Ağıl

 
Ağıl

Ağıl

Bismillahir-rehmanir-rehim

1316. Ağıl.
Quran:
«Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər.» (Bəqərə, ayə269)

«Onlar «əgər biz qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq» deyəcəklər.» (Mülk, ayə10)

Hədis:
4363. Allahın Peyğəmbəri (s): «İnsanın mayası ağıldır və ağlı olmayanın dini də yoxdur.» (Rovzətul-Vaızin, səh. 9)

4364. İmam Əli (ə): «Allah-taala bir gün onun vasitəsilə xilas etdiklərindən qeyri heç kimə ağıl vermədi.» (Nəhcül-Bəlağə, hikmət 407)

4365. İmam Əli (ə): «Ağıl ən möhkəm dayaqdır.» (Ğurərul-Hikəm, hədis 475)

4366. İmam Əli (ə): «Ağıl çirkin işlərdən uzaqlaşdırar və yaxşı işlərə əmr edər.» (Ğurərul-Hikəm, hədis1250)

4367. İmam Əli (ə): «Ağıl hər işi sahmana salandır.» (Ğurərul-Hikəm, hədis404)

4368. İmam Əli (ə): «Ağıl insanı «İlliyun» (Yeddinci göyün adı, bəndələrin saleh əməllərinin toplandığı yer) a doğru yüksəldər.» (Ğurərul-Hikəm, hədis1325)

4369. İmam Əli (ə): «Ağıl haqqın carçısıdır.» (Ğurərul-Hikəm, hədis272)

4370. İmam Əli (ə): «Ən yaxşı qüdrət ağıllı olmaqdır.» (Nəhcül-Bəlağə, hikmət38)

4371. İmam Əli (ə): «Ağıl möminin səmimi dostudur.» (Tuhəful-Uqul , səh.203)

4372. İmam Baqir (ə): «Ağılsızlıq kimi müsibət yoxdur.» (Tuhəful-Uqul , səh.286)

4373. İmam Sadiq (ə): «Böyük Allah ağılı yaratdı. Ağıl, Allahın ərşinin sağ tərəfindən öz nurundan yaratdığı ilk mənəvi varlıqdır.» (əl-Xisal, səh.579, hədis13)

4374. İmam Sadiq (ə): «Allah-taala ağlı dörd şeydən: bilik, bacarıq, nur və işə istək və iradədən yaratmışdır. Sonra onu biliklə möhkəmləndirib göylərdə əbədi etmişdir.» (əl-İxtisas , səh.244)

4375. İmam Sadiq (ə): «Heç bir sərvət ağıllı olmaq qədər bərəkətli deyil və heç bir yoxsulluq ağılsızlıq qədər alçaq deyil.» (əl-Kafi, c.1, səh.29,hədis34)

4376. İmam Sadiq (ə): «Heç bir mal ağıldan daha faydalı deyil.» (əl-İxtisas , səh.246)

4377. İmam Sadiq (ə): «Ağıl möminin yol göstərənidir.» (əl-Kafi, c.1, səh.25,hədis24)

4378. İmam Kazim (ə) (Heşam ibn Həkəmə tövsiyəsindən): «Ey Heşam! Bəndələr arasında ağıldan üstün heç nə bölünməmişdir.
Ağıl sahibinin yuxusu nadanın gecə sübhədək ibadətindən yaxşıdır. Allah yalnız ağıl sahiblərini peyğəmbər seçmişdir ki, ağılı bütün səy göstərənlərin səyindən daha yüksək olsun.
Bəndə də Allahdan öyrəndiyi (onu başa düşdüyü və itaətinin zəruriliyini anladığı) Allahın vacibatlarından heç birini kənara qoymaz.» (Tuhəful-Uqul, səh.397)

4379. İmam Rza (ə): «Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.» (əl-Kafi, c.1, səh.11,hədis4)

Ağıl

1317. Cəza və mükafat verilməsində ağılın rolu.
4380. Allahın Peyğəmbəri (s) (Bir kişidən danışan dəstəyə xitabən):– «Həmin kişinin ağlı nə yerdədir?» Ərz etdilər: «Ey Allahın Peyğəmbəri.
Biz onun ibadətdə və yaxşı işlərdə çalışqanlığı barədə danışırıq, sənsə bizdən onun ağlı barədə soruşursan?»
Həzrət buyurdu: «Doğrudan da ağılsız insan öz ağılsızlığı ilə pis adamın çirkin əməllərindən də pis iş görər.
Sabah, qiyamət günündə bəndələr öz ağıllarının səviyyəsinə görə dərəcələrə nail olub Allahlarına yaxın məqama çatarlar.» (Məcməul-Bəyan, c.1, səh.478)

