Qeyri-adi gündür. Başqalarının gözünə kül üfürməyi bacaranlar çox irəli gedəcəklər.
Əksəriyyət hamının şıltaq olduğu qənaətinə gələcək. Ən xırda sərtlik insanların qəlbini incidir.
Günün devizi: başınızı, ən əsası isə - qəlbinizi itirməyin!
Qoç - Sanki büllur mağazasına girmiş filə bənzəyirsiniz - ya kiminsə büllur ürəyini, ya da bir başqasının daş qəlbini qırırsınız. Siz olmayanda hamı darıxacaq, siz yanlarında olanda isə əsəbiləşəcəklər. Sizin isə vecinizə deyil, hər bir işdə özünüzü haqlı sayacaqsınız. Bir neçə gün sonra isə bu günə görə utanc keçirəcəksiniz, odur ki, bir az dilinizi şirin edin.
Buğa - Çox ləngsiniz. Əslində bu elə də pis deyil, sadəcə, ətrafınızdakılar sizi daim tələsdirməyə çalışacaqlar. Hər şeyi zarafata çevirsəniz də, səbrinizin tükənməsi ehtimalı var. Unutmayın ki, bu gün bitəcək. Pis davrandığınız insanlar isə yanınızda qalsalar da, qəlbləri qırılacaq. Odur ki, əsəblərinizi cilovlayın.
Əkizlər - Əlçatmaz bir arzuya doğru inamla qaçırsınız. Hətta bilirsiniz ki, nə qədər barmaqlarınız üstə dayanmağa çalışsanız da, indi istədiyinizə toxunmaq belə mümkün deyil. Amma bu sizin inadınızı qırmır. Sevdiyiniz adamlara inanın. Bu gün məhz siz münasibətləri tənzimləyirsiniz. Son zamanlar fikir ayrılığı səbəbindən aranızın soyuduğu insanlarla da münasibətləri düzəltməyə nail olacaqsınız.
Xərçəng - Bu günə çox ümid olmayın. O, xoş keçsə də həyatınızda nəyisə köklü surətdə dəyişməyə qadir deyil. Boş xəyallar qurmayın. Səyahətə çıxmaq, imicinizdə, interyerinizdə nəyisə dəyişmək də kefinizi açmayacaq. Bilirsiniz niyə? - Çünki bütün bunlar özünüzdən, hisslərinizdən qaçmağınız üçün bir səbəbdir. Çox özünüzə qapılmayın. Ancaq düşünüb-daşınmağa dəyər.
Şir - Başınız özünüzə elə qarışıb ki, başqalarının problemlərini görmürsünüz. Eyni zamanda bu, başqalarında sizin eqoist olduğunuz qənaətini yaratmayacaq. Təhlükə başqa yerdən gəlir. Sizə yarınmağa çalışanların, etimadınızı qazanmaq istəyənlərin əsl məqsədi nədir? Bax bu barədə düşünməyə dəyər. Dilinizi dinc saxlamağa çalışın, sərt zarafatlarınız kimisə əyləndirə bilər, amma onları eşidənlər arasında qəlbi qırılanların sayı daha çox olacaq.
Qız - Sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin.
Tərəzi - Bu gün qulaqlarınızı şəkləyin. Başqalarının nöqteyi-nəzərini dinləyib qəbul etsəniz, bir çox işlərinizdə qabağa gedə biləcəksiniz. Müəyyən adətlərə həddən artıq bağlı mühafizəkar insanlarla problemləriniz ola bilər. Yenilikləri açıq ürək və həvəslə qəbul etdiyinizdən sizi "inqilabçı" hesab edəcəklər.
Əqrəb - Çox uğurlu gündür, belə olacağını heç gözləmirdiniz. Hətta əlahiddə bir planınız olmasa da, həmin əlahiddə hadisə özü baş verəcək. Palanlaşdırdığınız işlər isə yağ kimi gedəcək. Əsas odur ki, tələsməyəsiniz, görməmişlik də etməyin. Əməyinizin bəhrəsiylə bölüşün, sonra ikiqat əvəzini alacaqsınız. Bu gün elə hadisələr baş verəcək ki, onlar sonradan bütün həyatınızı dəyişmək iqtidarındadır: təsadüfi tanışlıq ciddi münasibətlərin, zarafatyana söhbət isə karyerada irəliləyişin başlanğıcı olacaq.
Oxatan - Çox çalışırsınız ki, yaxınlarınızı qayğıyla əhatə edəsiniz. Ancaq təəssüf ki, bunun üçün düzgün vasitələr seçmirsiz. Heç boynunuzdan atmayın, istəsəniz də, istəməsəniz də, bu gün qabasınız, düzdür, bunda sizin bir günahınız yoxdur. Dəyərli hesab etdiyiniz adam, sizin fikrinizcə, bu gün özünü bir az qəribə aparır, sanki soyuyub. Tələsməyin. Mübahisə etməyə çalışmayın, zarafata üçstünlük Verin, bax onda hər şey yaxşı olacaq.
Oğlaq - Düz yolla irəlilədiyinizi adınız kimi bilirsiniz. Təəssüf ki, bu sizi sevindirmir. Tam fərqli arzularınız var. Amma özünüz özünüzə düşmənsiniz sanki, niyə bu istəklərinizi yersiz və uğursuz hesab edirsiniz? Onları gerçəkləşdirməyin əsl zamanıdır. Bu günü xoş etmək yalnız sizin öz əlinizdədir. Sevdiyiniz insana kiçik də olsa, hədiyyə edin. Görəcəksiniz, həyatınızda çox şey dəyişəcək.
Dolça - Səhər tərs ayağınızdan duracağınız bəllidir. Günün ortasında bir az sakitləşməyə çalışın, çünki günün bu vaxtında emosiyalarınız sizdən əl çəkəcək. Axşama doğru əhvalınız durulacaq. Elmi yanaşma tələb edən bir çox məsələləri həll etmək üçün bu gün uğurlu gündür. Fantaziyanız bu gün "üstünü örtüb yatıb". Daha çox tapdalanmış cığırlarla getmək istəyəcəksiniz, odur ki, hansısa dizayn, yaxud da imic dəyişikliyi arzunuzu qatlayıb qoyun bir kənara.
Balıqlar - İstədiyiniz bir çox şeyə nail olacaqsınız, sadəcə, pis odur ki, uğur yalnız xırda məsələlərdə sizə yardımçı olacaq. Xoşbəxtlikdən, aza qane olaraq sevinməyə imkan tapacaqsız. Dost münasibətləri qurmaq üçün əla gündür. Bu gün olanlara elə də əhəmiyyət verməyəcəksiz, bu isə mənəvi rahatlığınız üçün heç də pis deyil.