Nəsimidən kəlamlar

 
Nəsimidən kəlamlar

Dahi insanlar çox vaxt öz qəlblərində duyduqlarını incəsənətlə-şer, dastan, rəsm əsərləri və s. ilə bəyan etmişlər. Belə insanlar gözəlliyi həqiqətdə olduğu kimi, yəni subyektiv şəkildə dərk edirlər. Həqiqətin incəliklərini dərin şəkildə düşünür və bəzən gözəllikləri elə yerdə axtarırlar ki, onu təbiətdə tapmaq mümkün deyil. Bu insanlara arif də demək olar və ariflər həqiqətdəki incəlikləri qal (söz) ilə deyil, hal ilə dərk edirlər.

Ariflərlə Allah arasındakı əlaqə eşq vasitəsilə qurulur. Eşq iki cürdür: Əbədi və məcazi eşq. Əbədi eşq Allaha aiddir ki, heç vaxt sönməz.

Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahi şairlərin şerlərinə diqqət etsək görərik ki, onların şerləri məhz, əbədi eşqə aiddir. Bu səbəbdən də neçə əsr bundan öncə yazılmalarına baxmayaraq, hələ də insanlar üzərində qoyduqları təsiri qoruyub saxlamaqdadırlar.

Hər bir şairin şeri onun dünyagörüşünü, əqidəsini, etiqad və inamını müəyyən edir. Böyük şair-filosof İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şerin əsasını qoymuşdur. Nəsimi öz şerlərində dərin mənalı kəlamlardan, simvol, rəmz və eyhamlardan çox istifadə etmişdir. Bəzi ədəbiyyatçılar şairin işlətdiyi xüsusi terminləri tam anlamayaraq, zahirinə diqqət etmişlər. Elə buna görə də Nəsiminin bəzi şerlərinin əsl mənasını düzgün açıqlamayıblar. Bəzən də belə yanlış nəticəyə gəliblər ki, guya şair Allah məfhumunu insana aid edərək insanı Allahlaşdırır. Bu fikrin isbatı üçün “Nəsimi divanı”ndakı şerlərdən iki beyti nümunə gətiririk:

Nəsimidən kəlamlar

Pir birdir, sirr birdir, sirr ilə bir olmayan

İkilik sığmaz arada, sirr ilə sirdar bir.

Gər Nəsiminin pənahı Şah Mərdandır Əli,

On səkkiz min aləmə hökm eyləyən Sərdar bir.


Nəsimidən kəlamlar

Bu misralardan dərk etmək olur ki, şair Allahın varlığının bir olmasını yüksək səviyyədə qeyd edir və yalnız bu aləmə deyil, bütün aləmlərə hökm edən varlığın - Tək Allah olduğunu bildirir. Nəsimi poeziyasında sözlər məntiqi cəhətdən aydın anlayışlar əvəzinə eyhamlara, poetik obrazlar simvollara və daha dərin mənaların canlı ifadəsinə çevrilir ki, bu da ilk növbədə şairin dönə-dönə müqəddəs Qurandan, Peyğəmbərin (s) hədislərindən faydalanması, dini mövzularla əlaqədar dastanlar gətirməsi ilə bağlıdır. Nəsimi poeziyasında dərin batini mənaları olan Quran ayələrinə, eləcə də Peyğəmbərin (s) hədislərinə və Həzrət Əlinin (ə) kəlamlarına tez-tez rast gəlinir.

İndi isə “Nəsimi divanı”ndan bir neçə şerin izahı nəzərinizə çatdırılacaq:

“Hər nəyə kim, baxır isən anda sən Allahı gör“ misrası ilə başlayan şerdə şair bütün varlıqları Allahın nişanəsi kimi göstərir və insanları Allahın varlığını dərk etməyə çağırır.

Hər nəyə kim, baxır isən anda sən Allahı gör,

Qəncərü kim, əzm qılsan summə vəchullahı gör!