4381. Allahın Peyğəmbəri (s): «Xeyir və yaxşılıq tamamilə ağılla qazanılır və ağlı olmayanın dini də olmaz.» (Tuhəful-Uqul, səh.54)

4382. İmam Həsən (ə): «Hər iki sarayı qazandıran ağıldır. Hər kim ağıldan məhrum olsa, hər iki saraydan məhrum qalar.» (Kəşful-Ğummə, c.2, səh.197)

4383. İmam Baqir (ə): «Allah-taala ağlı yaratdıqda ona buyurdu: «Üzünü tut» və o üzünü tutdu.
Sonra buyurdu: «Geri dön» və o da geri döndü. Onda buyurdu: «İzzət və cəlalıma and olsun ki, mən səndən yaxşı məxluq yaratmamışam»(Bunun nəqlində deyilir: «Səndən daha əziz» Başqa bir nəqldə deyilir: «Mənim üçün səndən daha istəkli.»
Nəqldə deyilir: «Mənimçin sənin qədər əziz olan heç bir məxluq yaratmamışam.» Başqa bir nəqldə göstərilir: «Elə bir varlıq yaratmamışam ki, səndən daha yaxşı, mənə daha itaətcil, səndən uca, səndən şərafətli və səndən daha əziz olsun.»
Nəqldə deyilir: «Sonra, Allah-taala buyurdu: «Səni əzəmətli bir məxluq yaratdım və bütün yaratdıqlarımdan üstün etdim.
Digər nəqldə deyilir: «Səndən daha əzəmətli və daha ibadətcil varlıq yaratmadım.»)Sənə əmr edirəm və sənə qadağan edirəm. (əmr və qadağa subyektim məhz sənsən). Səni mükafatlandırıram və sənə cəza verirəm.» (əl-Kafi, c.1, səh.26, hədis26)

4384. İmam Baqir (ə): «Musaya (ə) vəhy edilənlərdən biri də bu idi: Mən bəndələrimi, onlara verdiyim ağlın dərəcəsinə uyğun olaraq sorğu-sual edəcəyəm.» (əl-Məhasin,c.1, səh.308, hədis608)

4385. İmam Baqir (ə): «Kitabda (İmam Əlinin (ə) kitabı nəzərdə tutu-lur) oxudum ki, hər kimsənin dəyəri onun biliyi qədərdir. Həqiqətən, Allah-taala camaatı, dünyada onlara verdiyi ağıl və dərrakəyə uyğun olaraq sorğu-sual edəcəkdir.» (Məani-Əxbar,c.1, səh.2)

4386. İmam Kazim (ə): «Hər kim malı sərvəti olmadan qüdrət sahibi olmaq, ürəyinin paxıllıqdan rahatlığını və sağlam dinə sahib olmaq istəyirsə, yalvararaq Allahdan ağlının kamilləşdirməsini diləməlidir.» (əl-Kafi, c.1, səh.18, hədis12)

Ağıl

1318. Ağlın hüccəti.
4387. İmam Kazim (ə): «Allahın insanlar üçün iki hüccəti var: xarici və daxili hüccət. Xarici hüccət elçilər, peyğəmbərlər və imamlar (ə), daxili hüccət isə ağıldır.» (əl-Kafi, c.1, səh.16, hədis12

4388. İmam Kazim (ə) (Heşam ibn Həkəmə tövsiyyəsindən):–«Allah-taala öz peyğəmbərləri və rəsullarını yalnız ona görə bəndələrinə doğru göndərdi ki, onlar Allahdan öyrənsinlər.
Deməli, onlardan biliyi daha yaxşı olan dəvəti daha tez qəbul edər.
Allahın işlərində ən bilikliləri ağlı daha yaxşı olanlardır. Ağlı daha kamil olan, dünya və axirətdə daha yüksək məqamda olar.» (əl-Kafi, c.1, səh.16, hədis12)

1319. Ağlın təfsiri.
4389. Allahın Peyğəmbəri (s): «Həqiqətən də, ağıl nadanlığın dizlərinin buxovudur. Nəfs isə ən şər-xəta heyvandır ki, ayağı bağlanmasa azğınlaşar.» (Tuhəful-Uqul, səh.15)

4390. Allahın Peyğəmbəri (s): «Ağıl, Allahın insan üçün yaratdığı bir nurdur. Onu qəlbin işıqlandırıcısı etdi ki, insan onun vasitəsilə görünənlərlə görünməyənlərin fərqini ayırd etsin.» (Əvali Lali, c.1, səh. 248, hədis 4)

