, səhabələrindən biri İmamdan (ə) böyük əxlaq göstərərək çox dəyərli bir sual soruşur. İmamın (ə) özünün də buyurduğu kimi, böyük bəlağət göstərərərək çox qısa bir sual ilə dərin mətləblərə toxunur. Bundan sonra İmam (ə) öz səhabəsinə, əslində isə elə bizlərə həqiqi İslamı anlatmağa başlayır. İslamın ilk şərti Allahın təkliyinə və tayı-bərabəri olmadığına şəhadət verməkdir. İnanclılar hər gün namazlarında bunu təkrar edir. İslamın ikinci şərti - müxtəli xurafatları, qoşmaları kənarə qoyaraq, yalnız Peyğəmbərin (s) risalətinə şəhadət verməkdir. Üçüncü şərt, vəlilərin rəhbərlik və imamətinə şəhadət verməkdir. Lakin, yalnız şəhadət verməklə kifayətlənmir. Eyni zamanda onların düşmənləri ilə düşmənçilik etmək də zəruri şərtdir. Dördüncü şərt çox mühümdür. Belə ki, əgər dini bizə Peyğəmbər (ə) və Əhli-beyt (ə) tanıtdırırsa, bu zaman onların əmrlərinə itaət etməliyik, yalnız onların buyurduqlarını həyata keçirməliyik. İnsan müəyyən bir işi icra edən zaman gərək nəzər salsın ki, həmin iş onların buyurduqlarına uyğun gəlir, ya gəlmir. Beşinci ən mühüm şərt - Qaimin (ə.f.), İmam Sahib-əz-Zamanın zühurunun intizarı ilə yaşamaqdır. Altıncı şərt isə, bütün əməllərimizi tənzimləmək üçün ümumi qaydadır. Gərək vacibatların yerinə yetirilməsində və haramlardan çəkinməkdə səy göstərək və diqqətli olaq.

ƏHLİ-BEYTİN (ə) İSLAMDA OLANLARA TÖVSİYƏSİ

Həqiqi İslam dinini tanımaq üçün digər bir mübarək hədisə də toxunaq. Günlərin birində Əmir İbni Huveys gəlir İmam Sadiqin (ə) yanına. O vaxt Həzrət (ə) qardaşı Abdullahgildə idi. Deyir İmamdan (ə) soruşdum: “Nə səbəbə bura gəlmisiniz?”. İmam (ə) deyir: “İstirahət üçün”. Əmir ibni Huveys deyir: “Qurban olum sənə, dinimi sizə bəyan edimmi?”. İmam (ə) buyurur: “Buyur, bəyan et”. Əmir deyir: “Mən Allaha pərəstiş edirəm və dinimi bu dediklərim üzərində qərar vermişəm. Birinci, vahid Allahdan başqa məbud olmamasına şəhadət. İkinci, Peyğəmbərin (s) Allahın bəndəsi və elçisi olmasına şəhadət. Üçüncü, Qiyamət mütləq baş verəcək və onun olmasında zərrə qədər də şəkk yoxdur. Allah Təala da insanları öz qəbirlərindən qaldıracaq. Dördüncü və beşinci – namaz qılmaq və zəkat vermək. Altıncı və yeddinci – Ramazan ayının orucunu yerinə yetirmə və Allah evinin həcci. Səkkizinci, İmam Baqirin (ə) imamətini və ondan sonra sizin imamətinizi qəbul etmək. Siz mənim İmamlarımsınız (ə) və mən bu dini bu əsasla yaşamaq və ölmək istəyirəm”. İmam (ə) deyir: “Ey Əmir, and olsun Allaha, mənim və atalarımın gizlində və aşkarda onun əsasında dindarlıq etdiyi din - elə bu dindir”. Bunları dedikdən sonra Əmirə bir neçə məsləhət verir. İmam (ə) buyurur: “Birinci sözüm budur ki, təqvalı ol. İkinci, dilini yaxşı sözdən qeyrisindan qoru. Üçüncüsü, demə ki, öz tərəfimdən hidayət olmuşam. Doğrusu budur ki, Allah səni hidayət edib. Bəs Allaha nemətləri müqabilində şükür et. O kəslərdən olma ki, br yerdə olanda sən danlanasan, olmayanda da qeybətini edələr. İnsanları öz üzərinə müsəllək etmə. Çün əgər bu cür etsən, çiyninin sümükləri sınmağa yaxın olar”.