Yəni, hər nəyə baxsan Allahı xatırla və bil ki, hər şeyi Allah yaratmışdır. “Vəchullahı gör” - Allahın üzünü gör deməkdir. Bu misranı izah etmək üçün haşiyə çıxmaq lazımdir:

Bir gün Hz. Əlidən (ə) bir kişi soruşur ki, sən Allahı görüb ona ibadət edirsən? İmam (ə) cavabında buyurur:

“-Vay olsun sənə, mən görmədiyimə ibadət etmərəm, Allahı bu gözlə deyil qəlbin gözü ilə görmək olar!”

Nəsimidən kəlamlar

Şerin davamında şair belə buyurur:

Bu ikilik pərdəsindən keç, hicabı rəf qıl,

Gəl bu birlik rövzənindən bax, bu sirrullahı gör!


Yəni insan hər şeyə baxdıqda onu Allahın cilvəsi, nişanəsi bilsə və hər gördüyünü Allahdan ayırmazsa o zaman səadətə yetişib həqqə çatar. Ey insan! Bu vəhdət pəncərəsindən bax, onda Allahın sirrlərini dərk edərsən və görərsən ki, hər varlıqda Allahın bir sirri vardır.

Keç ənaniyyət sözündən könlünü viranə qıl,

Necəsi tezcik bilürsən küntə-kənzullahı gör!

Yəni mənəmliyi (mən-mən deməyi) kənara qoyaraq nəfsini əz!


Nəsimidən kəlamlar

Necə ki, tezliklə bilirsən, Peyğəmbərdən nəql olunan və “Kuntu kənzən məxfiyyən” adı ilə məşhur olan qüdsi hədisdə Allah-Taala buyurur: “Mən gizli bir xəzinəyəm, insanı yaratdım ki, Məni tanısın!”

Həcci-əkbər qılmaq istərsən gəl, ey zahid, bəri

Aşiqin qəlbi içində sən bu beytullahı gör!


Ariflərin nəzərinə görə insanların Məkkə şəhərinə gedərək Kəbəni təvaf etmələri kiçik həcc, insanın öz ürəyini Kəbəyə çevirərək tavaf etməsi isə böyük həcc sayılır. Elə əsl həcc də budur! Əgər qəlb qibləni, Kəbəni və Allahı düşünərsə hər an Kəbəni təvaf etmiş olar. Allahın evi Allaha aşiq olanın qəlbindədir!

Can gözü ilə baxdın isə kainatın eyninə,

Ondan özgə nəsnə varmı, həsbətən lillahı gör!

Qəlbin gözü ilə kainata baxsan Allahdan başqa bir şey varmı?! Hər şey Allahındır!

Münkiri-röyət degilsən surəti-həqq görməyə,

Baxdığınca hər nəzərdə eyni-zatullahı gör!

Ey insan! Allahı göz ilə görməyi inkar edən deyilsən.

Hər bir şeyə nəzər edəndə Allahın zatını dərk edib görürsən.

Lövhü-ixlas eylədinsə könlünü, ey mütləqi,

Kursiyi-rəhmana ağdın, göydə ərşullahı gör!


Nəsimidən kəlamlar

Ey təqvalı! Əgər qəlbini xalisləşdirsən (saflaşdırsan) Kursiyi-Rəhmana-Rəhmanın kürsüsünə çatar, göydə Allahın ərşini dərk edərsən!

Ölmədən nəfsini öldür arifi-rəbb olasan,

Nəxfeyi-ruhul qüdüsdən məhz ruhullahı gör!


Ölməmişdən öncə öz nəfsini öldür ki, Allahı tanıyıb arif olasan. Əgər arif olsan, Nəfxeyi-ruhul qüdüsdən, yəni Allahın insana ruh verməsindən Allahın özünə çatarsan!

Hər kimin kim, rəhbəridir sidqü ixlasi səfa,

Ol durur darin içində bəndeyi-fəzli-xuda.

