Balıqlar bürcü

 
Balıqlar bürcü

BALIQLAR bürcü səmada 900 kvadrat dərəcəlik sahəni tutur. Həmin bürcdə adi gözlə görünən 75 ulduz vardır. Lakin parlaq ulduzlar yoxdur. Hətta bürcün əsas ulduzu sayılan alfa dördüncü ölçülü ulduzdur. Alfa ulduzunun dövrəsində Peqas «Kvadratını» cənubdan və şərqdən əhatə edən zəif ulduzlar silsiləsi yerləşir.
Balıqlar bürcü altında dünyaya gələn adamlar ən qəribə zodiak işarəsi hesab olunurlar. Orta əsr münəccimləri bu cür şəxsləri təmkinlərinə və uzun ömürlərinə görə digərlərindən fərqləndirirdi. Qənaətlərə görə, «Balıqlar» qısa zamanda, həmçinin gənc yaşlarında ikən məşhurlaşa bilirlər. Haqqında yazdığımız bürcün sakinləri uzaqgörənlikləri sayəsində öz həyat və peşə perspektivlərini neçə illər öncədən təyin edir və yanılmadan fəaliyyət göstərirlər.
Bu bürcün sakinləri uzaqgörən, dəqiq, işini ehtiyatla tutan və bir qədər hiyləgər olurlar. Onlarla hansısa konfliktə girmək təhlükəlidir. Və rəqibləri bunun üçün böyük riskə getdiklərini başa düşməlidir. «Balıqlar» baş verən hər bir hadisəyə sakit və qərəzsiz yanaşmağa çalışırlar. İşdir, əgər çılğınlıq və ya hövsələsizlik nümayiş etdirsələr, mütləq məğlubiyyətlə üzləşirlər.
Bu bürcün sakinləri yaxşı sirr saxlamağa, anlaşılmaz situasiyalardan asanlıqla qurtulmağa qabildirlər. Onlar sevimli və zərif olduqları kimi, narahat və hövsələsiz də olurlar.
Bu bürc altında doğulanlara hələ qədimlərdən ağır işlərdə işləməyi məsləhət görmürdülər. Peşəkar münəccimlər Balıqlar bürcündən olan adamlara daha çox yaradıcı fəaliyyətlə, incəsənət və ədəbiyyatla məşğul olmağı məsləhət görürdülər. Müasir dövrümüzdə isə onlar həm də siyasətlə, elmi fəaliyyətlə, texnologiya ilə məşğul olur, yüksək artistlik bacarığı ilə minlərlə, milyonlarla insanın diqqət mərkəzində olurlar.


Balıqlar — Qoç. Hər ikisi çox həssasdır. Balıqlara çoxlu diqqət lazımdır. Kobud Qoçlar bunu bacarmırlar. Ona görə də, çox vaxt Balıqlar bu münasibətdən əzab çəkir. Dostluq, işgüzar münasibətlər mümkündür. Ailə çox vaxt problemli olur.

Balıqlar —Buğa. Bu münasibətlərdə Buğa liderlik edəcək. Balıqlar da bununla razılaşmalıdır. Balıqlar güzəştə getməyi bacarmalıdır. Əgər bu onlarda alınsa, yaranan ailə çox xoşbəxt və uzunömürlü ola bilər.

Balıqlar – Əkizlər. Heç biri sabitqədəm deyillər. İlk görünüşdən bir-birini cəlb etsələr də, Əkizlərin dəyişkənliyi, Balıqların çox hissiyyata qapanması, münasibətlərin korlanmasına gətirib çıxaracaq. Bunlar arasında yaranan ailə uğursuzdur.

Balıqlar — Xərçəng. Bu münasibətlərdə hər ikisi özünü xoşbəxt hiss edəcək. Xərçəng lider olacaq. Xərçəng Balıqlara qarşı tələbkardır. Balıqlar onların dediklərini can-başla yerinə yetirir. Ailə uğurludur.

Balıqlar — Şir. İki bir-birindən fərqlənən və əks olan xarakterli insanlar biri digərini axıra qədər başa düşmür. Dözümsüz hökmran Şir, sentimental, xəyalpərəst Balığı qıcıqlandırır. Bu münasibətdən hər ikisi çox əziyyət çəkir. Ailə çox uğursuzdur.

Balıqlar — Qız. Bu bürc sahibləri bir-birinə çox gözəl yaraşırlar. Hər ikisinə bir-biri ilə ünsiyyət yaratmaq xoşdur. Hər bir münasibət uğurlu sayılır. Qurulan ailə xoşbəxt və uzunmüddətli ola bilər.