4391. İmam Əli (ə): «Ağıl odur ki, sözünü bilib danışasan və dediyinə əməl edəsən.» (Ğurərul-Hikəm, hədis 2141)

4392. İmam Əli (ə): «Ağıl təcrübələri qoruyub saxlamaqdır. Sənin ən yaxşı təcrübən isə ondan öyüd götürdüyündür.» (Nəhcül-Bəlağə, məktub31)

4393. İmam Əli (ə): «Ağıl iki növdür: təbii (və zati) ağıl və təcrübi ağıl. Onların hər ikisi xeyirlidir.» (Mətalibus- Suul , səh. 49)

4394. İmam Həsən (ə) («Ağıl nədir?» sualına verdiyi cavabdan):–«Fürsət qazanana qədər qəm-qüssə camını qurtum-qurtum içmək.» (Məanil- Əxbar, , səh. 240 , hədis 1)

4395. İmam Həsən (ə)–(əziz atasının «Ağıl nədir?» sualına cavabından):– «Ürəyinin ona tapşırdığını saxlamasıdır.» (Məanil- Əxbar, , səh. 401, hədis 62)

Ağıl

1320. Ağıllı insanın xüsusiyyətləri.
4396. Allahın Peyğəmbəri (s): «Ağıllı insanın xüsusiyyəti budur ki, nadanın ona qarşı cahilyana rəftarına səbr etsin, ona zülm edəni bağışlasın, kasıbların müqabilində təvazökar olsun, özündən yuxarı olanı yaxşılıqda ötüb keçsin, söz demək istədikdə düşünsün, demək istədiyi yaxşı olarsa desin və faydalansın. Əgər pis olsa, sussun və salamat qalsın.
Fitnə ilə qarşılaşdıqda Allaha sığınsın və əlini, dilini saxlasın. Fəzilət gördükdə onu qənimət sansın, abır-həya ondan ayrılmasın, tamahkarlıq ona yaxın düşməsin.
Bunlar ağıllı insanları tanıtdıran on xüsusiyyətdir.» (Tuhəful-Uqul, səh.28)

4397. Allahın Peyğəmbəri (s): «İnsanların ən ağıllısı, onların camaatla ən mülayim olanıdır.» (Əmali-Səduq , səh.28 , hədis 4)

4398. İmam Əli (ə): «Ağıllı insanın sinəsi, sirr xəzinəsidir.» (Nəhcül-Bəlağə, hikmət 6)

4399. İmam Əli (ə) («Ağıllı insan kimdir?» sualına cavabından):–«Ağıllı odur ki, hər şeyi öz yerində işlətsin.» Ərz olundu: «Nadanı bizə təsvir et» Buyurdu: «Təsvir etdim.» (Nəhcül-Bəlağə, hikmət 235)

4400. İmam Sadiq (ə): «Ağıllı bir deşikdən iki dəfə sancılmaz.» (əl-İxtisas, səh.245)

4401. İmam Sadiq (ə) («Ağıl nədir?» sualına cavabından):–«Ağıl odur ki, onun vasitəsilə rəhimli Allaha ibadət olunsun və cənnət qazanılsın.»
Rəvayətçi deyir: «Soruşdum ki, bəs Müaviyədə olan nə idi?»
Həzrət buyurdu: «O hiylə idi, şeytanlıq idi. O ağla oxşayır, ancaq ağıl deyil.» (əl-Kafi, c.1, səh.11, hədis3)

4402. İmam Sadiq (ə):
«Zəmanəsini tanımaq, öz işi ilə məşğul olmaq və dilini saxlamaq ağıllı insanın işidir.» (əl-Kafi, c.1, səh.116, hədis20)

4403. İmam Kazim (ə): «Ağıllı insan yalanını çıxarmağa qorxduğu insanla kəlmə kəsməz, əsirgəməyə qorxduğu kimsədən heç nə istəməz və öhdəsindən gələ bilməyəcəyi vədi verməz.
Ümid etdiyinə görə danlanacağına ümid bağlamaz və onda aciz qalacağı işə girişməz.» (Tuhəful-Uqul, səh.390)

4404. İmam Kazim (ə): «Ağıllı insan dünyanın əyər-əksiyinə, hikmət ilə qarışmış olsa,–şad olar. Ancaq dünyanı qazanmış olsa da hikmətdən az faydalanarsa sevinməz.
Buna görə də ticarətlərində qazanarlar.» (əl-Kafi, c.1, səh.17, hədis12)