Hər kəs özünə düzlük, xalislik və səfanı rəhbər seçərsə, öz evinin içində Allahın fəzilətli bəndəsi olar.

Sadiqi-qövl ol-əmini istərisən sən bu gün,

Gün biləsən sadiqul-qövlül-əmini Murtəza.

Sən bu gün düzgün və əmanətdar olmaq istəyirsən, çünki Peyğəmbərin (s) düzgün və əmanətdar olmasına etiqadın var.

Cövrinə səbrü təhəmmül eylədi müşriklərin

Necə kim, gördü Rəsul ilə Əliyul-Murtəza.


Nəsimidən kəlamlar

Müşrik insanların cəfasına, əziyyətinə səbr elə döz, necə ki, Peyğəmbər (ə) və Əli (ə) bu işi gördü, müşriklərin əziyyətlərinə səbr edib dözdü.

Şərbəti-mai təhuri istər isən, qəm yemə,

Dövr əlindən zəhr nuş et, çün Həsən xülqi-riza.


Əgər behişt-kövsər suyunu istəyirsənsə qəm yemə, İmam Həsən (ə) kimi zəmanənin əlindən zəhər iç. İmam Həsən (ə) zəmanənin əlindən zəhər içməyə məcbur oldu. O həzrət (ə) Müaviyə ilə sülh bağlayanda demişdi: “Müsəlmanlara və İslam dininə xatir bu sülhü qəbul edirəm, sanki zəhər içirəm”. Həqiqətən də Müaviyə bu sülhdən sonra İmamı onun xanımının vasitəsilə zəhərlədi.

Gər bu gün bunda susuzluqdan olursan sən şəhid,

Yarın onda həşr olursan ba Hüseyni-Kərbəla.


Əgər sən bu gün susuzluqdan şəhid olsan, sabah İmam Hüseynlə (ə) məşhur olarsan. Bu beytdə şair insanların bu cür yaşayışını Tasua və Aşura günlərinə bənzədibdir. Belə ki, əgər insanlar bu gün inam uğrunda çətinliklərə dözərlərsə, sabah rahatlığa qovuşarlar. Quranda da buyurulur: ”Hər çətinlikdən sonra bir rahatlıq var”. İmam Hüseynin (ə) səhabələri Tasua günü dözdülər, Aşura günü şəhid olub İmam Hüseynlə (ə) məşhur oldular.

Taətin fövt etmə şeytan gərçe yüz nur göstərir,

Qiblədən döndərmə üzün necə kim, Zeynəl-iba.


Nəsimidən kəlamlar

Şeytan sənə yüz cürə kələk də gəlsə ibadətdən əl çəkmə və qiblədən üznü çevirmə, İmam Səccad kimi həmişə ibadət et.

Cəfəri-Sadiq məratibin dilərsən, sadiq ol,

Sidq ilə bu yolda qul ol, bulasan mənzil əla.


Əgər İmam Sadiqin (ə) mərtəbəsinə çatmağı diləyirsənsə düzgün ol, xalis niyyət ilə bu yolda nökər ol ki, yüksək mərtəbəyə çatasan.

Müddəi təninə səbr et Museyi-Kazim kimi ,

Həqq bilir kim, həqq iləvü necə oldu macəra.

İddiaçıların tənələrinə Museyi-Kazim (ə) kimi səbr et!


İmam (ə) zindanda olanda xəlifə Harun Ər-Rəşid bir qadını onun yanına saldı ki, İmamı (ə) camaatın gözündən salsın. İmamı (ə) öldürmək üçün isə ona zəhər verdi. İmamı zəhərlədikdən sonra bəzənmiş otağa gətirdilər və bununla da camaata göstərmək istədilər ki, guya onların İmamı yaxşı şəraitdə yaşayır, sadəcə o, özü xəstələnibdir. İmam (ə) zəhərləndiyi üçün danışa bilmirdi, o, gözlərilə bədəninə işarə etdi ki, ona zəhər veriblər və bədəninin hər yeri yaradır. Harun Ər-Rəşid olanların əksini göstərmək istəyirdi, lakin alimlər və haqqı tanıyan camaat kimin haqlı olduğunu bilirdi.

