Cəhənnəm əhlinin yeməyi

 
Cəhənnəm əhlinin yeməyi

Qurani-Kərim və Peyğəmbər sünnəsi Cəhənnəm əhlinin yeməyini bizə elə təsvir edir ki, sanki biz gözümüzlə həmin yeməkləri görür, yaxud onları dadırıq. Belə bir yemək nəfsə gözyaşardıcı bir acılıq gətirər və insanın daha əvvəl hiss etdiyi şirinliyi bütünlüklə yox edər.

Cəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyi

Cəhənnəm əhlinin yeməyi onu yeyənlərin dərəcələrinə görə müxtəlifdir. Amma istənilən halda bu yemək Allahın da buyurduğu kimi çox zərərli və iyrəncdir: «Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır. (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar».
Zəri’ xoşagəlməz iyi olan acı tikanlı bir bitki növüdür. Bu bitkinin heç bir xeyiri olmaz, onu yeyənin qarnı tox, canı sağ olmaz. Bu yemək hədsiz acılığı ilə yanaşı boğazda tıxanıb qalması, çətinliklə qida borusundan keçərək mədəyə daxil olması, həmçinin ağır həzmi ilə səciyyələnən bir qida növüdür. Bu barədə Allah-taala buyurur: «Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm; Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!».

Cəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyi

Cəhənnəm əhlinin yeməklərindən biri də atəşin istisi nəticəsində Cəhənnəm əhlinin dərisindən axan və xoşagəlməz iyi olan bir irindir. Digər təfsirlərdə bu irinin zinakar qadınların cinsiyyət orqanlarından axan irin və həmçinin kafirlərin ətindən və dərisindən axan çirk olduğu da bildirilir. Başqa bir təfsirdə isə bunun Cəhənnəm əhlinin sıxılması nəticəsində axan irin olduğu deyilir. Allah-taala buyurur: «Bu gün bax burda onun yaxın bir dostu yoxdur. İrindən başqa bir yeməyi də yoxdur».
Bu irinin Allahın da buyurduğu kimi müxtəlif növləri vardır: «Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! (Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır».

Cəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyi

Cəhənnəm əhli bu əzabların ağırlığından ölüb yaxa qurtarmağı arzulayacaqlar. Lakin onlar Allah-taalanın da buyurduğu kimi bu ölümdən də məhrum edilmişlər: «(Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı. Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!»

Cəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyi

Cəhənnəm əhlinin yediyi yemək növlərindən biri də xoşagəlməz və qorxunc görünüşü, pis dadı olan zəqqum ağacıdır. Allah-taala bu ağacı vəsf edərək buyurur: «(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı? Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir). Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.

Cəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyi

Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!», «Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. Bu onların haqq-hesab günündəki ziyafətidir», «Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı günahkar (kafir) kimsənin yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar; Qaynar su qaynayan kimi!»
Həqiqətən, yuxarıdakı ayələr bu eybəcər və əcaib ağacı bizlərə təsvir edərək bildirir ki, onun kökü Cəhənnəmin dibindədir, budaqları isə Cəhənnəmin hər tərəfinə şaxələnmişdir. Həmçinin ayələr bu ağacın meyvələrini şeytan başlarına bənzədir. Lakin heç kəs şeytan başı görməsə də, o insan təxəyyülündə çirkin görünüşü ilə həkk olunmuşdur.

Cəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyi

Bu ağacın eybəcərliyinə və meyvələrinin əcaibliyinə baxmayaraq, Cəhənnəm əhlinin onu qarınlarını doldurana kimi yeməkdən başqa çarələri yoxdur. Elə ki, qarınları yeməklə doldu, mədələrində yağ kimi qaynamağa başlar və onlara dözülməz ağrılar gətirər. Sonra isə bərk yanğı gəldiyi üçün qaynar suya doğru gedərək yanğı xəstəliyinə tutulmuş dəvə kimi həmin qaynar sudan içər, içər, amma doymazlar və qaynar su Allahın da buyurduğu kimi onların bağırsaqlarını parça-parça edər: «(Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!»

Cəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyiCəhənnəm əhlinin yeməyi

Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bu ağacın iyrəncliyini və xoşagəlməz ətrini təsvir edərək demişdir: «Əgər zəqqum ağacının bir damlası yer üzünə düşsəydi, bu dünya sakinlərinin həyatını zəhər edərdi. Bəs onda yeməyi zəqqum olanın halı necə olar?!» Hədisi Tirmizi rəvayət etmişdir. Albani hədisi səhih adlandırmışdır.


Geri dön

play girl

  • 2 oktyabr 2011 10:32
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
maraqli idi sag ol

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

Narka E-ZaDe

  • 1 oktyabr 2011 20:36
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Allah hec kese cehennem odu qismet elemesin!AMINNN sad

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Zaurcik2011

  • 1 oktyabr 2011 19:53
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Allah hec kese cehennem odunu qismet etmesin.Allah razi olsun

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Deniz

  • 1 oktyabr 2011 19:45
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Oxuduqca iyrendim....Insallah emeli saleh isler gorerek Gozel Cenneti gore bilerik.....cox sag olun cennetin de yemekleri haqqinda xeber olsa sevinerem. Cox sag olun...

ASMIYA

  • 1 oktyabr 2011 19:19
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
wassat DEHSET, QORXUNC, DOZULMESI QEYRI - MUMKUN OLAN ACI.
YUCE YARADANIMIZ IZIN VERMESIN BIZLERE NEFSIMIZIN ALDADICI LEZZETLERINE QAPILAQ.

NE OLURSA OLSUN: GOZLE HARAMA BAXILANLAR; QULAQLA HARAMI; DEDI-QODUYU DINLEMEK. DILLE GUNAHI, QELB QIRICI, INCIDICI SOZLERI SOYLEMEK. BU DUNYADA KIRLETICI, GERCEK ALEMDE ISE KIRIN CIKARILMASI ICN O, ACIYA BIZLERI DUCAR EYLEMISIN. REBBIM. COK YALANCI DUNYADA OZUMUZU KIRLETMEYEK KI, EBEDI ALEMIMIZDE DE BU CUR EZABLI YILLLLLLLARA DUCAR OLMAYAQ.

TWK. REBBIM SIZI DE HIFZ EYLESIN HER CUR BELADAN

--------------------


_Hazal

  • 1 oktyabr 2011 19:18
  • Məqalə: 7
  • Şərh: 37
  • Bal:
{awards}
TESEKKURLERRRR

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥
♥♥♥♥♥♥SUNU HIC UNUTMA ACI CEKEN UNUTULAN DIYIL UNUTANDIR!!!!!!!!!
♥♥♥♥♥♥♥♥♥♥♥
SEVENE CANIM FEDA SEVMEYENE ELVEDA♥♥♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥

PEARL_GIRL

  • 1 oktyabr 2011 19:03
  • Məqalə: 14
  • Şərh: 227
  • Bal:
{awards}
Allah hamini cehennem ezabindan uzaq elesin!Emellerimiz saleh olub pis iwlerden uzaq olsun

--------------------
♥♥♥♥♥♥
mende status sahibi olmaq isterdim....arzulaaaar....hemde aktiv user statusuna....

sevgi yalandir

  • 1 oktyabr 2011 18:55
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk xebere gore allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

HaYaliM

  • 1 oktyabr 2011 18:48
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah bizi cehennem ezabindan uzaq elesin..Amin..Allah razi olsun xebere gore

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 54
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}