Ağıl

1321. Ağlı artıran şeylər.
4405. İmam Əli (ə): «Ağıl elə bir hissdir ki, bilik və təcrübə ilə çoxalar.» (Ğurərul-Hikəm, hədis1717)

4406. İmam Əli (ə): «Boş işlərdən əl çəkməklə ağlın artar.» (Ğurərul-Hikəm, hədis3291)

4407. İmam Hüseyn (ə) (Müaviyənin yanında söz ağıldan düşdükdə):– «Ağıl haqqa tabe olmasa, kamala yetişməz.» Müaviyə dedi: «Sizin sinələrinizdə yalnız bir şey vardır.» (Əlamuddin, səh.298)

4408. İmam Sadiq (ə): «Biliklərə çox nəzər salmaq (və düşünmək) ağlı açar və çiçəkləndirər.» (əd-Dəvat, səh.221, hədis403)

4409. İmam Sadiq (ə): «Hikmət barədə çox düşünmək ağlı bərəkətləndirər.» (Tuhəful-Uqul, səh.364)

4410. İmam Sadiq (ə): «Ağlın kamilləşməsi üç şeydədir: Allah müqabilində əyilib yerlə yeksan olmaq, gözəl şəkildə yəqinliyə malik olmaq və yaxşı sözlər deməkdən qeyri hallarda susmaq.» (əl-İxtisas,səh.244)


1322. İnsan ağlının ölçü meyarları.
4411. Allahın Peyğəmbəri (s): «Bunlar ağlın nişanələrindəndir: yalan saraydan uzaqlaşıb həqiqi saraya üz tutmaq, gor evi üçün azuqə toplamaq və qiyamət gününə hazırlaşmaq.» (Əlamuddin, səh.333)

4412. İmam Əli (ə): «Hər insanın sözlərindən onun ağlının səviyyəsini bilmək olar.» (Ğurərul-Hikəm, hədis10957)

4413. İmam Əli (ə): «Sənin elçin sənin ağlının göstəricisi və məktubun ən aydın danışan carçındır.» (Nəhcül-Bəlağə, hikmət 301)

4414. İmam Əli (ə): «İnsanların ağılları altı şeylə ölçülür: qəzəbli olan vaxt səbr, qorxan zaman dözümlü olmaq, istək və meyl olduqda mötədil hərəkət etmək, bütün hallarda Allahdan qorxmaq, xoş davranmaq və söz-söhbətin azlığı.» (Ğurərul-Hikəm, hədis5608)

4415. İmam Əli (ə): «İnsanların ağılları altı şeylə ölçülər: yoldaşlıq, alış-veriş, hökmranlıq etmək, kənara çəkilmək (hakimiyyətdən), imkanlı və yoxsul olmaq.» (Ğurərul-Hikəm, hədis5600)

4416. İmam Əli (ə): «İnsanların ağlı bədahətən danışıqda sınanar.» (Ğurərul-Hikəm, hədis6221)

4417. İmam Əli (ə): «İnsanın fikri onun ağlının ölçüsüdür.» (Ğurərul-Hikəm, hədis5422)

4418. İmam Əli (ə):
«Düzgün işlərin çoxluğu ağlın çoxluğundan xəbər verir.» (Ğurərul-Hikəm, hədis7091)

4419. İmam Əli (ə): «Ağıl kamilləşdikdə, danışıq azalar.» (Nəhcül Bəlağə, hikmət71)

4420. İmam Əli (ə):
«Kimin ağlı kamilləşərsə, şəhvətə dəyər verməz.» (Ğurərul-Hikəm, hədis8226)

Ağıl

1323. Ağlı gücdən salan amillər.
4421. İmam Əli (ə): «Şəhvət və istəklərin təsirindən ağıl aradan gedər.» (Ğurərul-Hikəm, hədis5180)

4422. İmam Əli (ə): «Ağılların puç olmasının səbəbi üstünlük axtarmaq-dadır.» (Ğurərul-Hikəm, hədis5901)

4423. İmam Əli (ə): «İnsanın xüdpəsəndliyi, onun ağlının süstlüyünü göstərir.» (Kənzul-Fəvaid, c.1, səh.200)

4424. İmam Əli (ə): «Kim nadanlarla oturub dursa ağlı azalar.» (Kənzul-Fəvaid, c.1, səh.199)

4425. İmam Əli (ə): «Yalnız ağlı azca azalanlardan başqa, kimsə zarafat etmədi.» (Nəhcül Bəlağə, hikmət450)