Nəsimidən kəlamlar

Gəl Əli-Musa Riza kimi həqqin əmrini tut,

Necə kim həqdən gəlir canü könüldən çün riza.


Gəl İmam Riza (ə) kimi Allahın əmrlərinə əməl et, o kəs kimi ki, ürəkdən öz razılığı ilə həqqə tərəf gəlir.

Sirri-əsmadan xəbər bilmək dilərsən çün Nəqi,

Müttəqi ol, müttəqi ol, müttəqi ol, biriya.


İmam Əliyyən Nəqi (ə) kimi Allahın adlarının sirrindən xəbər bilmək istəsən təqvalı ol, təqvalı ol, təqvalı ol, riyakar olmayasan.

Əsgəri kimi əgər nəfsin çərisin basasan ,

Bigüman sənsən yəqin kim, maliki hər du səra.


Əgər İmam Həsən Əsgəri (ə) kimi nəfsinin qabağını alsan, mütləq sən hər iki dünyaya malik olacaqsan.

Şol İmam Məhdi kimi ədl edib, cəhd edəsən,

Hiç gümansız məskən ola cənnətül-məva sana.


O İmam Məhdi (ə.c) kimi çalışıb ədaləti qursan, mütləq sənin yerin cənnət olacaq.

Gecə-gündüz fikri-zikrim şahidi şəmü şərab,

Hər zəmanü hər nəfəsdir karü barim ahü va.


Nəsimidən kəlamlar

Şəm Allahın nuru, şərab Allahın eşqi, şahid isə Allahdır, yəni gecə-gündüz fikrim-zikrim bu üçüdür: Allahın nuru, Allahın eşqi və Allahın özü!

Həm bu on iki imamın hörməti-həqqi üçün,

Bu həva ilə məni yandırma fin-nazil-zəla.


Həmçinin on iki imamın həqqi hörmətinə, məni bu həva ilə, yəni on iki imama olan məhəbbət ilə cəhənnəm odunda yandırma.

Ta səqahum şərbətin içdi Nəsimi dər əzəl,

Həqqi kəşf etdi ruhuzi-sirri-əsmai-xuda.


Səqahum-Quran ayəsidir. Quranda deyilir ki, Allah bir qrup insanların mənəvi susuzluğunu öz əli ilə söndürər, onları öz görüşünə qovuşdurmaqla aramlaşdırar. Deməli, Allahın insanların mənəvi susuzluğunu öz vüsalı ilə söndürməsi “səqahum” kəlməsilə ifadə edilir.

Nəsimi də Allahın əzəli elmində bu mərtəbəyə yetişdi, vüsala çatanda Allahın adlarının sirri və rəmzi ilə həqqi tapdı.

Burada şairin yalnız iki şeri izah edildi ki, bu şerlər vasitəsilə də şairin dünyagörüşünü müəyyən etmək olar. Nəsiminin insanları özünü tanımağa, sonra isə Allahı dərk edib Ona itaət və ibadət etməyə dəvət edən bir şair olduğu aşkar olur.

Nəsimidən kəlamlar

Çox şerlər vardır ki, yalnız öz dövründə yaşayır, Nəsiminin şerləri isə yalnız öz dövründə deyil, neçə əsr keçməsinə baxmayaraq indiki dövrdə də yaşamaqdadır. Çünki Nəsiminin şerləri əbədi eşqə aiddir. Onun şerləri insanın qanına hopur, insanı ümidsiz olmaqdan uzaqlaşdırır, insanı oyadır və nəhayət, insanı həqqə gəlməyə, Allaha doğru qayıtmağa dəvət edir:

Ey özündən bixəbər qafil, oyan,

Həqqə gəl ki, həqq deyil batil, oyan.