Balıqlar — Tərəzi- Bu münasibətlərin lap əvvəlində problemlər var. Tərəzilərin tənbəlliyi, laqeydliyi Balıqları özündən çıxardır. Hər ikisi komfort şəraiti sevir,amma işləmək istəmirlər. Ailə münasibətləri uğursuzdur.

Balıqlar — Əqrəb. Bir-birinə uyğun olan ideal cütlükdür. Onlar bir-birini tamamlayırlar. Bir yerdə olmaq onlar üçün xoşdur. Bu münasibətdə Əqrəblər liderdirlər. Balıqların romantikliyi Əqrəblərin ürəyincədir. Ailə uğurludur.

Balıqlar — Oxatan. Onlar bir-birini çətin başa düşürlər. Oxatan həyatda daha aktiv, Balıqlar isə passivdir. Ailədə də problemlər məhz bu səbəbdən olur. Oxatan Balıq ilə darıxır. Liderlik Oxatanın əlindədir. Ailə uğursuzdur.

Balıqlar — Oğlaq. Problemlər yaransa da, bir-birini bağışlaya bilirlər. Özünə inanan, güclü Oğlaq Balıqları qoruya bilir. Balıqlar isə Oğlağın həyatına romantiklik gətirir. Yaranan münasibətlər və ailə uğurludur.

Balıqlar — Dolça. İlk baxışdan bir-birini bəyənsələr də, sonradan yaranan problemlər münasibətlərin uzunmüddətli olmasına imkan vermir. Dostluq və işgüzarlıq əlaqələri yaxşı sayıla bilər. Ailə haqqındasa bunu demək çətindir.

Balıqlar — Balıqlar. Eyni bürc olduğundan yaxşı yola gedirlər. Hər ikisi xəyalpərəstdir, bu da problemlərə gətirib çıxarır. Tərəflərdən biri münasibətdə mütləq lider olmalıdır. Bu mümkün olsa, ailə uğurlu sayıla bilər.


Geri dön

Inciciceyi

  • 3 oktyabr 2011 09:13
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
menim burcumdiki no twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Мой Мир

  • 1 oktyabr 2011 15:06
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
men baliq burcu deyilem ama canim samirenin dostumun burcudu yeri melum wink

--------------------
∞♥

sensiz_zor

  • 1 oktyabr 2011 14:59
  • Məqalə: 0
  • Şərh: 152
  • Bal:
{awards}
tewekkurler

Musique Sage

  • 1 oktyabr 2011 14:41
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tekrardi

play girl

  • 1 oktyabr 2011 14:33
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
Balıqlar — Oxatan. Onlar bir-birini çətin başa düşürlər. Oxatan həyatda daha aktiv, Balıqlar isə passivdir. Ailədə də problemlər məhz bu səbəbdən olur. Oxatan Balıq ilə darıxır. Liderlik Oxatanın əlindədir. Ailə uğursuzdur.
ayy bu burcle men uygun gelmirem

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

salla

  • 1 oktyabr 2011 14:23
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Balıqlar — Əqrəb. Bir-birinə uyğun olan ideal cütlükdür. Onlar bir-birini tamamlayırlar. Bir yerdə olmaq onlar üçün xoşdur. Bu münasibətdə Əqrəblər liderdirlər. Balıqların romantikliyi Əqrəblərin ürəyincədir. Ailə uğurludur.............inanmiram eebos sozlərdi

--------------------
FƏRQİM,ÜSTÜNLÜYÜMDƏDİR!!!!

sevgi yalandir

  • 1 oktyabr 2011 14:22
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Balıqlar — Şir. İki bir-birindən fərqlənən və əks olan xarakterli insanlar biri digərini axıra qədər başa düşmür. Dözümsüz hökmran Şir, sentimental, xəyalpərəst Balığı qıcıqlandırır. Bu münasibətdən hər ikisi çox əziyyət çəkir. Ailə çox uğursuzdur.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

HaYaliM

  • 1 oktyabr 2011 14:07
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Balıqlar —Buğa. Bu münasibətlərdə Buğa liderlik edəcək. Balıqlar da bununla razılaşmalıdır. Balıqlar güzəştə getməyi bacarmalıdır. Əgər bu onlarda alınsa, yaranan ailə çox xoşbəxt və uzunömürlü ola bilər.

aaa bunu bilmirdim..melumat ücün tesekkürler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

MiLeyla

  • 1 oktyabr 2011 14:03
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
baliqlar-buga smile

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}