Balaca Əlinin cavabsız qalan böyük sualları

 
Balaca Əlinin cavabsız qalan böyük sualları

“Əmi, çəkmə ziyandır!”. Bu sözlər 6 yaşlı balaca Əliyə məxsusdur. Amma bu cümlənin yaşı daha kiçikdir. Onun bu sözləri dediyi ilk an indiyədək yadımdadır. Yay fəslinin isti günlərindən biri idi. O zaman Əlinin heç 3 yaşı tamam olmamışdı. Mən balaca Əli ilə birlikdə sərin su almaq üçün mənzilimizə yaxın olan dükanlardan birinə getmişdim. Evə qayıdarkən balaca Əli yol kənarında dayanan, tanımadığımız insanlardan birinə xitab edərək dedi: “Əmi, çəkmə, ziyandır!”. Həmin insanlar gülərək: “Allah saxlasın” dedilər. Əlinin bu sözü məni təəccübləndirdi. Birdən gördüm ki, onlardan birinin əlində siqaret var. Hələ o vaxt Əlinin heç üç yaşı tamam olmamışdı...

Sonralar bu cümləni tez-tez eşidirdim. İllər kecdikcə Əlinin böyük insanların ziyanlı bir şeyi etməsinə – siqaret çəkməsinə təəccübü və reaksiyası dayanmadı və o, bu məsələyə cox həssas yanaşdı. Xüsusən də balaca Əli inanclı kəsimin siqaret çəkməsini başa düşə bilmir. Və bu səhnələri görəndən sonra mənə ciddi suallar verir.

Balaca Əlinin cavabsız qalan böyük sualları

Günlərin bir günündə mömin qardaşların birindən xahiş etdim ki, övladını uşaq bağçasından götürərkən Əlini də götürüb evə aparsın. Həmin mömin qardaş öz övladını və Əlini uşaq bağcasından götürdükdən sonra uşaqlara deyib ki, siz maşında oturun, mən bir siqaret çəkim, gedək. Balaca Əli yenə də bu məsələyə biganə qalmayıb. Klassik təəccüb dolu cümləsini işlədib: “Əmi, çəkmə ziyandır!” Həmin mömin qardaş Əlinin bu sözünə məhəl qoymayaraq, siqaret çəkməsinə davam etmək istəyəndə, balaca Əli ona əlamətdar bir sual verib: “Sən neçə möminsən ki, siqaret çəkirsən?!”. Mömin qardaş balaca Əlinin bu sözlərindən utanaraq siqaretini söndürüb və bir daha Əlinin yanında siqaret çəkməmək qərarına gəlib...

...Ötən Ramazan ayında iftar süfrəsinə dəvətli idik. Dəvət olunduğumuz yerdə çoxlu inanclı insanlar da var idi. Uşaqlar süfrə arxasında çox oturmaqdansa, bir-biriləri ilə oynamağa üstünlük verirdilər. Bir müddət oynadıqdan sonra Əli mənim yanıma gələrək:

Balaca Əlinin cavabsız qalan böyük sualları

- Ata, ata, çox pis bir hadisə baş verdib, - dedi.

Mən Əlinin bu sözlərindən bərk narahat oldum. Çünki Əlini tanıyanlar bilirlər ki, o necə nadinc bir uşaqdır. Fikirləşdim ki, bəlkə uşaqlarla oynayarkən özü də bilmədən kimisə incidib və yaxud ətrafda nəyisə sindırıb. Ondan nə baş verdiyin soruşdum.

- Sən namaz qılanda orada bir əmi də namaz qılırdı, haa. O qolu uzun köynəkli əmini deyirəm. Həmin əmi az öncə siqaret çəkirdi. Mən başa düşmədim, niyə? Məgər, o, mömin deyil? Bilmir ki, siqaret ziyandır?!

Mən balaca Əlinin bu sualına həmin an cavab verə bilmədim. Sadəcə sükut etdim.

...Və yaxud da Qədr gecəsi münasibətilə keçirilən əhyaların birində Əli yenə də təəccüb dolu gözləri ilə mənə yaxınlaşdı. Yenə həmin klassik cümlələr: “...ata, filan əmi siqaret çəkirdi. Məgər, o mömin deyil?!”.

Balaca Əlinin cavabsız qalan böyük sualları

Ən sonuncu belə hadisə ötən həftə İmam Cəfər Sadiqin (ə) şəhadəti ilə əlaqədar təşkil olunmuş məclisdə baş verdi. “...ata, filan əminin əlində siqaret var”. Mən onun bu təəccübünün qarşısında: “yəqin ki, ona aid deyil. Kimsə ondan xahiş edib ki, saxlasın”, - dedim. Balaca Əli mənim bu sözlərimdən sonra diqqətlə həmin möminə baxdı və dedi ki, “... ata, axı, o, siqareti ağzına doğru aparır. Məgər, bilmir ki, əmanəti qoruyub saxlamalıdır?!”. Mən isə yenə də susdum...

Bir şeyin dərk etdim. Əlinin ilk siqaretlə bağlı təəccübü olanda 3-dən daha az yaşı var idi. İndi Əlinin altı yaşı var. Keçən bu 3-4 ildə Əlinin təəccübləri sadə suala, sual nidasına və vergüllü suallar toplusuna çevrilib. Onun sualları inkişaf edib. Mən isə hər dəfə ənənəmə sadiq qalaraq, biixtiyar susmuşam. Çünki bu illər ərzində özüm də Əliyə verməyə bir dənə də tutarlı cavab tapmamışam.

İndi, Əlidə bu sualın yaranmasına səbəb olan və olma potensiallı insanlardan soruşuram. Əlinin mənə verdiyi suallara mən nə cavab verim? Balaca Əlinin mənə verdiyi: “Məgər, o əmi mömin deyil? Bilmir ki, siqaret ziayandır? Onda niyə çəkir?” suallarına mən nə cavab verim, qardaşlar?


Mənbə: Zəki Ələmdar / deyerler.org


Geri dön

RADUQA

  • 2 oktyabr 2011 13:01
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
TEWEKKURLER ..DOSTUM COX MARAQLI BIR YAZIDI....
INWALLAH BALACA ELI BOYUDUKCE BU SUALA CAVAB TAPAR ...O BOYUK DUWUNCEYE MALIKDIR ...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

play girl

  • 2 oktyabr 2011 09:58
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
gozel yazidi cox sag ol

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

ASMIYA

  • 2 oktyabr 2011 01:11
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
INANMIRAM O, KORPE DOGRU-DURUST CAVAB ALA. MENIM BELE SUALLARIM CAVABSIZ QALIR. O, KORPENIN SOYLEDIKLERINI KIM CIDDIYE ALAR KI?

IBRET ALINASI YAZIDIR. COK HOSUMA GITTI. VAR OLUNUZ HEP. AMIN

--------------------


... Deryam ...

  • 1 oktyabr 2011 20:55
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
BİRCƏ BUNU SİQARET ÇƏKƏN İNSANLARDA BAŞA DÜŞƏ BİLSƏYDİ ..... recourse
ALLAH RAZI OLSUN İNŞALLAH İBRƏT GÖTÜRƏN KİMSƏLƏR OLAR ...

--------------------

HaYaliM

  • 1 oktyabr 2011 20:50
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
düsündürücü yazidi..Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Musique Sage

  • 1 oktyabr 2011 20:49
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkur ler

Narka E-ZaDe

  • 1 oktyabr 2011 20:44
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
recourse recourse

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

sevgi yalandir

  • 1 oktyabr 2011 20:44
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hm xebere gore twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}