İNSANA ƏN BÖYÜK TÖVSİYYƏ - TƏQVA

Göstərilən hədisdən bir sıra incə məqamlar ortalığa çıxır. Öncəki hədisdə İmam (ə) öz dili ilə İslamı tanıdırdı. Bu hədisdə isə səhabə həqiqin İslamı necə dərk etdiyini İmama (ə) çatdırır və ondan bununla bağlı rəyini soruşur. Bundan sonra səhabə bir-bir İslamı necə yaşadığını çatdırır. Bunları çatdırdıqdan sonra Həzrət (ə) ona öz rəyini bildirir. Bildirməzdən sonra Allaha and içir. Bunun səbəbi o idi ki, İmam (ə) məsələnin nə qədər dəqiq olmasını çatdırmaq istəyirdi. İmam (ə) səhabənin saydıqlarının elə həqiqi İslam olduğunu təsdiqləyir və ona bir neçə məsləhət verir. Məsləhətin birincisi – təqvadır. Yəni, Allahın istədiyi şeyləri danış, Allahın istəmədiyi şeyləri danışma, haramlara baxma və s. İkinci məsləhət – dili yaxşı sözlərdən qeyrisindən qorumaqdır. İnsanın əsas problemləri dildən başlayır. Üçüncü məsləhət - özünü öyünməkdən, özünün hidayət olmasını izhar etməkdən qorunmaqdır. İnsanı hidayət edən, düz yola yönəldən Allahdır. Eyni zamanda, Həzrət (ə) şükür etməyi tövsiyə edir.

İMANLA İSLAM ARASINDA FƏRQ NƏDƏDİR?

Həqiqi İslamın nə olduğunu bilmək üçün gərək onun imanla münasibətinə nəzər salaq. Bir kişi İmam Sadiqdən (ə) soruşur: “İslam nədir, iman nədir? Bu ikisinin fərqi nədədir?”. İmam Sadiq (ə) onun sualına cavab vermir. O bir də soruşur, amma İmam Sadiq (ə) yenə də cavab vermir. Bir gün o kişi küçə yollarından birində İmam Sadiqlə (ə) görüşür. O kişinin Mədinədən getmək vaxtı yaxınlaşırdı. İmam Sadiq (ə) ona deyir: “Deyəsən köçməyinin vaxtı yaxınlaşıb. Evdə gəl bir mənimlə görüşək”. O kişi İmam Sadiqin (ə) evinə gedir və Həzrətdən (ə) soruşur: “İslam nədir, iman nədir? İslamla imanın arasında fərq nədir?”. İmam Sadiq (ə) buyurur: “İslam – müsəlmanın həmin zahirdəki sifətləridir. Yəni, həmin tovhidə və Peyğəmbərin (s) Allahın bəndə və elçisi olmasına şəhadət. Namaz qılmaq, zəkat vermək, həcci yerinə yetirmək və Ramazan ayında oruc tutmaq. İman – imamətin tanınmasıdır. Bu səbəbdən əgər bir kəs iqrar edə, amma imaməti tanımaya, müsəlmandır, amma yolunu azmış müsəlmandır”.

Allahım, bizləri həqiqi İslamı yaşayanlardan qərar ver! Allahım, bizləi həqiqi dəyərlər altında vəhdətdə olanlardan et! Allahım, bizləri İslamdan və imandan ayırma! Amin!


Geri dön

play girl

  • 1 oktyabr 2011 12:16
  • Məqalə: 11
  • Şərh: 697
  • Bal:
xebere gore sag ol

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

PELIN_ATABAY

  • 1 oktyabr 2011 09:25
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
allah razi olsun

--------------------

SeL_cAn

  • 30 sentyabr 2011 18:00
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}
İnsanı hidayət edən, düz yola yönəldən Allahdır.

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Musique Sage

  • 30 sentyabr 2011 16:58
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
Alllah hamiyaya agili guc versin ammma hami o agli duzgun yol ugrunda isletsin

PEARL_GIRL

  • 30 sentyabr 2011 16:45
  • Məqalə: 14
  • Şərh: 226
  • Bal:
{awards}
Allah yardimciniz olsun!!

--------------------
♥♥♥♥♥♥
mende status sahibi olmaq isterdim....arzulaaaar....hemde aktiv user statusuna....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 69

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 4
 
 
{slinks}