Eşq!

 
Eşq!

Əgər aşiq isən yara
Sakın aldırma əğyara
Düş İbrahim kimi nara
Bu gülşəndə yanan olmaz...


Eşq!” dedi özünü dərk edən hər insan. Aşiq olmalı, bu atəşdə yanmalı dedi hər yanan. Yananlar bir daha, bir daha yanmaq istədi. Yananlar yandıqlarını dilə gətirmədən, üsyan etmədən, bezmədən, usanmadan yandılar. Yana-yana da eşq pərvanəsinə çevrildilər.

Eşq!

Eşqin hekayəsini, durmadan fəryad edən bülbüllər deyil, səssiz, sədasıs atəşlərdə can verən pərvanələr” anlada bilər. Bir atəşdə yanmaq üçün ona doğru uçan, bu uçuşun son uçuş olduğunu bildiyi halda yenə də gedən, dayanmayan PƏRVANƏLƏR anlaya bilər və yalnız onlar ANLADA bilər eşqin nə demək olduğunu. Atəş yandırmağın nə demək olduğunu bilər, aşiq isə yana-yana sevmənin nə demək olduğunu...

Atəş eşqin məhək daşıdır. Aşiqin eşqində səmimiliyini sınayan yeganə məhək daşı... Aşiqsənsə demək yanırsan. Yanırsansa atəş sənə ziyan verməz. Əksinə sənə “sərin və salamat” olar. Odsuz, ocaqsız, tüstüsüz yanana atəş nə edə bilər ki? Atəş onun üçün sadəcə əyləncədir. O, onsuz da yanır.
Eşq pərvanəsi olmaq atəşə könüllü getməkdir. Nura doğru gedən İbrahimə, nar nə edə bildiki? Onun arzusu NURa qovuşmaq idi. Ona gərə də Nemrudun narı onu bu yoldan saxlamağa qadir deyildi. O aşiq olduğuna eşqini sübut etdi. Onun aşiq Olduğu da qəbul etdi onun eşqini. O da sevdi Onu sevən qulunu. Amma bir də atəşlə sınadı, atəşin məhək daşı olduğunu bilən aşiqini.

Eşq!

Pərvanə olmağı seçdi İbrahim. Atəş utandı ondan. Utandığı üçün qızardı, saraldı. Amma onsuz da YANAN İbrahimi yandırmağa gücü çatmadı. Zəiflədi onun eşqdən yanmağının qarşısında. Zəiflədi...zəiflədi... elə zəiflədi ki, sərin və salamat oldu. Atəş belə eşqə təslim oldu. Atəş qorxdu. Daha yandıra bilməyəcəyindən, yaxa bilməyəcəyindən qorxdu. Ona görə bir də aşiqlərə yaxın durmadı. Eşqi gördüyü, aşiq gördüyü yerdən uzaqlaşdı. Gücsüzlüyünü anladı. Gücsüz olduğunu anlayınca da qorxdu. Qorxdu ki, əbədilik sərinləşər...

Aşiq Nura talib olur. Nur eşqin hədəfidir. Aşiq hədəfə doğru yola çıxar. Çatdımı ilk işi təvaf olar. Sevdiyini təvaf edər. Sevgisinə qovuşmağını bayram edər. Təvaf etdikcə yanğısı xəfifləyər. Daha uzaqdan-uzağa yanmaz. Özü bir atəşə çevrilər. Özü bir eşq atəşi olar. Yanar, yanar və hər kəsi bu eşq atəşində yanmağa dəvət edər. Xilasın bunda olduğunu bilər.

Eşqin əbədi düşməni yanmağı bacarmamaqdır. Nə qəribdir ki, Adəm bir aşiq, İblis bir eşq düşmənidir. İblis ağıllı idi, ibadət edirdi. Rəbbini tanıyır, Ona səcdədə qüsur etmirdi. Amma aşiq deyildi. Ağlı və məntiqi yaradıldığını qəbul edirdi. Ağlının və məntiqinin qəbul etdiyinə əyilir, səcdə edirdi. Amma sevə bilmirdi. Eşqin nə olduğunu bilmək üçün atəş olmaq azdır. Bu atəşdə yanmağı bacarmaq lazım idi. Başqasını yandırmaqla yanmanın nə demək olduğu ANLAŞILMIRDI. Anlaşılsaydı ən böyük atəş bunu anlaya bilərdi. Bu hiss təcrübə ilə əldə edilmir. Bu hiss eşqlə ANLAŞILIR. Bunu atəş anlada bilməkdə acizdir. Bunu ancaq pərvanə anlada bilər. O isə atəşə atılmadan bunu anlada bilmir. Atəşə atılarkən son nəfəsini dərərək anlatmaq istəyir. Yalnız bir dəfə “cızzzzzz” deyə bilir... Bu bir və son cızz digər pərvanələr üçün kifayət olur ki, başqa sözə ehtiyac duymadan atəşə atılsınlar...

