Nemətə şükür etmək

 
Nemətə şükür etmək

Bəzi insanlar belə təsəvvür edirlər ki, Allah Təalanın nemətlərindən istifadə edəndən sonra “İlahi, şükür” və ya “Əlhəmdulilləh” kəlməsini desə, şükür etmiş olar. Ancaq Allahın insana verdiyi bu qədər nemət qarşısında sadəcə dillə təşəkkür etmək kifayət deyildir.

Şükür gərək nemətin məqamına uyğun olsun. Bu da bir söz deməklə kifayətlənməz.
Məgər “İlahi şükür” və ya “Əlhəmdulilləh” deməklə, Allahın bu qədər lütfü qarşısında şükür etmiş olarıqmı?


Nemətə şükür etmək

Orqanizmin, əza və üzvlərin, yəni qulağın, gözün, dilin, əl və ayağın, qəlb və damarların, geyinəcəklərin, yeyəcəklərin, dağların, dənizlərin, meşə və bulaqların, müxtəlif meyvələrin və heyvanların, bitkilərin və başqa milyonlarla nemətin qarşılığında bir dənə “Əlhəmdulilləh” məgər kifayətdirmi?
Şükür sözünün kökü “şəkri” sözündən götürülmüşdür. Mənası “yaşla dolu göz” deməkdir. Ona görə də şükrün mənası insanın batininin Allahı yada salmaq və onun nemətlərinə diqqət etməklə dolu olması deməkdir. Nəsrəddin Tusi şükrün həqiqəti ilə bağlı buyurmuşdur ki, şükür - ən şərəfli və üstün işdir. Gərək biləsiniz ki, şükür - əməl, niyyət və söz neməti ilə üzləşmək deməkdir. Şükürün üç əsası vardır:

1. Neməti verəni və ona layiq sifətləri tanımaq. Neməti tanımaq - yəni aşkarda və gizlində olan nemətlərin hamısının Onun tərəfindən olduğunu qəbul etməkdir. Həqiqi nemət sahibi Ondan başqası deyildir. Nemətlərlə insan arasında olan vasitələrin hamısı Onun əmrinə tabedirlər.

2. Nemətlər qarşısında təvazökar olmaq və xoşhal olmaqdır. Belə ki, bütün nemətlər Allahın biz insanlara olan hədiyyəsidir. İnsan onu Allaha yaxınlaşdıran nemətlərə görə xoşhal olmalıdır.

3. Əməldir. Şükür əməldə gərək üç mərhələdə: qəlbdə, dildə və üzvlərdə zühur etsin. Qəlbin əməli odur ki, Haqqa həmd, sitayiş və təzimə diqqət etsin.

Nemətə şükür etmək

Bütün əqli və dini nemətlər qarşısında şükür etmək vacibdir. Neməti Allahın istədiyi kimi sərf etmək - həmin nemətə şükür etmək deməkdir. Həqiqətdə Haqqa kamil ibadət edib, bəndəlik etmək, həqiqi şükür ilə həyata keçər.

Allah Təala buyurur:
“Allahın sizə nəsib etdiyi halal və pakizə nemətləri yeyin və Allahın şükrünü yerinə yetirin. Əgər həqiqətən Allaha bəndəlik edirsinizsə”.

İmam Sadiq (ə) buyurur:
“Nemətin şükrü - bütün haramlardan çəkinmək və həm də “Əlhəmdulilləhi Rəbbil-aləmin” kəlamını deməkdir”.

Beləliklə, nemətə şükür etmək – verilən neməti Xaliqə xidmətdə, ibadətdə
və itaətdə sərf etməkdir. İnsanlara yaxşılıq edib, bütün günahlardan çəkinməkdir.


Geri dön

sharm

  • 1 oktyabr 2011 16:52
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
tesekkurler

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

ASMIYA

  • 1 oktyabr 2011 14:15
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
BENI AFFET RABBIM SUKURSUZLUK ETDIMSE AFFET. BANA SUKRU OYRETMENI DILIYORUM. BENI VERDIGINE RAZI OLAN BENDELERINDEN EYLE. QENAETKAR OLAN QULLARINDAN OLMAGI DILEYIREM. BAGISLA, BAGISLA, PER VER DI GARIM. BAGISLA. GOZ YASLARIMLA TEMIZLE MEN sad GUNAHKAR QULUNU. AMIN. AMIN. AMIN.

HEMD OLSUN SIZE YUCE ALLAHIM.

ALLAHIM SIZDEN DE RAZI OLAR INSA ALLAH. GOZEL COK GOZEL.

--------------------


Musique Sage

  • 1 oktyabr 2011 12:42
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkur edirem

PELIN_ATABAY

  • 1 oktyabr 2011 12:24
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
allah razi olsun

--------------------

play girl

  • 1 oktyabr 2011 12:01
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

HaYaliM

  • 1 oktyabr 2011 12:01
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah Təala buyurur:
“Allahın sizə nəsib etdiyi halal və pakizə nemətləri yeyin və Allahın şükrünü yerinə yetirin. Əgər həqiqətən Allaha bəndəlik edirsinizsə”.


Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Willow smith

  • 1 oktyabr 2011 11:47
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}