4426. İmam Əli (ə): «Ağıl sahiblərinə qulaq asmayanın ağlı ölər.» (Kənzul-Fəvaid, c.1, səh.199)

4427. İmam Baqir (ə): «Yalnız ağlı azalanların qəlbinə təkəbbür yol tapar.» (Biharul-Ənvar, c.78, səh.186, hədis 16)


1324. Ağlın süstlüyünün nişanələri.
4428. İmam Əli (ə): «Ağıllar azalanda, (özünü) üstün bilməklər artar.» (Ğurərul-Hikəm, hədis4043)

4429. İmam Əli (ə): «Kim ağlı azalarsa, pis söz danışar.» (Ğurərul-Hikəm, hədis7985)

4430. İmam Əli (ə):
«Nadanlarla oturub durmaq ağılsızlıqdandır.» (Ğurərul-Hikəm, hədis9299)

4431. İmam Əli (ə): «Arzuların çoxluğu, ağlın puçluğundandır.» (Ğurərul-Hikəm, hədis7093)

Ağıl

1325. Ağlın meyvəsi.
4432. İmam Əli (ə): «Ağlın meyvəsi dözümlülükdür. (Allah yolunda mətanətli olmaqdır).» (Ğurərul-Hikəm, hədis4589)

4433. İmam Əli (ə): «Ağlın meyvəsi haqqa sadiq qalmaqdır.» (Ğurərul-Hikəm, hədis4602)

4434. İmam Əli (ə): «Ağlın meyvəsi dünyanı düşmən bilmək və həvəsləri öldürməkdir.» (Ğurərul-Hikəm, hədis4654)

4435. İmam Əli (ə): «Ağıl, meyvəsi bağışlamaq və həya olan bir ağacdır.» (Ğurərul-Hikəm, hədis1254)


1326. Ağlın düşməni.
4436. İmam Əli (ə): «Ağlın düşməni nəfsani istəklərdir.» (Mətalibus-Suul, səh.56)

4437. İmam Əli (ə): «Qalib həvəslərə əsir olan nə qədər ağıl var.» (Nəhcül-Bəlağə, hikmət 211)

4438. İmam Əli (ə): «Allah ağlı qorumaq üçün... şərabdan uzaqlaşmağı vacib buyurmuşdur.» (Nəhcül-Bəlağə, hikmət 252)

4439. İmam Əli (ə):
«Bilin ki, arzu ağlı qəflətə salır və Allahı xatırlamağı ona unutdurur.» (Nəhcül-Bəlağə, xütbə 86)

4440. İmam Əli (ə): «Nəfsani istəklər ayıq, ağıl isə yatmışdır.» (əd-Durrətul Bahirə, səh.31)

Ağıl


Geri dön

Musique Sage

  • 1 oktyabr 2011 12:44
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
Allah razai olsun

play girl

  • 1 oktyabr 2011 12:12
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}

4378. İmam Kazim (ə) (Heşam ibn Həkəmə tövsiyəsindən): «Ey Heşam! Bəndələr arasında ağıldan üstün heç nə bölünməmişdir.
Ağıl sahibinin yuxusu nadanın gecə sübhədək ibadətindən yaxşıdır. Allah yalnız ağıl sahiblərini peyğəmbər seçmişdir ki, ağılı bütün səy göstərənlərin səyindən daha yüksək olsun.
Bəndə də Allahdan öyrəndiyi (onu başa düşdüyü və itaətinin zəruriliyini anladığı) Allahın vacibatlarından heç birini kənara qoymaz.» (Tuhəful-Uqul, səh.397)

4379. İmam Rza (ə): «Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.» (əl-Kafi, c.1, səh.11,hədis4)

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

PELIN_ATABAY

  • 1 oktyabr 2011 09:20
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
allah razi olsun bele guzel deyerli haberleri bizimle bolusduyunuz icin

--------------------

Casper

  • 30 sentyabr 2011 20:53
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
İnsanın fikri onun ağlının ölçüsüdür.

--------------------
Only GODcan judge me!!!

STYLE GIRL

  • 30 sentyabr 2011 19:49
  • Məqalə: 4
  • Şərh: 118
  • Bal:
{awards}
«Ağıl möminin səmimi dostudur.»

Narka E-ZaDe

  • 30 sentyabr 2011 19:32
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Allah razi olsun....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 30 sentyabr 2011 19:28
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 30 sentyabr 2011 19:26
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
İmam Əli (ə): «Ən yaxşı qüdrət ağıllı olmaqdır.» (Nəhcül-Bəlağə, hikmət38)
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}