Eşq!

"Yanar duraram,
Dönər duraram,
Qalmaz qürurum.
Pərvanəyəmmi?
"


Geri dön

_Yaxsiliq Meleyi_

  • 3 oktyabr 2011 09:07
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
“Eşqin hekayəsini, durmadan fəryad edən bülbüllər deyil, səssiz, sədasıs atəşlərdə can verən pərvanələr”

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Musique Sage

  • 2 oktyabr 2011 18:01
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkurler

miss_sokaladka

  • 2 oktyabr 2011 10:02
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}

“Eşq!” dedi özünü dərk edən hər insan. Aşiq olmalı, bu atəşdə yanmalı dedi hər yanan. Yananlar bir daha, bir daha yanmaq istədi. Yananlar yandıqlarını dilə gətirmədən, üsyan etmədən, bezmədən, usanmadan yandılar. Yana-yana da eşq pərvanəsinə çevrildilər.
ehhhhhhhhhh sevgi segi tasakur edram

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

RADUQA

  • 2 oktyabr 2011 09:27
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKURLER....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Zaurcik2011

  • 1 oktyabr 2011 20:04
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}

Aşiq Nura talib olur. Nur eşqin hədəfidir. Aşiq hədəfə doğru yola çıxar. Çatdımı ilk işi təvaf olar. Sevdiyini təvaf edər. Sevgisinə qovuşmağını bayram edər. Təvaf etdikcə yanğısı xəfifləyər. Daha uzaqdan-uzağa yanmaz. Özü bir atəşə çevrilər. Özü bir eşq atəşi olar. Yanar, yanar və hər kəsi bu eşq atəşində yanmağa dəvət edər. tesekkurler

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Prank girl

  • 1 oktyabr 2011 18:44
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
"Yanar duraram,
Dönər duraram,
Qalmaz qürurum.
Pərvanəyəmmi?"

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Leyla_Memmedova

  • 1 oktyabr 2011 18:24
  • Məqalə: 17
  • Şərh: 480
  • Bal:
{awards}
ela idi qaqaw tewkkurler

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

Ku-ku

  • 1 oktyabr 2011 17:59
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}

Əgər aşiq isən yara
Sakın aldırma əğyara
Düş İbrahim kimi nara
Bu gülşəndə yanan olmaz... twk

--------------------

ПРИСТУПНИК

  • 1 oktyabr 2011 17:41
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Tesekkurler beyendim

--------------------
KUBINKA UWAQI

music_angel

  • 1 oktyabr 2011 17:35
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Əgər aşiq isən yara
Sakın aldırma əğyara
Düş İbrahim kimi nara
Bu gülşəndə yanan olmaz...

--------------------

Mustafa01

  • 1 oktyabr 2011 17:30
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
tesekkurler guzel paylasim winked

--------------------
Sonsuzluğa ulaşmak istiyorsan âşık olmalısın.
Aşk nicesini Sonsuz yapmıştır…

Delya_91

  • 1 oktyabr 2011 17:22
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
esq,sevgi,mehebbet bowdu,yeri yoxdu

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

rusalka

  • 1 oktyabr 2011 17:13
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
[color=#FF9900]Tewekkurler Ellerinize sagliq.
]

--------------------
HƏR İNSANIN AYNALARA GÖSTƏRMƏDİYİ BİR ÜZÜ VE HEC KİMƏ SOYLEMEDİYİ BİR HÜZNÜ VARDIR.

sharm

  • 1 oktyabr 2011 16:33
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}

“Eşq!” dedi özünü dərk edən hər insan. Aşiq olmalı, bu atəşdə yanmalı dedi hər yanan. Yananlar bir daha, bir daha yanmaq istədi. Yananlar yandıqlarını dilə gətirmədən, üsyan etmədən, bezmədən, usanmadan yandılar. Yana-yana da eşq pərvanəsinə çevrildilər.


--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

HaYaliM

  • 1 oktyabr 2011 16:32
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
"Yanar duraram,
Dönər duraram,
Qalmaz qürurum.
Pərvanəyəmmi?"

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

sevgi yalandir

  • 1 oktyabr 2011 16:19
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}

"Yanar duraram,
Dönər duraram,
Qalmaz qürurum.
Pərvanəyəmmi?"

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Мой Мир

  • 1 oktyabr 2011 16:17
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Yanar dururam,
Doner dururam,
Qalmaz qururum,
Pervaneyemmi?"


AYDA NE GOZELDI ELINE SAGLIK SEYMUR COX BEYENDIM TWK EDIREM

--------------------
∞♥

maiw mm

  • 1 oktyabr 2011 16:13
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
Aşiq Nura talib olur. Nur eşqin hədəfidir..cox cekmisen deyese sevdiyivin alinden..

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

Musique Sage

  • 1 oktyabr 2011 16:12
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}

Yanar duraram,
Dönər duraram,
Qalmaz qürurum.
Pərvanəyəmmi?"






İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}