Əxlaq

 
Əxlaq

İslam dini əxlaq məsələsinə mühüm yer ayırır, insan davranışını və onun başqaları ilə münasibətini tənzim edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Mən əxlaq fəzilətini tamamlamaq üçün göndərildim". Başqa rəvayətdə isə "Əxlaq normalarını tamamlamaq üçün" kimi buyurulur. O, (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin davranşda yüksək əxlaq kodeksinə malik olmaları üçün böyük səy göstərmişdi. Abdullah bin Amrın peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədis buna sübutdur: "Həqiqətən, sizin ən xeyirliniz ən gözəl əxlaqa sahib olanınızdır". Başqa rəvayətdə isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Mənə ən əziz olanınız ən gözəl əxlaqa sahib olanınızdır". Uca Allah öz rəsulunu onun sahib olduğu hörmətə və nəsil-nəcabətə görə tərifləmədi. Bunu yalnız onun sahib olduğu yüksək əxlaqa görə etdi.

Əxlaq

Allah taala buyurur: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!" (əl-Qələm, 4) Aişə rəvayət edərək bildirir ki, peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki seçim arasında qaldıqda günah olmayan ən asanı seçərdi. Günah olduqda isə o günahdan ən uzaqda olan insana çevrilərdi. Rəsulullah heç vaxt öz şəxsi işinə görə intiqam almazdı. Yalnız Allahın qanunları pozulduğu təqdirdə, Allah üçün intiqam alardı". Beyhaqi (Allah ona rəhmət etsin!) buyurur: "Gözəl əxlaq dedikdə nəfsin ən tərifə layiq əməllərə doğru istiqamətləndirilməsi nəzərdə tutulur ki, bu da həm bilavasitə Allahla bağlıdır, həm də insanlar arasında münasibətlər zamanı ortaya çıxır".
Qurani-Kərimə müraciət etsək Allah taalanın bu kəlamı yada düşər: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (əl-Əraf, 199)
Əbu Hureyrədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Möminlərin ən kamil imanlısı ən gözəl əxlaqlı olanıdır.

Əxlaq

Sizin ən xeyirliniz qadınlara xeyirli olanınızdır". Başqa rəvayətdə isə belə buyurulur: "Tərəzidə ən ağır gələcək şey gözəl əxlaqdır".
Allahın təsbit etdiyi qanunlar pozulduqda sakit durmamaq gözəl əxlaqdan irəli gəlmir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütlərlə dolu olan məqbərəni gördüyü zaman qəzəblənmiş, onların dağıdılmasını əmr etmişdi. Gözəl əxlaqın fəziləti barəsində Aişədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Mömin olan kəs gözəl əxlaqı ilə oruclu və gecə namazına duran şəxsin səviyyəsinə çatar". Nəvvas bin Səman (Allah ondan razı olsun!) rəvayət edir ki, rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xeyirxahlıq və günah haqda soruşdum. O, buyurdu: "Xeyirxahlıq gözəl əxlaqa malik olmaqdır. Günah isə qəlbində bir şeyin düyün atdığı zaman insanların bunu bilməməsini istəməyindir".


Geri dön

Musique Sage

  • 2 oktyabr 2011 18:29
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
tesekkurler

play girl

  • 2 oktyabr 2011 15:01
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

... Deryam ...

  • 2 oktyabr 2011 12:46
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH BİZLƏRİ DƏ İMANLI , ƏXLAQLI BƏNDƏLƏRİNNƏN ETSİN....
ALLAH RAZI OLSUN ....

--------------------

_BAD_LIFE_

  • 2 oktyabr 2011 12:06
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
cox gozel hemiseki kimi twk

--------------------
ömür dediyin Allah üçün deyilse nə fərq edər kainat önündə əyilsə

HaYaliM

  • 2 oktyabr 2011 11:07
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

ZERiDE

  • 2 oktyabr 2011 10:44
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
{awards}
Tewekkurler.

RADUQA

  • 2 oktyabr 2011 10:20
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKURLER DOSTUM....
mence ELE BUNLAR UCUNDE MUSELMAN OLMAQIMIZA WUKUR ETMELIYIK....!!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

sevgi yalandir

  • 2 oktyabr 2011 10:16
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}