İmam Məhdi (ə)-ın Zühurunun Əlamətləri

 
İmam Məhdi (ə)-ın Zühurunun Əlamətləri

İmam Məhdi (ə)-ın Zühurunun Əlamətləri

Bismillahir-rehmanir-rehim

İmam Məhdi (ə)-ın Zühurunun Əlamətləri

İmam Məhdi (ə)-ın zühurunun iki əlaməti vardır: a) Qəti əlamətlər. b) Qəti olmayan əlamətlər.

a) Qəti əlamətlər
1-Dəccalın meydana çıxması: O məlun Allahlıq iddiası edəcəkdir. Onun gəlişindən sonra dünyada çoxlu qanlar töküləcək, fitnə-fəsad yaranacaqdır. Hədislərdən məlum olduğu kimi, onun gözünün biri silinmişdir və sol gözü alnının ortasındadır. O, çox böyük cüssəli və güclüdür, qəribə və qorxulu qiyafəsi vardır, sehrbazlıqda çox mahirdir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminlərdən hər kəs Dəccalı görsə, öz ağız suyunu onun üzünə atıb, onun sehrini batil etmək üçün “Həmd” surəsini oxusun.” Nəhayət, Dəccal ilə imam Zaman (ə)-ın qoşunu arasında müharibə baş verər və o, ya imam Zaman (ə), ya da həzrət İsa ibni Məryəm (ə)-ın əli ilə öldürülər.
2-Süfyaninin qiyamı: Süfyani Məkkə ilə Şam arasında qiyam edəcəkdir. O, çirkin surətlidir, üzündə sızaq var, gözləri göy və Yezid ibni Müaviyənin övladlarındandır. O, beş böyük şəhəri və məntəqəni – Dəməşq, Həms, Fələstin, İordaniya və Qinnəsrini ələ keçirəcək və ətraf nahiyələrə ordu göndərəcəkdir.
O, Mədinə və Bağdad şəhərlərində kütləvi qırğın törədəcək, Məkkəyə bir ordu göndərəcək və yol əsnasında imam Məhdi (ə)-ın ordusu onları məğlub və həlak edəcəklər.
Süfyaninin üç yüz min nəfərdən ibarət olan ordusu Allahın əmrilə Məkkə–Mədinə arasında yerə batacaqdır.
Təkcə Bəşir və Nəzir adlı iki qardaş sağ qalacaq və bir mələk gəlib onların üzünü arxaya çevirəcəkdir. Bəşir Məkkəyə gəlib Süfyani ordusunun həlak olmasını İmama, Nəzir də Şama gedib bu xəbəri Süfyaniyə deyəcəkdir.
Süfyani Şamda bu xəbəri eşitcək, Kufəyə doğru hərəkət edib, orada qətl və qarətlə məşğul olacaqdır. İmam Məhdi (ə)-ın Kufəyə daxil olması ilə Süfyani qaçacaqdır. O həzrətin ordusu onu təqib edib, Beytül-müqəddəsdəki Səxrə məscidinin yaxınlığında qətlə yetirəcəklər və onun murdar başını kəsib çirkin ruhunu cəhənnəmə göndərəcəklər.
3-Səmadan gələn bir səs: İmam Məhdi (ə) Məkkədə zühur edərkən səmadan belə bir səs eşidilər: “Ey məxluqlar, agah olun! Bu, Mühəmməd (s)-in övladı Məhdidir.” Dünyanın şərqindən qərbinədək bütün insanlar hər biri öz dilində bu səsi eşidib Məkkəyə üz tutar, o həzrətin hüzuruna gedərlər.
4-Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi: O, həzrət Peyğəmbər (s)-in nəslindəndir və Rükn ilə Məqam arasında şəhid olacaqdır.
5-Seyyid Həsəninin qiyamı: O, xoş üzlü bir cavandır ki, Deyləm və Qəzvin tərəfdən qiyam edib deyəcəkdir: “Sizdən kömək istəyən Peyğəmbər (s) övladının dadına çatın!” Çox güman ki, Seyyid Həsəni İmam Həsən (ə)-ın nəslindən və on iki imamçı şiədir O, din və haqq ardıcılı olub, batil bir iddia etməyəcəkdir.
Onun danışığı və rəftarı həzrət Peyğəmbəri-Əkrəm (s)-in pak şəriətilə uyğun olacaq. Möminlərdən bir çoxu da zalımların zülmünü dəf etmək üçün ona kömək edəcəklər. O, Qəzvindən Kufəyədək olan əraziləri zülmkarlardan və kafirlərdən təmizləyəcək.
Kufəyə daxil olduqda, İmam Məhdi (ə)-ın zühur etdiyini eşidər və ordusu ilə birlikdə Həzrətə beyət edərlər.
6-Ramazan ayının ortancıl günündə günəşin, axırında isə ayın tutulması.
b) Qəti olmayan əlamətlər:
7-Kufə məscidinin divarının uçulması.
8-Fərat çayından bir qol ayrılaraq Kufə şəhərinin kücələrinə axması.
9-Kufə şəhərinin darmadağın olunmasından sonra yenidən abadlaşması.
10-Nəcəf gölünün su ilə dolması.

