Fitrətə qayıtmaq məqamı

 
Fitrətə qayıtmaq məqamı

İnsan pak xəlq edilmişdir. O, zatən pak və pis işlərdən uzaq bir varlıqdır. Ona görə də inkişaf və hərəkət yolunda insanın pak ruhu çirkinliklərə və günahlara bulaşanda qəlbində əvvəlki vəziyyətinə qayıtmağı arzulayar. Ancaq onun geri qayıtmaq yolu bağlı olar. Həmçinin yolunu azmağa davam edər. Bəzən biz elə insanları görürük və ya özümüz elə bir nöqtəyə çatırıq ki, nə günah etmək üçün gücümüz qalır, nə də dinə hövsələmiz çatır. Özümüzün bir dövrənin ətrafında səfeh bir durumda fırlandığımızı görürük. Nə etmək lazımdır, bu cür aramsız ruhun əlacı nədir?

Demək lazımdır ki, vəziyyət göründüyü kimi də pis deyildir. Bu, o mənadadır ki, fitrətimiz hələ canlıdır və günah etməkdən doymuşdur. İnsan günahın ağırlığından haqqa tərəf üz döndərməyə başlayır, vəzifəsindən boyun qaçırması artıq kifayətdir. Amma ola bilsin ki, bu ümid də bağlanmış olsun, ömür sona çatsın.
Quran buyurur: “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər”.
(“Əraf”, 179).

Fitrətə qayıtmaq məqamı

Özümüz üçün düzgün hədəf müəyyən etməliyik. Bunun üçün də nə üçün yaşadığımızı müəyyən etməliyik. Bu dünyaya nə üçün gəlmişik? Bu sualları özümüzə çox verməliyik. Çünki bir gün gələcəkdir ki, bu fani dünyanı tərk edib, həmişəlik dünyaya gedəcəyik. Bu haqda fikirləşməyimiz və özümüzə sual verməyimiz - bizi haqqa tərəf yönəldəcəkdir.

Günahların köklərini qopartmaq üçün düzgün yola hidayət olunmalıyıq. Azan eşidəndə “ləbbeyk” deyək, dəstəməz alıb, Allah dərgahına pənah aparaq. Çünki ona pənah aparan hər bir kəs pənah tapmışdır. Quran buyurur: “Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur”.
(“Ali-İmran”, 101).

Biz ki, indi günahdan yorulmuşuq, gərək Allaha pənah aparaq. Allaha pənah aparmağın yollarından biri də namazdır. Elə bir namaz ki, bizi günahdan uzaqlaşdırar və yaxşı işlərə sövq edər. Quran buyurar: “Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqidədə) xoşagəlməz hallardan çəkindirir”.
(“Ənkəbut”, 45).

Fitrətə qayıtmaq məqamı

O insanlar ki, uzun müddət namazdan uzaq olublar, bu iş onlara çətin gəlir. Ancaq əgər ruhi ağrılarımız, əziyyətlərimiz vardırsa, gərək çalışaq və çiynimizə götürdüyümüz bu ağır daşın altından çıxa bilək. Ona görə də namaz qılmaq bu yolda ən mühüm addım olardı. Bütün səylərinizi işə salın ki, qeyri-saleh əməllərin qarşısını ala biləsiniz. Quran buyurur: “Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvəllərində qıl)”.
Dua etməklə, valideynlə xidmət etməklə, təvəkkül və təvəssül ilə çalışaq ki, göz yaşları ilə dua edək və bu yolla da daxilimizdəki çirkinlikləri yuyaq.

Diqqət edək ki, namaz qılmamaq özü günahdır. Həm də böyük günahdır. Belə ki, bəndə öz Allahı ilə rabitə qurmaq istəmir. Onun Allahla əlaqə yaratmaq istəməməsi də bəndəni şeytanın tələsinə salar. İnsan ruhunu başqa yerdən doydurar və bu da onu bəlaya salar.
Ona görə də axirətdə Allahı tanımaqdan sonra ilk verilən sual namaz haqqındadır. Əgər o qəbul olunarsa, başqa əməllər də qəbul olunar. Əgər qəbul olunmazsa, başqa əməllər də qəbul olunmayacaqdır. Ona görə də bütün fikir və zikrimizlə namazın ardınca olaq.

Bizim bütün varlığımız, sərvətimiz Allahdandır. Gözümüz, qulağımız, əlimiz və ayağımız Allahdandır. Biz əgər sağlamıqsa, bizim üçün kifayətdir. Bir neçə dəqiqə gözlərimizi yumaq. Bu zaman Allahın bizə əta etdiyi nemətləri sadalaya bilərik. Ya da bir neçə saniyə nəfəsimizi saxlayaq. Bir qədər sonra nəfəs almağımızın, havanın qədrini bilərik. Bu cür Allaha arxa çevirmək olarmı? Quran buyurur: “Məgər yaxşlığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir?”
(“Rəhman”, 60).

Əgər Allaha doğru üz çevirsək, dünya və axirətdən bəhrələnərik. Çünki O, ehtiyacsız və biz isə ehtiyaclıyıq. Quran buyurur: “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)”.
(“Fatir”, 15)

Fitrətə qayıtmaq məqamı


Geri dön

Мой Мир

  • 2 oktyabr 2011 20:05
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
allah razi olsun sizden maraqli ve deyerli xebere gore

--------------------
∞♥

sharm

  • 2 oktyabr 2011 19:05
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

HaYaliM

  • 2 oktyabr 2011 18:54
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkürler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

...Queen...

  • 2 oktyabr 2011 18:52
  • Məqalə: 7
  • Şərh: 64
  • Bal:
{awards}
oy ne yaman dalba-dal xeber gelir)twk

--------------------
♥♥♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}