Olma fani aləmə mail oyan,

Mərifətdən nəsnə qıl hasil oyan.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!


Geri dön

girlplay

  • 2 oktyabr 2011 10:24
  • Məqalə: 11
  • Şərh: 697
  • Bal:
Pir birdir, sirr birdir, sirr ilə bir olmayan

İkilik sığmaz arada, sirr ilə sirdar bir.

Gər Nəsiminin pənahı Şah Mərdandır Əli,

On səkkiz min aləmə hökm eyləyən Sərdar bir.

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

Ay Üzlü

  • 1 oktyabr 2011 22:05
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Ariflərlə Allah arasındakı əlaqə eşq vasitəsilə qurulur. Eşq iki cürdür: Əbədi və məcazi eşq. Əbədi eşq Allaha aiddir ki, heç vaxt sönməz.

Musique Sage

  • 1 oktyabr 2011 21:17
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
tesekkurler edirem

sensiz_zor

  • 1 oktyabr 2011 20:40
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
tewekkurler

Zaurcik2011

  • 1 oktyabr 2011 19:45
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}

Çetindir bu aşkın yayı, çeker bilir yayını
Bülbüle gülşen verildi,baykuşa Hakkdan tayını
Üstada hizmet edenler pirden alır payını
Üstada hizmet etmeyen akıbet yoldan çıkar

Ey NESİMİ her can bilmez bu muamma sırrını
İki nokta üç harftir,çar kitap andan çıkar
tesekkur

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

edvart

  • 1 oktyabr 2011 19:34
  • Məqalə: 1
  • Şərh: 214
  • Bal:
{awards}
size soz deyim tarixde ilk plasdik aprasiyani bu sexs etmisdir

ASMIYA

  • 1 oktyabr 2011 19:29
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
TESEKKUR EDIREM SIZE. EZIYYETINIZ OLDU. MINNETDARAM. COKKK XOS

--------------------


Grace_Angel

  • 1 oktyabr 2011 19:25
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Hər nəyə kim, baxır isən anda sən Allahı gör,

Qəncərü kim, əzm qılsan summə vəchullahı gör!


Yəni, hər nəyə baxsan Allahı xatırla və bil ki, hər şeyi Allah yaratmışdır. “Vəchullahı gör” - Allahın üzünü gör deməkdir.


Tewekkur edirem...Cox gozel ve deyerli xeberi bizimle paylasdiginiz ucun...oxudum hamisini...Cox minnetdaram...ALLAH RAZI OLSUN Sizden INSALLAH!!!

--------------------

_Hazal

  • 1 oktyabr 2011 19:15
  • Məqalə: 7
  • Şərh: 37
  • Bal:
{awards}
TESEKKURLERRRR

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥
♥♥♥♥♥♥SUNU HIC UNUTMA ACI CEKEN UNUTULAN DIYIL UNUTANDIR!!!!!!!!!
♥♥♥♥♥♥♥♥♥♥♥
SEVENE CANIM FEDA SEVMEYENE ELVEDA♥♥♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥

HaYaliM

  • 1 oktyabr 2011 18:58
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Pir birdir, sirr birdir, sirr ilə bir olmayan

İkilik sığmaz arada, sirr ilə sirdar bir.

Gər Nəsiminin pənahı Şah Mərdandır Əli,

On səkkiz min aləmə hökm eyləyən Sərdar bir.

gozel ve deyerli yazi ücün tesekkürler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

PEARL_GIRL

  • 1 oktyabr 2011 18:55
  • Məqalə: 14
  • Şərh: 226
  • Bal:
{awards}
tesekkurler...ikinci serhde menden

--------------------
♥♥♥♥♥♥
mende status sahibi olmaq isterdim....arzulaaaar....hemde aktiv user statusuna....

sevgi yalandir

  • 1 oktyabr 2011 18:51
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
twk ilk serh menden

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 59

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}