İmam Məhdi (ə)-ın Zühurunun Əlamətləri

11-Cüdey ulduzunun yaxınlığında quyruğu olan bir ulduzun görünməsi.
12-İmam Məhdi (ə)-ın zühurundan öncə qıtlığın baş verməsi.
13-Əksər şəhərlərdə zəlzələnin baş verməsi və taun xəstəliyinin yayılması.
14-Məscidlərin boş qalması.
15-Burasa məscidinin uçması.
16-Yer kürəsinin şərqindən od püskürərək üç, yaxud yeddi gün yer ilə göy arasında alovlanması.
17-Xorasandan qara bayraqlıların hərəkəti.
18-Rəcəb və Cəmadiyus-sani aylarında misli-bərabəri görünməmiş leysan yağışlarının yağması.
19-Şərqdən ay kimi işıq sacan, iki tərəfi bir-birindən ayrı və parıltısı göz qamaşdıran bir ulduzun çıxması.
20-Dünyanın fitnə-fəsadla dolması.

İmam Məhdi (ə)-ın Zühurunun Əlamətləri

21-İnsanların namaz qılmaması və şəhvətə qurşanması.
22-cirkin işlərin yaxşı, yaxşı işlərin isə çirkin kimi qələmə verilməsi.
23-Düz danışanların yalan, yalan danışanların isə düz danışanlar kimi qəbul edilməsi.
24-Uşaqların (savadsızların) minbər üstündə əyləşməsi.
25-Fəqirlərin təhqir edilməsi.
26-Kişilərin kişilərlə və qadınların da qadınlarla cinsi əlaqədə olması.
27-Kişilərin özlərini qadınlara və qadınların kişilərə oxşatması.
28-Məscidlərin yəhudi məbədləri kimi qızılla bəzədilməsi.
29-Quranların zinət sayılması.
30-Kişilərin özlərini qızıl-gümüşlə bəzəməsi.

İmam Məhdi (ə)-ın Zühurunun Əlamətləri

31-Dinə həqarət, dünyaya isə əzəmət gözü ilə baxmaq.
32-Təlaqın çoxalması.
33-Kənizlərin xanəndə olması, musiqi alətlərinin və qumar oyunlarının çoxalması.
34-Ticarət və riya məqsədilə həccə getmək.
35-Quranın və elmin Allahdan qeyrisinə xatir öyrənilməsi.
36-Zinadan olan övladların çoxalması.
37-Bəzi müharibələrin səmada baş verməsi.
38-Camaatın bir-birlərini körmədikləri halda, çox uzaq yerlərdən bir-birləri ilə söhbət etməsi.
39-Dünya elminin inkişafının son həddinə çatması və insanların səmalara səfər etməsi.
40-Uşaqların əzab-əziyyətə məruz qalması və qadınların rəhbərlik etməsi. (Bu fəsil Şeyx Abbas Qumminin “Müntəhəl-amal” kitabının “Sahibəz-Zəman (ə)-ın həyatı” bölümündən iqtibas edilmişdir)

İmam Məhdi (ə)-ın Zühurunun Əlamətləri


Geri dön

MuCaHiD_313

  • 3 oktyabr 2011 22:03
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
hz resulallah buyurmushdur INTiZaRuL~FeReC~EFZeLuL~EMaL~(imam zaman hz (mehdi) zuhurunu gozlemek emellerin en ustunudur:)Canim Sene Feda Olsun EY QeYBe CeKiLeN $eXS! <لهم صل علی محمد و آل محمد و عجل فرجهم Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar.

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

maiw mm

  • 3 oktyabr 2011 09:24
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
İmam Məhdi (ə)-ın zühurunun iki əlaməti vardır: a) Qəti əlamətlər. b) Qəti olmayan əlamətlər.

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

Zaurcik2011

  • 3 oktyabr 2011 02:33
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

_Shehzade_

  • 3 oktyabr 2011 00:16
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
Allah razi olsun.Allah bizim axrimizi xeyir elesin

--------------------
Səhv insanlar üçündür; ancaq silginiz qələminizdən əvvəl bitirsə, çox səhv edirsiniz deməkdir...

Musique Sage

  • 2 oktyabr 2011 23:14
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah razi olsun

_WITH YOU_

  • 2 oktyabr 2011 23:10
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
təşəkkur

FLY TIME

  • 2 oktyabr 2011 23:06
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk.maraqli idi.

ASMIYA

  • 2 oktyabr 2011 21:30
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
CALISIRAM HER SEYI OYRENIM. VE EMEL ETMEYE CALISIM. INSA ALLAH REBBIM QATINDA QEBUL OLUNAR. CUNKU REBBIMIN MERHEMETI SONSUZDUR DENIZ GIBI.

REBBIM SIZIN DE ETDIYINI YAXSI EMELLERI, DUALARINIZI KABUL BUYURUR. INSA ALLAH. AMIN ALLAH RAZI OLSUN.

YUCE YARADANIM HEC KIMI O, ACILARA DUCAR EYLEMESIN.
sad

--------------------


seher mehi

  • 2 oktyabr 2011 20:48
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Cox sagolun deyerli melumata gore

--------------------
Heyat coooooooooooooooooooooooooooox maraqlidir

Мой Мир

  • 2 oktyabr 2011 19:58
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk edirem


deyerli xeberdir[right][/right]

--------------------
∞♥

...Queen...

  • 2 oktyabr 2011 19:13
  • Məqalə: 7
  • Şərh: 64
  • Bal:
{awards}
Allah razi olsun!!!!

--------------------
♥♥♥

sevgi yalandir

  • 2 oktyabr 2011 19:08
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}